19/11/2018 16:13
728 x 90

Azər­bay­can­da mü­a­sir ka­ri­ka­tu­ra jan­rı...

img

Sol­tan Sol­tan­lı: "Ka­ri­ka­tu­ra dün­ya ic­ti­mai fik­ri­nə tə­sir üsul­la­rın­dan bi­ri­dir"

Bay­ram Qa­sım­xan­lı: "Biz­də ka­ri­ka­tu­ra­nın in­ki­şa­fı zə­if­dir"

 

Hə­yat­da heç də bü­tün iş­lər qay­da­sın­da get­mir. Qay­da­sın­da get­səy­di, nə tən­qi­də, nə sa­ti­ra­ya, nə də də­rin mə­na­lar, mət­ləb­lər ifa­də edən ka­ri­ka­tu­ra­la­ra eh­ti­yac olar­dı.   Cə­miy­yət­də əyər-əs­kik­lik var­sa, bu, bir­mə­na­lı şə­kil­də, in­san­la­rın hə­ya­tı­na si­ra­yət edir.

Sa­ti­ra an­caq tən­qid mis­siy­ya­sı­nı ye­ri­nə ye­tir­mir, o is­lah et­mək, tər­bi­yə­lən­dir­mək, yo­lun­dan çı­xa­nı yo­lu­na qay­tar­maq gü­cün­də ol­ma­lı­dır. Mə­lum­dur ki, sa­ti­ra, yu­mor, ka­ri­ka­tu­ra gü­lüş do­ğur­du­ğu qə­dər də ki­na­yə­nin ifa­də­si­dir. Sə­nət bi­li­ci­lə­ri bu üsu­lun - yum­şaq ki­na­yə­nin içə­ri­sin­də­ki kəs­kin yu­mo­run tər­bi­yə­vi əhə­miy­yə­ti­ni də­fə­lər­lə qeyd edib.

Bil­di­ri­lə­nə gö­rə, sa­ti­ra­nın, yu­mo­run hə­də­fi əsa­sən bü­tün dövrlər­də möv­cud ol­muş ne­qa­tiv­lər­dir. Ne­qa­tiv ün­sür­lə­ri, in­san xa­rak­te­rin­də kök sa­lan xo­şa­gəl­məz­lik­lə­ri tən­qid hə­də­fi­nə alan sa­ti­ra cə­miy­yə­tə müs­bət mə­na­da çox şey qa­zan­dı­rır. Bun­dan nə­ti­cə çı­xa­ran adam­lar vic­da­nı­nın sə­si­nə qu­laq as­ma­ğı ba­ca­ra bi­lir.

Bü­tün dün­ya­da ol­du­ğu ki­mi, Azər­bay­can­da da rəs­sam­lar sa­ti­ra jan­rı­nın in­ki­şa­fı­na xü­su­si önəm ve­rib. Rəs­sam­lıq­da sa­ti­rik jan­rın in­ki­şa­fı­na tə­kan ve­rən fır­ça us­ta­la­rı olub. Əl­bət­tə, sa­ti­rik jan­rın ilk nü­mu­nə­lə­ri "Mol­la Nəs­rəd­din", "Ba­ra­ban", "Zən­bur", "Tu­ti", "Kəl­niy­yət" və baş­qa jur­nal­la­rın sə­hi­fə­lə­rin­də ya­ra­nıb. Rəs­sam­la­rın ya­rat­dı­ğı ka­ri­ka­tu­ra nü­mu­nə­lə­ri klas­sik ir­si­mi­zin ən də­yər­li in­ci­lə­ri­dir. 

Mə­lum­dur ki, Azər­bay­can­da ka­ri­ka­tu­ra jan­rı­nın əsa­sı­nı qo­yan da­hi rəs­sam­lar bu­nun­la cə­miy­yə­tə çox fi­kir­lər çat­dı­rıb. Azər­bay­ca­nın sa­ti­rik qra­fi­ka­sı­nın əsa­sı­nı qo­yan Əzim Əzim­za­də­nin əsər­lə­ri­nin əsas möv­zu­su so­si­al tə­zad­lar, adət­lər və xal­qın mə­i­şə­ti təş­kil edir­di. Cə­miy­yə­tin müx­tə­lif tə­bə­qə­lə­ri­nin mən­fi ün­sür­lə­ri - xə­sis ta­cir­lər, fı­rıl­daq­çı "mol­la­lar", şar­la­tan­lar da­im onun qə­lə­mi­nin hə­də­fin­də olub­lar. Bu gün də o möv­zu­lar ak­tu­al ol­du­ğun­dan, Əzim Əzim­za­də­nin da­vam­çı­la­rı öz söz­lə­ri­ni de­yə bi­lir­lər.

