Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) İraqın Danimarkadakı səfirliyinin binası qarşısında Quran yandırılmasına etiraz olaraq bəyanat yayıb. Bəyanatda Danimarka hakimiyyəti İslam dininə qarşı nifrət alovlandıran çirkin əməllərin qarşısını almağa dəvət edilir.
“Bu gün Kopenhagendə müqəddəs kitabımız Qurani-Kərimə qarşı təkrarlanan alçaq hücumları ən sərt şəkildə pisləyirik. Danimarka hakimiyyəti beynəlxalq öhdəlikləri çərçivəsində hərəkət etməli və İslam dininə və onun milyardlarla ardıcıllarına qarşı nifrət alovlandıran bu çirkin əməllərin qarşısını almaq üçün lazımi tədbirlər görməlidir”, - Türkiyə XİN vurğulayıb.
Qeyd edək ki, İraqın Danimarkadakı səfirliyi qarşısında Quran yandırılıb. Aksiyanı “Danimarka Vətənpərvərləri” radikal sağçı qruplaşmasının üzvləri törədib.
Mətləb