Cümə günü, 06 noyabr 2026
     

Minlərlə işsiz məzun diplom aldıqları universitetləri məhkəməyə verəcəklər...

Image


Elyar İslamoğlu: “…Məzunlar məhkəməyə müraciət edə bilər”
İlham Əhmədov: “…Universitetlər məzunların əmək bazarında uğursuzluğuna görə ciddi cavabdehlik daşıyır”

Azərbaycanda ali məktəblərin sayı çox olduğu kimi, məzunların sayı da çoxdur, əlində diploma əmək bazarında özünə iş tapa bilməyənlər də kifayət qədərdir. Yəni bizim ali məktəblərin məzunlarının əmək bazarında iş tapması böyük problemə çevrilib. Universitetlərimiz diplomlu işsizlər ordusu yetişdirir.

Ali məktəbə böyük enerji ilə hazırlaşan, qəbul olan gənc sabah məzun olub əlinə diploma aldıqdan sonra “əlinə dəmir əsa alıb, ayağına dəmir çarıq geyib” iş axtarmaq yollarına düşür. Məlum olur ki, bizim universitetlərin əksəriyyətinin verdiyi təhsillə əmək bazarında öz ixtisasın üzrə iş tapmaq çətin məsələdir. Taksi sürücüləri, ictimai nəqliyyatda çalışanlar, supermarketlərdə işləyənlər və sairlər arasında kifayət qədər əli diplomlu gənclər var ki, ixtisasları üzrə iş tapmadıqları üçün başqa sahələrə üz tuturlar. Burada diqqət çəkən məsələ odur ki, ali məktəblərimizi məzunların taleyi qətiyyən narahat etmir.

Amma xarici təcrübədə məzunları iş tapmayan universitetkərə münasibət çox sərtdir. Həmin ali məktəblərə qarşı müxtəlif sanksiyalar da tətbiq oluna bilir, lap qapadılır da. Çünki əmək bazarının tələblərini ödəməyən məzun yetişdirirsə bu onun özünə baha başa gəlir. Bizdə isə belə deyil. Hətta işsiz qalan məzunlar iş tapa bilmədikləri üçün onlara diploma verən ali məktəbləri də məhkəməyə verib təzminat tələb edə bilirlər. Bunun bizdə də olması zərurətə çevrilib.

Mövcud, məhkəmə qanunvüriciliyinə görə, vətəndaşlar məhkəmə qarşısında istənilən iddianı qaldıra bilər.

Dediyimiz kimi, dünya təcrübəsində belə hallara rast gəlinir. Tələbə qəbul olur oxuyur, diplom alır, iş tapa bilmir. Məlum olur ki, ona diplom verən ali məktəb əmək bazarı üçün kadr hazırlamaq əzmində deyil. Bu baxımdan məzunlar ali məktəblərə qarşı məhkəmədə təzminat iddiası qaldıra bilərmi? İçsiz universitet məzunları oxuduğu universiteti kompensasiya tələbi iıə məhkəməyə verə bilərmi?

Fəlsəfə doktoru, hüquqşünas Elyar İslamoğlu baki-xeber.com-a “Bəli, məhkəməyə müraciət etmək olar, amma təkcə işsiz qalmaq kompensasiya almaq üçün yetərli hüquqi əsas sayılmır”-deyə bildirdi.

E.İslamoğlunun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, "Hər kəsin məhkəməyə müraciət hüququ vardır”.

“Yəni, vətəndaş istənilən hüququnun pozulduğunu iddia edərək məhkəməyə müraciət edə bilər. Məhkəmə iddianı rədd edə bilməz, araşdırmalıdır.

Amma bu maddə kompensasiya zəmanəti vermir, yalnız müraciət hüququnu təsbit edir. Mülki prosessual qanunvericiliyə görə hər bir vətəndaş məhkəmədə istənilən iddia ilə çıxış edə bilər. Məhkəmə iddianı qəbul edir, lakin iddianın təmin edilib-edilməməsi hüquqi əsasların olub-olmamasından asılıdır.