 

Ka­ri­ka­tu­ra ta­ri­xi­miz­dən...

Sə­nət­şü­nas Tə­ra­nə Əli­za­də bi­zim­lə söh­bə­tin­də qeyd et­di ki, zən­gin ənə­nə­lə­rə ma­lik ka­ri­ka­tu­ra jan­rı, Azər­bay­can təs­vi­ri sə­nə­ti­nin mü­hüm sa­hə­lə­rin­dən bi­ri ki­mi, çox­cə­hət­li in­ki­şaf yo­lu ke­çib. Ka­ri­ka­tu­ra jan­rı­nın özəl cə­hət­lə­rin­dən da­nı­şan mü­sa­hi­bi­miz bil­dir­di ki, vax­ti­lə Ba­kı­da Azər­bay­can di­lin­də "Bəh­lul", "Zən­bur", "Mi­rat", "Arı", "Kəl­niy­yət", "Lək-lək", "Tu­ti", "Mə­zə­li", "Ba­ba­yi-Əmir", "Tar­tan-par­tan", "Şey­pur",  "Mə­şəl" ki­mi il­lüstra­si­ya­lı jur­nal­lar­la ya­na­şı, bu dövrdə Azər­bay­can­da rus di­lin­də də çox­say­lı sa­ti­rik məc­mu­ə­lər: "Ci­git", "Vay-vay", "Ba­kinsko­ye qo­re", "Biç", "Adska­ya poç­ta", "Ba­kinski­ye stre­li", "Ba­ra­ban" və di­gər­lə­ri nəşr olu­nur­du. Da­ha uzu­nö­mür­lü olan "Mol­la Nəs­rəd­din" jur­na­lı mü­əy­yən fa­si­lə­lər­lə 1931-ci ilə qə­dər işıq üzü gö­rüb.

O qeyd edir ki, bu jur­nal­lar­da ka­ri­ka­tu­ra jan­rı­na bö­yük yer ve­ri­lib. Sə­nət­şü­na­sın söz­lə­ri­nə gö­rə, bu jan­rın Qə­zən­fər Xa­lı­qov, İs­ma­yıl Axun­dov, Hü­seyn Əli­yev və di­gər nü­ma­yən­də­lə­ri olub. Mü­sa­hi­bi­mi­zin bil­dir­di­yi­nə gö­rə, bu ka­ri­ka­tu­ra­çı rəs­sam­lar cə­miy­yə­tin sə­si­nə səs ve­rə bi­lib. "Mil­li ka­ri­ka­tu­ra sə­nə­ti­mi­zin in­ki­şa­fın­da Tif­lis Rəs­sam­lıq Aka­de­mi­ya­sı­nın mə­zu­nu Xə­lil Mu­sa­ye­vin də ro­lu olub. Jur­nal Tif­lis­də nəşr olun­du­ğu il­lər­də onun bu­ra­da xey­li ka­ri­ka­tu­ra­sı çap edi­lib. Fə­a­liy­yə­ti əsa­sən "Zən­bur" jur­na­lı ilə bağ­lı olan, Odes­sa Rəs­sam­lıq Aka­de­mi­ya­sı­nın mə­zu­nu Be­ne­dikt Te­lin­qa­to­run (Be­no) ya­ra­dı­cı­lı­ğı Azər­bay­can­da ka­ri­ka­tu­ra sə­nə­ti­nin in­ki­şa­fın­da əhə­miy­yət­li rol oy­na­yıb. Ka­ri­ka­tu­ra sə­nə­ti­mi­zin in­ki­şa­fın­da 1952-ci il­dən nəşr olun­ma­ğa baş­la­yan "Kir­pi" jur­na­lı­nın xü­su­si ro­lu olub. Nə­cəf­qu­lu İs­ma­yı­lov, Hü­seyn Əli­yev, Vse­vo­lod Ter­navski, Zi­ya Kə­rim­bəy­li, Pyotr Şan­din, Sa­dıq Şə­rif­za­də, Ələk­bər Zey­na­lov, Arif Ələs­gə­rov, Adil Qu­li­yev ki­mi rəs­sam­lar bu jur­na­lın sə­hi­fə­lə­rin­də mil­li ka­ri­ka­tu­ra sə­nə­ti­mi­zin ye­ni nü­mu­nə­lə­ri­ni çap et­dir­di­lər. "Kir­pi" jur­na­lı so­vet ha­ki­miy­yə­ti il­lə­rin­də öz cü­rət­li çı­xış­la­rı ilə cə­miy­yət­də­ki nöq­san və prob­lem­lə­ri əsa­sən ka­ri­ka­tu­ra­lar va­si­tə­si­lə əks et­di­rir­di.

