Almaniyanın müdafiə naziri Boris Pistoriusun İraqa səfəri ləğv edilib. Bu barədə Almaniyanın “Der Spiegel” jurnalı məlumat yayıb.
Jurnalın məlumatına görə, İsveçin Bağdaddakı səfirliyinin qarşısında Quranın yandırılması ilə əlaqədar baş verən iğtişaşlardan sonra nazirin mühafizəsinə görə məsul olan Federal Cinayət Polisi İdarəsi Almaniya müdafiə nazirinin səfərinə qarşı çıxıb. İdarə Pistoriusun və onun nümayəndə heyətinin təhlükəyə məruz qala biləcəyini istisna etmir.
Almaniya hökumətində hesab edirlər ki, etirazların daha da artacağını və vəziyyətin gərginləşəcəyini istisna etmək olmaz. Bundan başqa, Almaniyanın Bağdaddakı nümayəndəliyinin əməkdaşlarının mühafizəsi ilə bağlı qərar qəbul edilib.