Məlum olduğu kimi İspaniyada növbədənkənar ümumi seçkilər keçirilib. Artıq bülletenlərin 27,2 faizi sayılıb. Xarici KİV-lərin yazdığına görə, İspaniyanın Baş naziri Pedro Sançesin başçılıq etdiyi İspaniya Sosialist İşçi Partiyası liderlik edir.
Bu barədə krallığın hökuməti məlumat yayıb. Məlumata görə, İspaniya Sosialist İşçi Partiyası 350 yerlik Deputatlar Konqresində (parlamentin aşağı palatası) 133 yer alır. Onun ardında mühafizəkar Xalq Partiyası (128 yer), ifrat sağçı “Vox” partiyası (32) və solçu “Sumar” hərəkatı (29) gəlir.
Mətləb