 

Rəs­sam­lar İt­ti­fa­qın­da ka­ri­ka­tu­ra böl­mə­si­nin ya­ra­dıl­ma­sı...

2006-cı il­dən nəşr olu­nan Azər­bay­can Ka­ri­ka­tu­ra­çı­lar Bir­li­yi­nin or­qa­nı olan "Biz və ka­ri­ka­tu­ra" jur­na­lı ka­ri­ka­tu­ra­çı rəs­sam­la­rın öz sə­nət­lə­ri­ni ifa­də et­mək üçün ge­niş im­kan­lar açıb. "Biz və ka­ri­ka­tu­ra" Azər­bay­can­da pe­şə­kar rəs­sam­lar üçün nə­zər­də tu­tul­muş və sırf sə­nət­lə bağ­lı olan ye­ga­nə top­lu­dur. Bu jur­nal ötən il­lər­də, "Mol­la Nəs­rəd­din"in 100 il­lik yu­bi­le­yi mü­na­si­bə­ti­lə ya­ra­dı­lıb. Jur­nal­da bir­lə­şən rəs­sam­lar ar­tıq mü­hüm bey­nəl­xalq mü­sa­bi­qə­lər­də iş­ti­rak edib­lər. Öl­kə­miz­də ka­ri­ka­tu­ra sə­nə­ti­nə ay­rı-ay­rı vaxtlar­da bi­ga­nə mü­na­si­bət gös­tə­ril­sə də, o özü­nün zə­ru­ri sə­nət nü­mu­nə­si ol­du­ğu­nu ye­ni­dən təs­diq edə bil­di. 100 il­lik yu­bi­le­yi ərə­fə­sin­də Azər­bay­can ka­ri­ka­tu­ra sə­nə­tin­də da­ha bir önəm­li ad­dım atıl­dı. Özün­də bu də­yər­li sə­nət­lə məş­ğul olan 60-a ya­xın rəs­sa­mı bir­ləş­di­rən Azər­bay­can Ka­ri­ka­tu­ra­çı Rəs­sam­lar İc­ti­mai Bir­li­yi ya­ra­dıl­dı. Bir­lik Dün­ya Ka­ri­ka­tu­ra Təş­ki­lat­la­rı Fe­de­ra­si­ya­sı­nın (FE­CO) üz­vü ola­raq, öl­kə­mi­zi dün­ya ka­ri­ka­tu­ra ai­lə­sin­də la­yi­qin­cə təm­sil edir. Bu ya­xın­lar­da Azər­bay­can Rəs­sam­lar İt­ti­fa­qın­da ka­ri­ka­tu­ra böl­mə­si­nin ya­ra­dıl­ma­sı da se­vin­di­ri­ci hal­dır" -de­yə sə­nət­şü­nas bu sa­hə ilə bağ­lı mə­lu­mat ver­di.