Universitetin iş tapmamağa görə məsuliyyəti yoxdur. Çünki ali təhsil müəssisələri iş yeri təmin etməyi öhdəsinə götürmür. Diplom iş zəmanəti deyil, ixtisas və kvalifikasiyanın təsdiqidir.

Amma istisna hallar ola bilər. Məsələn, əgər universitetlə tələbə arasında bağlanmış müqavilədə, və ya rəsmi reklam, elan, sənəddə “məzunların işlə təmin olunması” açıq və konkret vəd edilibsə və bu vəd yerinə yetirilməyibsə, bu halda mülki məsuliyyət yarana bilər.

Yanıldıcı reklam və ya aldatma varsa,

məsələn, “100% iş təminatı”, “məzunlarımız dərhal işlə təmin olunur” kimi sübut oluna bilən yalan vədlər verilibsə,

bu halda istehlakçı hüquqlarının pozulması,

aldatma yolu ilə müqavilə bağlanması kimi qiymətləndirilə bilər.

Əgər universitetin verdiyi diplom sonradan etibarsız sayılıbsa, bu zaman da məzunlar məhkəməyə müraciət edə bilər. Bu zaman maddi zərər və təhsil haqqının qaytarılması tələbi mümkündür.

“Xaricdə təcrübə” məsələsinə gəldikdə isə bu cür iddialar olub, amma çox az hallarda uğurlu olur. Adətən saxta diplom, fırıldaqçılıq, yalan reklam hallarında universitetlər uduzur.

Məsələn, ABŞ və Avropada “false advertising” (yanıldıcı reklam) üzrə işlər mövcuddur. Sadəcə “iş tapmadım” arqumenti ilə universitet uduzmur”.

Təhsil eksperti İlham Əhmədov baki-xeber.com-un mövzusuna “Azərbaycan universitetlərinin məzunları əmək bazarında: Tərs qurulmuş təhsil və zəif əmək bazarı” sərlöhvəli açıqlaması ilə münasibət bildirib.

“Azərbaycan universitetlərinin məzunları əmək bazarında iş tapmaqda problemlərlə üzləşirlər. Statistik göstəricilər və praktika göstərir ki, diplomlu işsizlərin sayı yüksək səviyyədədir. Bu isə universitetlərin yalnız formal diplom verdiyi, amma əmək bazarı tələblərinə uyğun kadr yetişdirmədiyini ortaya qoyur”.

Təhsil keyfiyyətsizliyi: təhsil və əmək bazarı arasında uyğunsuzluq barədə qeyd edən ekspertin sözlərinə görə, Elm və Təhsil Nazirliyi (ETN) rəhbərliyi etiraf edir ki, bizdə təhsil sistemi tərs qurulub. “Doğurdan da təhsil sistemində çox şey düz qurulmayıb, o cümlədən də universitetlərdə ixtisaslar, qəbul planları, tədris proqramları keyfiyyətsizdir. Bunlar əmək bazarının real ehtiyaclarına uyğun deyil. Gələcəkdə əmək bazarı ilə əlaqədar obyektiv və subyektiv səbəblərlə əlaqəli daha ciddi problemlərin olması mümkündür. Əmək bazarı, bununla əlaqəli olan hökumət qurumları- İqtisadiyyat nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, Dövlət məşğulluq xidməti bu uyğunsuzluğu susqunluqla qarşılayırlar.

2005-ci ildə, o vaxtki Əmək və Sosial Müdafiə Naziri, millət vəkili, professor Əli Nağıyev etiraf edirdi ki, xarici şirkətlər bizim nazirliyə vakant yerlər barədə təkliflər verirlər, biz də onlara ali təhsilli işsiz vətəndaşlarımızı yönəldirik. Amma ali təhsilli məzunlarımız onların tələblərinə cavab verə bilmir. Nəticədə, onlar xaricdən mütəxəssislər gətirilməli olurlar. Bu isə həm onlara, həm ölkə iqtisadiyyatına, həm də gənc işçi qüvvəsinə maddi itkidir. Əmək naziri o vaxt parlament iclasında sözünün davamı ilə həyəcanlı proqnoz da vermişdi: “bizim Qarabağdan da böyük dərdimiz var, bu bizim təhsilimizdir”. Doğurdan da Qarabağ problemini həll etdik, amma təhsil problemini 20 ildən sonra da həll edə bilməmişik. Belə görünür ki, bu yanaşma ilə növbəti 20 ildə də təhsilimizdəki böhran davam edəcəkdir.

