Rusiyanın 24 fevral 2022-ci il tarixində Ukraynada başlatdığı müharibə davam edir. Keçən həftə Krımda Kerç körpüsü partladılandan sonra Rusiya ordusunun Ukrayna şəhərlərinə hava hücumları daha da güclənib. Ukrayna da əks hücumlarını davam etdirir. Son olaraq Ukrayna ordusu Moskvaya pilotsuz təyyarə ilə hücum edib, lakin Rusiya mənbələrinin məlumatına görə, pilotsuz təyyarə hədəfə çatmamış yerə endirilib.
Bu arada, Belarus prezidenti Aleksandr Lukaşenko bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinin Polşaya təhdidlərini dəstəkləyən bəyanat verib. Sankt-Peterburqda keçirilən görüşdə Lukaşenko Putinə bildirib ki, Rusiyadakı silahlı qiyamdan sonra Belarusa göndərilən “Vaqner” döyüşçüləri Polşaya girmək üçün ona müraciət edirlər.
“Vaqner” döyüşçüləri Polşaya səfərə çıxmaq istəyirlər, onlar qərbə getmək istəyirlər. Məndən Varşava və Rzeşova (Polşada) səyahətə getmək üçün icazə istəyirlər. Amma razılaşdığımız kimi mən onları Belarusun mərkəzində saxlayıram. Onları ora göndərmək istəməzdim, çünki düzünü desəm, əhvalları pisdir. Onlar İttifaq Dövlətləri çərçivəsində nə baş verdiyini bilirlər” - Lukaşenko Putinə deyib.
Bu açıqlamadan bir neçə gün əvvəl Putin də analoji açıqlamalar vermiş və Polşanın Stalin tərəfindən Rusiyaya hədiyyə etdiyini iddia etmişdi.
Digər tərəfdən, son zamanlar “Vaqner” qrupunun üzvlərindən birinin etirafları dünya mediasında ciddi müzakirələrə səbəb olub. “Böyük iş” üçün məzuniyyətdə olduqlarını bildirən əsgər, sözügedən vəzifənin nə olduğunu bilmədiyini deyib.
İngiltərə mətbuatı isə mümkün missiyanın Polşanın işğalı olduğunu yazır. Mütəxəssislər düşünürlər ki, bu baş verərsə, mümkün dünya müharibəsi baş verə bilər.
Ümumiyyətlə Rusiya və Belarusun Polşaya təhdidlərinə diqqət çəkən müşahidəçilər Rusiya-Ukrayna müharibəsinin yayılması ehtimalının çox yüksək olduğunu bildirirlər.
Tahir TAĞIYEV