Dünya şöhrətli aktyor Çarli Çaplinin qızı Jozefina Çaplin 74 yaşında vəfat edib. Aktrisa Parisdə dünyasını dəyişib. Xarici KİV-lərin yazdığına görə ailəsi onun hansı səbəbdən dünyasını dəyişdiyi barədə məlumat verməyiblər. Lakin mətbuatın yazdığına görə xanım J.Çaplin bir sıra xəstəliklərdən əziyyət çəkirdi və bu xəstəliklər son illərdə şiddətlənmişdi.
Mətləb