Ukrayna yenidən Moskvaya dron hücumu həyata keçirib. Məlumatı Rusiya Federasiyasının Müdafiə Nazirliyi də təsdiqləyib.
Xəbərdə deyilir ki, Komsomolski prospekti 17 ünvanında, binanın yaxınlığında pilotsuz təyyarənin fraqmentləri tapılıb. Hazırda prospekt boyu nəqliyyatın hərəkəti kəsilib. Hadisə yerində fövqəladə hallar və hüquq-mühafizə orqanları işləyir. Həmçinin Lixaçov küçəsində yerləşən biznes mərkəzinin binasını dron vurub. Hadisə zamanı ölən və ya yaralananlar olmayıb.
Mətləb