Bu vəziyyət göstərir ki, təhsil sistemində ümumi durum çox ağırdır, təhsil islahatları uğursuz olub, təhsil ilə əmək bazarı arasında əlaqə zəifdir. Bu sahədə proqnoz tədqiqatlar aparılmır, yeni ixtisasların açılması çox vaxt kor-təbii, əmək bazarında zəruri strateji təhlillər aparılmadan, əmək bazarı proqnozlaşdırılmadan həyata keçirilir

Xarici təcrübəyə gəlincə, dünyada belə bir problemi yaşayan ölkələrdə universitetlər məzunların əmək bazarında uğursuzluğuna görə ciddi cavabdehlik daşıyır. Məsələn, ABŞ və Avropa ölkələrində tələbələr təhsil aldıqları universiteti məzuna iş imkanları təmin etməməkdə ittiham edə bilər, universitetlər proaktiv proqramlar və karyera dəstəyi təqdim etmədikdə məhkəməyə verilə bilər, tələbələr və məzunlar hüquqi yolla təzminat və kompensasiya tələb edə bilirlər. Bu model universitetlərin məsuliyyətini artırır və diplomun bazar dəyərini qoruyur.

Azərbaycan reallığında isə təəssüf ki, qanunvericiliyə görə, ali məktəblər diplom verdikləri şəxslərin əmək bazarında uğur qazanmasını təmin etmək öhdəliyi daşımır. Diplom vermək – təhsil prosesini bitirmək mənasını daşıyır və əmək bazarının tələblərinə uyğun kadr yetişdirmək rəsmi öhdəlik deyil. Məzunlar keyfiyyətsiz təhsil səbəbi ilə əmək bazarında iş tapmayanda universitetə qarşı məhkəmədə iddia qaldıra bilməzlər. Hüquqi baxımdan universitet yalnız təhsil verdiyi proqramın keyfiyyətinə görə məsuliyyət daşıyır, amma bazara uyğun peşəkar kadr yetişdirməməsi hüquqi müstəvidə məsuliyyət doğurmur. Buna baxmayaraq, təhsil siyasətində beynəlxalq təcrübəyə əsaslanan məcburi karyera dəstəyi və əmək bazarı ilə inteqrasiya mexanizmlərinin tətbiqi Azərbaycanın təhsil sistemi üçün vacibdir”.

İ.Əhmədov qeyd etdi ki, ETN kadr hazırlığının keyfiyyətinə məsul qurumdur, amma nazirlik heç özü üçün də keyfiyyətli kadr hazırlaya bilmir. “Nazirin müəllimlərə yönəli: onlar “şaftalı sözünü yaz bilmirlər, kvadratın perimetrini hesablaya bilmirlər” v.s. kimi ironik fikirləri, bu qurumun hətta özü üçün də kadr hazırlığını düz təşkil etmədiyini əyani göstərir.

Problemin hətta səthi təhlili göstərir ki, Azərbaycan universitetlərinin məzunları əmək bazarında çətinliklərlə qarşılaşır, çünki təhsil və əmək bazarı arasında əlaqə, proqnoz tədqiqatlar və koordinasiya zəifdir. İxtisas planlarının bazara uyğun tənzimlənməsi səmərəli aparılmır.

Beynəlxalq təcrübə göstərir ki, universitetlər məzunların iş tapması üçün məsuliyyət daşıyanda diplomun dəyəri yüksəlir, işsizlik azalır. Azərbaycan qanunvericiliyi iə hazırda universitetləri, məzunların əmək bazarındakı uğursuzluğuna görə məsuliyyətə cəlb etmir. Bu sahələrdə ciddi islahatlara ehtiyac var. Təəssüf ki, ETN 22 il ərzində neft kapitalını insan kapitalına çevirə bilmədi”-deyə İ.Əhmədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 10:06
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