Sə­nət­şü­nas qeyd et­di ki, bu gün Azər­bay­can­da sa­ti­ra jan­rı­nın in­ki­şa­fı­na ma­raq gös­tə­rən rəs­sam­lar var. Sa­də­cə sa­ti­rik ruh­lu mət­bu or­qan­la­rın az ol­ma­sı on­la­rın işi­nin təb­li­ği­nə mən­fi tə­sir edir. O, bu­nun­la be­lə, vur­ğu­la­dı ki, bu gün ka­ri­ka­tu­ra jan­rı­na bö­yük rəs­sam­lar or­du­su tə­kan ve­rir: "Ka­ri­ka­tu­ra jan­rı­nın in­ki­şa­fın­da rəs­sam­la­rı­mız ma­raq­lı­dır. Bu sa­hə­də xey­li iş­lər gö­rü­lüb. De­yər­dim ki, cə­miy­yə­ti­miz­də, ic­ti­mai-so­si­al sa­hə­də ya­şa­nan əyər-ək­sik­lik­lər rəs­sam­la­rı­mı­zın əsər­lə­rin­də ge­niş yer tu­tur. Sa­ti­ra kəs­kin janrdır və ne­qa­tiv əməl­lər on­dan kə­nar­da qal­mır. Bu gün də ka­ri­ka­tu­ra ak­tu­al­dır. Tən­qid olu­na­sı ha­di­sə­lə­rə fır­ça us­ta­la­rı öz mü­na­si­bə­ti­ni bil­di­rir. Diq­qət­çə­kən mə­sə­lə­lər­dən bi­ri odur ki, mü­a­sir ka­ri­ka­tu­ra­çı rəs­sam­lar ənə­nə­lə­rə sa­diq­dir. Bu gün cə­miy­yət­də elə ne­qa­tiv hal­lar baş ve­rir ki, ona ka­ri­ka­tu­ra­çı­lar bir­mə­na­lı şə­kil­də re­ak­si­ya ve­rir. Son il­lər ka­ri­ka­tu­ra­çı rəs­sam­la­rın sər­gi­lə­ri açı­lır, on­la­rın ka­ta­loq­la­rı nəşr edi­lir, bey­nəl­xalq sər­gi­lər­də iş­ti­rak edir­lər. Ka­ri­ka­tu­ra­çı rəs­sam­la­rı­mı­zın əsər­lə­ri xa­ri­ci öl­kə­lər­də ma­raq­la qar­şı­la­nır. Prob­lem on­da­dır ki, on­la­rın əsər­lə­ri təb­liğ olun­mur. İn­san­la­rı ağ­rı­dan, na­ra­hat edən bir mə­sə­lə­yə ka­ri­ka­tu­ra­çı rəs­sam ope­ra­tiv mü­na­si­bət bil­di­rir, an­caq onun əsə­ri­ni çox az adam gö­rür. Əv­vəl be­lə idi ki, sa­ti­rik jur­nal­lar çı­xır­dı, on­la­rın ka­ri­ka­tu­ra­la­rı çap olu­nur­du. Cə­miy­yət gö­rür­dü ki, hə­pəndlər, an­ti­pod­lar, bü­rok­rat­lar, sü­rün­dür­mə­çi­lər, öz mə­na­fe­yi­ni xal­qın mə­na­fe­yin­dən uca tu­tan­lar ne­cə sərt tən­qid edi­lir. Bu gün də o möv­zu­lar ak­tu­al­lı­ğı­nı qo­ru­yur və rəs­sam­lar da bu sa­hə­də iş gö­rür. Bay­ram Qa­sım­xan­lı, Bay­ram Ha­cı­za­də, Ha­fiz Nə­si­roğ­lu və di­gər rəs­sam­lar ka­ri­ka­tu­ra jan­rın­da ma­raq­lı sil­si­lə­lər ya­ra­dır. Bi­zim ka­ri­ka­tu­ra­çı rəs­sam­la­rı­mı­zın əsər­lə­ri təb­liğ olun­ma­lı­dır ki, onun cə­miy­yət­də əks-sə­da­sı du­yul­sun".

 

Biz­də də ka­ri­ka­tu­ra ev­lə­ri ol­sa...

Sə­nət­şü­na­sın qeyd et­di­yi­nə gö­rə, sa­ti­ra-yu­mor, ka­ri­ka­tu­ra jan­rı­nın in­ki­şa­fın­da cə­miy­yət özü ma­raq­lı ol­ma­lı­dır. "Çün­ki bu, cə­miy­yə­tə ha­va-su ki­mi la­zım­dır" - de­yə bil­di­rən T.Əli­za­də vur­ğu­la­dı ki, Azər­bay­can­da Ka­ri­ka­tu­ra­çı­lar Bir­li­yi fə­a­liy­yət gös­tə­rir və bu qu­rum ət­ra­fı­na ki­fa­yət qə­dər is­te­dad­lı in­san­la­rı top­la­yır.

