Moskva “Taxıl sazişi” barədə yeni bəyanat yayıb. Rəsmi Moskva onun iştirakı olmadan “Taxıl sazişi”ni reallaşdırmaq istəyənlərə xəbərdarlıq edib. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin TASS agentliyinə müsahibəsində açıq şəkildə bəyan edib ki, İyulun 17-dən sonra dayandırılan “Taxıl Sazişi”nin bərpası Moskvanın iştirakı olmadan mümkün deyil.
O qeyd edib ki, hazırda Qara Dəniz Taxıl Təşəbbüsünün uzadılması ilə bağlı danışıqlar aparılmır. S.Verşinin onu da bildirib ki, NATO Ukraynada Rusiya Federasiyası ilə qarşıdurmada təhlükəli hərəkətlərə cəlb olunur.
Mətləb