çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Bu iş hüquqşünasların “monopoliyasından” çıxarılır - Məhkəmə-Hüquq Şurası yenilik etdi...

Image


Xəyal Bəşirov: “Digər sahələr üzrə ali təhsil almış şəxslərə bu sahədə fəaliyyət göstərməsi üçün şəraitin yaradılması müsbət addımdır”

Məhkəmə-Hüquq Şurası tərəfindən ölkəmizin bəzi bölgələrində hüquqşünas kadrlarının çatışmazlığı, müvafiq vəzifənin öhdəlikləri, həmçinin yaranmış zərurətlə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə iclas katibi vəzifəsinin tutulma şərtləri araşdırılıb. Bu barədə məlumat qurumun saytında yer alıb.

Qeyd olunur ki, müvafiq vəzifə təlimatının "Təhsilə dair tələblər" bölməsinə Hüquqşünaslıq ixtisası ilə yanaşı, Filologiya, Fəlsəfə, Tərcümə (dillər üzrə), Jurnalistika, Kitabşünaslıq, Tarix, Politologiya, Psixologiya, Sosiologiya, Regionşünaslıq (regionlar üzrə), Beynəlxalq münasibətlər, Kitabxanaçılıq və informasiya, Dövlət və ictimai münasibətlər, Dövlət və bələdiyyə idarəetməsi və Sosial iş ixtisasları da daxil edilib.

Bu dəyişiklik aşağıdakı məqsədlərə xidmət edir:

Kadr potensialının genişləndirilməsi: Bölgələrdə işçi çatışmazlığının aradan qaldırılması və məhkəmələrin fasiləsiz fəaliyyətinin təmin olunması.

Məhkəmə proseslərinin effektivliyinin artırılması: İş yükünün daha ədalətli bölünməsi və iclasların təşkilati dəstəyinin gücləndirilməsi.

Gənclərin məhkəmə sisteminə cəlb edilməsi: Humanitar və sosial sahələr üzrə ali təhsil almış şəxslərin dövlət qulluğu və məhkəmə fəaliyyətinə inteqrasiyasına dəstək.

İnzibati idarəetmə keyfiyyətinin yüksəldilməsi: Dil, kommunikasiya, analitik təfəkkür və təşkilati bacarıqlar üzrə üstünlüklərə malik kadrların məhkəmələrin gündəlik fəaliyyətinə cəlb olunması.

Qeyd edilir ki, indiyədək məhkəmə iclas katibi vəzifəsinə yalnız “Hüquqşünaslıq” ixtisası üzrə ali təhsili olan şəxslər müraciət edə bilirdilər. Yeni mexanizm daha çevik və inklüziv kadr siyasətinin həyata keçirilməsinə imkan verəcək və məhkəmə sistemində insan resurslarının inkişafına mühüm töhfə verəcək.

Ekspertlər bu yeniliyi müsbət qarşılayır və hesab edirlər ki, Məhkəmə Huquq Şurasında müvafiq sahədə qeyri-hüquqşünasların təmsil olunması da müsbət haldır və bu bir neçə aspektdən əhəmiyyətlidir.

“Regionlarda məhkəmələr iclas katiblərinin tapılması ilə bağlı ciddi problemlər...”

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, belə bir addımın atılmasını müsbət dəyərləndirmək olar: “Ölkəmizin bir çox bölgələrində hüquqşünas kadrların çatışmazlığı ilə əlaqədar məhkəmə iclas katibləri vəzifəsində işləmək üçün təhsil tələblərində ciddi dəyişiklik edildi. Mən bunu dəstəkləyirəm və müsbət yanaşıram. Əvvəla, məhkəmə iclas katibi işləmək üçün heç də ali hüquq təhsili tələb olunmur. Yəni reallıqda ona ehtiyac yoxdur. Çünki ali hüquq təhsili tələb olunan peşələr bəllidir və orda məhkəmə iclas katiblərinin olması o qədər də məntiqli görünmür. Səhv etmirəmsə, keçən əsrin 90-cı illərinin sonlarında heç məhkəmə nəzarətçiləri üçün də ali hüquq təhsili (ümumiyyətlə ali təhsil tələb olunmurdu-X.B) tələb olunmurdu.

Ali hüquq təhsili olmayanların məhkəmə iclas katibləri olması yaxşı haldır. Digər sahələr üzrə ali təhsil almış şəxslərə bu sahədə fəaliyyət göstərməsi üçün şəraitin yaradılması müsbət addımdır. İlk əvvəl insanların ali təhsil almısına təşviq edir. Yəni hamı heç də hüquq fakültəsinə imtahanlarda müsbət nəticə əldə edə bilmir. Hüqüq fakültəsinə qəbul olmaq istəyənlərin xeyli bir hissəsi tələb olunandan az bal toplayır və daha aşağı bal tələb edən fakültələrə qəbul olunur”.

