Çinin Heyloncian vilayətində orta məktəbin idman zalının damının uçması nəticəsində 11 nəfər ölüb. Vilayət hökumətinin yaydığı məlumata görə, bədbəxt hadisə iyulun 23-də Çiçihar şəhərində baş verib. Şəhərin Lonşa rayonundakı 34 nömrəli məktəbin idman zalının damı çöküb. Təxminən 1200 kvadratmetr sahəsi olan idman zalında hadisə baş verən zaman binada 19 nəfər olub, onlardan dördü dağıntı altından çıxmağa müvəffəq olub.
Xilasedicilər 10 nəfəri ağır yaralı vəziyyətdə aşkarlasalar da, onlardan 6-sının həyatını həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb. Dağıntı altından 5 nəfərin meyiti tapılıb. Ölən və yaralananlar idmanla məşğul olan məktəblilərdir.
Mətləb