O qeyd et­di ki, dün­ya­nın hər ye­rin­də ka­ri­ka­tu­ra ev­lə­ri var və tu­ristlə­rin çox ma­raq gös­tər­di­yi ün­van­lar­dan bi­ri ka­ri­ka­tu­ra ev­lə­ri­dir: "Res­pub­li­ka­mız­da da ka­ri­ka­tu­ra ev­lə­ri­nin fə­a­liy­yət gös­tər­mə­si yax­şı hal olar­dı. Çün­ki öl­kə­yə gə­lən tu­ristlər qey­ri-adi, ma­raq­lı yer­lər­lə ta­nış ol­maq is­tə­yir. Be­lə yer­lər­dən bi­ri də ka­ri­ka­tu­ra evi ola bi­lər­di". 

 

"Ka­ri­ka­tu­ra dü­şün­cə tə­ləb edir"

Rəs­sam Sol­tan Sol­tan­lı bi­zim­lə söh­bə­tin­də qeyd et­di ki, ka­ri­ka­tu­ra rəs­sam­lı­ğın ən çə­tin jan­rı­dır və hər adam əli­nə fır­ça alıb aya­ğı-ba­şı bi­lin­mə­yən tab­lo­lar ya­ra­da bi­lər, an­caq hər kəs ka­ri­ka­tu­ra ya­ra­da bil­məz: "Ka­ri­ka­tu­ra dü­şün­cə tə­ləb edir. Mən uzun il­lər qə­zet­lə­rə ka­ri­ka­tu­ra çək­mi­şəm. On­lar­dan yax­şı qo­no­rar al­mı­şam. Bu, 1995-ci il­dən 2005-ci ilə qə­dər da­vam edib. İn­san­lar ka­ri­ka­tu­ra­nı və­zi­fə­li in­sa­nın tən­qi­di ki­mi ba­şa dü­şür. Bu, ka­ri­ka­tu­ra­da möv­zu ola bi­lər. An­caq ka­ri­ka­tu­ra özü janr ki­mi in­san­la­rın dü­şün­dü­yü dar çər­çi­və­lər­də de­yil. Ka­ri­ka­tu­ra sə­nə­ti­nin çox bö­yük ta­ri­xi ənə­nə­si ol­sa da, biz onu ya­şa­da bil­mə­dik".

 

"...bir çağ­lar ka­ri­ka­tu­ra..."

S.Sol­tan­lı bil­dir­di ki, ka­ri­ka­tu­ra rəs­sam­lı­ğın dün­ya­da ən yay­ğın və ən çə­tin jan­rı­dır. Onun söz­lə­ri­nə gö­rə, rəs­sam­lı­ğın baş­qa sa­hə­lə­ri­nə ba­xan­da bu sə­nət­lə az adam məş­ğul olur: "Bu­nun da baş­lı­ca nə­də­ni jan­rın xü­su­siy­yət­lə­rin­dən do­ğan çə­tin­lik­dir. Ka­ri­ka­tu­ra­da baş­lı­ca tə­ləb fik­rin düz­gün, mən­tiq­li, ay­dın ifa­də­si­dir. Bu­nun üçün in­san­dan də­rin dü­şün­mək, de­yər­dim ki, fi­lo­sof­luq tə­ləb olu­nur. Bu gün dün­ya­da ka­ri­ka­tu­ra üz­rə çox­lu bey­nəl­xalq ya­rış­ma­lar təş­kil edi­lir. Bə­li, ka­ri­ka­tu­ra dün­ya rəs­sam­lı­ğın­da ha­zır­da öz ön­cül­lü­yü­nü, la­yiq­li ye­ri­ni qo­ru­maq­da­dır. Ka­ri­ka­tu­ra dün­ya ic­ti­mai fik­ri­nə tə­sir üsul­la­rın­dan bi­ri­dir. Azər­bay­ca­nın bö­yük ka­ri­ka­tu­ra ənə­nə­si var. Bu da 1906-cı il­də "Mol­la Nəs­rəd­din" sa­ti­rik jur­na­lı­nın nəş­ri ilə baş­la­yır. Adı­çə­ki­lən jur­nal­dan son­ra Azər­bay­can­da çox­lu sa­ti­rik dər­gi­lər çıx­dı, on­lar­dan elə ən uzu­nö­mür­lü­sü "Mol­la Nəs­rəd­din" ol­du.