X.Bəşirov qeyd etdi ki, tarix, politologiya, jurnalistika və digər fakültələri bitirənlərin işsizlik problemi də var və bu ixtisasları bitirənlər artıq məhkəmədə müvafiq vəzifədə işləyə biləcəklər. “Bütün rayonlarımızda məhkəmələr fəaliyyət göstərir. Hətta bəzi regionlarda ixtisaslaşdırılmış məhkəmələr də var. Bu addımın atılması nəticəsində məhkəmə sahəsində işləmək istəyənlərin dairəsi genişlənəcək. Eyni zamanda hüquq təhsili olanların hamısı paytaxtda və böyük şəhərlərə üz tutmaq məcburiyyətində qalmayacaq. Ali hüquq təhsili olanların əksər hissəsi daha çox Bakı şəhərində, Azərbaycanın Sumqayıt, Gəncə kimi iri şəhərlərində fəaliyyət göstərmək istəyirlər. Bu da onlar üçün sosial-məişət, maddi və digər problemlər yaradır. Bu adım sözügedən problemin də həllinə səbəb olacaq. Məhkəmə iclas katibi olmaq istəyən, bu sahədə fəaliyyət göstərən insanlara hüquq təhsili o qədər də lazım deyil. Məhkəmə iclas katibinin görəcəyi işlər var və proses zamanı onun beyninin məhsuluna, yaxud hüquqi təhlil, analiz etmək imkanlarına ehtiyac olmur. Məncə, ali təhsilə sahib olması kifayət edir ki, həmin o şəxs məhkəmələr zamanı baş verən proseslərin qeydiyyatını aparsın, məhkəmə iclas katibi kimi ona aid olan digər vəzifələri yerinə yetirsin. Düşünürəm ki, əslində bu sahədə çox ciddi bir yenilik və uğurdur. İşsiz olmaq məcburiyyətində qalan, yaxud başqa sahədə təmsil olunan ali təhsilli insanların öz arzuladıqları iş yerlərində işləməsi üçün ciddi imkanlar yaradacaq, yol açacaq. Həm də bu məhkəmələrdə iş yükünün azalması baxımından da ciddi rol oynacaq. Regionlarda məhkəmələr iclas katiblərinin tapılması ilə bağlı ciddi problemlər yaşayırlar. Bu da bir çox hallarda məhkəmələrdə işin gedişatı ilə bağlı ciddi problemlər yaradır. Digər bir vacib amil də var. Bunu da unutmaq lazım deyil ki, indiki dəyişikliyə qədər olan müddətdə ali hüquq təhsili olan şəxslər məhkəmə iclas katibi kimi fəaliyyət göstərə bilirdilər. Həmin o şəxslərə məhkəmə iclas katibi kimi fəaliyyət göstərmələr daha çox təcrübə toplamaq üçün vacib olurdu. Vəkilliyə üç illik təcrübə tələb olunurdu. İndi dəyişlik olub, təcrübə müddəti azaldılıb. İndiyə qədər vəkil olmaq üçün qanunvericilikdə hüquqşünaslıq sahəsi üzrə üç illik, hakimlik üçün beş illik təcrübə tələb olunurdu. Digər sahələrdə mövcud vəzifələrdə fəaliyyət göstərmələri üçün iş təcrübəsi tələb olunurdu. Məhkəmə islas katibi işləyənlər sadəcə bu texniki tələbi qarşılamaq üşün məhkəmələrdə fəaliyyət göstərirdilər. Bu da bir çox hallarda onların iş əmsalına, iş keyfiyyətinə mənfi mənada ciddi təsir göstərirdi. Onlar sadəcə bu müddətin keçməsini gözləyirdilər və ona görə məhkəmə iclas katibi işləmək üçün müraciət edirdilər. Amma indiki mərhələdə digər ixtisas sahibi olan ali təhsilli şəxslərin artıq belə bir istəkləri olmayacaq. Çünki məhkəmə iclas katibi kimi uzun illər fəaliyyət göstərə bilərlər. Burada onların sadəcə təcrübə toplamaq üçün niyyətləri olmayacaq. Bu da məhkəmələrdə məhkəmə iclas katibi kimi fəaliyyət göstərənlərin iş keyfiyyətinə, ümumilikdə də məhkəmənin iş keyfiyyətinə müsbət təsir göstərəcək”-deyə X.Bəşirli bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