Düz­dür, bir çağ­lar ka­ri­ka­tu­ra, ümu­miy­yət­lə sə­nət in­san­la­rı pis­lik­lər­dən, nöq­san­lar­dan arın­dı­rır­dı. San­ki o za­man nöq­san­lar sə­nət­dən qor­xur­du. İn­di­sə ey­bə­cər­lik sə­nə­tə gü­lür"

 

"Biz əsa­sən xa­ric­də ke­çi­ri­lən mü­sa­bi­qə-sər­gi­lər­də iş­ti­rak edi­rik"

Ta­nın­mış rəs­sam Bay­ram Qa­sım­xan­lı­nın fik­rin­cə isə, Azər­bay­can­da ka­ri­ka­tu­ra üçün elə də ge­niş mey­dan yox­dur: "Bu janr biz­də dar çər­çi­və­də­dir. Rəs­sam­lar İt­ti­fa­qı­nın nəz­din­də fə­a­liy­yət gös­tə­rən Azər­bay­can Ka­ri­ka­tu­ra­çı­lar Bir­li­yi­nin fə­a­liy­yə­ti ma­liy­yə çə­tin­li­yi üzün­dən zə­if­lə­yib. Mən bir ka­ri­ka­tu­ra­çı rəs­sam ki­mi bu sa­hə­nin in­ki­şa­fın­da ma­raq­lı­yam. Biz əsa­sən xa­ric­də ke­çi­ri­lən mü­sa­bi­qə-sər­gi­lər­də iş­ti­rak edi­rik. Sa­ti­ra və yu­mor acı da ol­sa, hər yer­də ak­tu­al­dır. Şərq öl­kə­lə­rin­də da­ha çox Tür­ki­yə və İran­da in­ki­şaf edir və et­mək­də­dir. Təb­riz­də ka­ri­ka­tu­ra mu­ze­yi fə­a­liy­yət gös­tə­rir.  Tür­ki­yə­də hər il İs­tan­bul­da, Bur­sa­da, An­ka­ra­da, İz­mir­də və baş­qa şə­hər­lər­də möv­zu­lu və sər­bəst mü­sa­bi­qə-sər­gi ke­çi­ri­lir. Bu mü­sa­bi­qə­lə­rə kül­li miq­dar­da sər­ma­yə qo­yu­lur, qa­lib­lə­rə bö­yük mü­ka­fat­lar, dip­lom­lar ve­ri­lir. Ən yük­sək yer tut­muş əsər da­i­mi ola­raq o şə­hə­rin mu­zey­lə­ri­nin ekspo­zi­si­ya­sı­nı bə­zə­yir. Biz də isə ka­ri­ka­tu­ra­nın in­ki­şa­fı zə­if­dir. Hə­lə də çox­la­rı fi­kir­lə­şir ki, ka­ri­ka­tu­ra tən­qid yox, təh­qir­dir. Tən­qid edi­lən bu­nu təh­qir ki­mi qar­şı­la­yır. Bu da ma­a­rif­çi­li­yin zə­if ol­ma­sın­dan irə­li gə­lir. Bə­zən tən­qid edir­sən və prob­le­mi gös­tə­rir­sən, nə­ti­cə çı­xar­maq əvə­zi­nə da­ha da pis iş­lər gö­rür­lər. Rəs­sam­lar çox vaxt   sərt ka­ri­ka­tu­ra­lar çək­mək­dən eh­ti­yat edir. Cə­miy­yət­də sağ­lam tən­qid müt­ləq la­zım­dır, bu ol­ma­yan­da, in­san­lar öz səhvlə­ri­ni gör­mə­yə bi­lər. Sağ­lam tən­qid cə­miy­yə­tin güz­gü­sü­dür. Səh­vi­ni gös­tə­rən güz­gü­nü sın­dır­maq­la, öz çir­kin əmə­li­ni və ey­bə­cər­li­yi­ni ört-bas­dır et­mək müm­kün de­yil".

Rəs­sam qeyd et­di ki, ka­ri­ka­tu­ra jan­rı­nın da­ha da in­ki­şaf et­di­ril­mə­si və təb­li­ği üçün yer­li və bey­nəl­xalq miq­yas­lı mü­sa­bi­qə­lər, sər­gi­lər ke­çir­mək la­zım­dır.

İra­də SA­RI­YE­VA

Son xəbərlər