Bazar günü günü, 08 noyabr 2026
     

Xaçmaz Reabilitasiya Mərkəzində nələr gördük... - FOTO

Image


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Xaçmaz Reabilitasiya Mərkəzinə təşkil etdiyi mediatur çərçivəsində yolumuz igidlər oylağı Xaçmazadır. Hər yolun öz məqsədi, öz qayəsi olur deyirlər. Doğrudan da belədir. 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşlarının müşaiəti ilə media təmsilçilərinin Xaçmaz Reabilitasiya Mərkəzinə səfərinin məqsədi burada müalicə alan qazilərimizə, Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərən igidlərimizə, Vətən oğullarına göstərilən tibbi xidməti müşahidə etməkdir. Mediatur bu amalla təşkil olunub. Bu, həqiqətən də çox vacib və gərəkli səfər kimi yadda qaldı.

Yolun damarını həmkarlarımızın və agentliyin əməkdaşlarının şən zarafatları, şirin söhbətləti ilə qırdıq, yol boyu gördüyümüz təbiət gözəlliyini gözlərimizə, ruhumuza köçürdük, qısa müddətli dayanmaqla Şabranda çay işdik, səhər yeməyi yedik, zəhmətkeş insanların əməyinin məhsullarını daddıq, çörək kəsdik, su içdik, bir-birimizə daha da yaxınlaşdıq, bələd olduq. "Yoldaşı yolda tanıyarlar" zərbi-məsələnin fəlsəfəsini bir daha anlamış olduq. Yaşadıqlarımız bizi anladır həm də. 

Sözün düzü, səfərimiz o qədər maraqlı oldu ki, yolun uzunluğunu hiss etmədik. 

Nəhayət özünəməxsus gözəlliyi, təbiəti, saf, vətənpərvər insanları, çinar boylu igidləri, zərif qızları ilə dillər əzbəri olan Xaçmaza çatdıq. 

Müasir və hərtərəfli təchiz olunmuş Xaçmaz Reabilitasiya Mərkəzidə bizi mərkəzin direktoru Rövşən Muradov və gülərüz kollektiv qarıladı, mühafizəçilərdən tutmuş həkimlərə, xəstələrə qədər hər kəsin üzündə gülüş gördük, hər birində səmimiyyət gördük. Biz mərkəzdə olarkən həm əlilliyi olan şəxslərlə, həm də müharibə ilə əlaqədar əlilliyi olan qəhrəmanlarımızla görüşdük, ünsiyyətdə olduq, onlara göstərilən tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə tanış olduq.

Əvvəlcə mərkəzin bir neçə ayrı-ayrı prosedur otaqları ilə tanış olduq, həkim və tibb personalının xəstələrə göstərdikləri müalicə prosesi ilə tanış olduq. Sonra isə mərkəzin həyətində, yaşıllıq, güllü çiçəklik arasında qurulan söhbətgahda qazilərimizə göstərilən qrup sosial-psixoloji seansı, terapiyanı müşahidə etdik. Peşəkar psixoloq həkim onlarla söhbət edir, təlimlər verirdi. O bildirdi ki, terapiyaya cəlb olunan qazilərin əksəriyyətinin yuxu ilə bağlı problemləri var. Həmçinin dedi ki, terapiya həm qrup, həm də fərdi şəkildə aparılır, onlayn xidmət də var. 

Qazilərimizlə tanış olduq, söhbətləşdik, əhvallarını soruşduq. Bir ağızdan bildirdilər ki, mərkəzdə onlara lazımı qayğı və diqqət göstərilir, Rövşən müəllim də, tibbi personal da, psixoloq da onların sağalması, adaptasiyası üçün əllərindən gələni əsirgəmirlər.  Müalicə otaqlarını, palataları bir-bir gəzdik, sözün həqiqi mənasında Azərbaycanın ucqar bir guşəsində hərtərəfli təchiz edilmiş, müasir bir mərkəzin olduğuna və burada savadlı, peşəkar, öz işini bilən, xəstələrlə yüksək səviyyədə davranan bir personalın xidmət etdiyini görmək qəlbimizi sevindirdi. Sevindik ki, torpaq uğrunda sağlamlığını itirən qəhrəman oğullara, eləcə də anadangəlmə əlilliyi olan vətəndaşlarımıza bu cür yüksək səviyyədə diqqət və qayğı göstərilir, Azərbaycan dövləti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu insanların sağlamlıq və sosial-psixoloji reablitasiyası ilə məşğul olur. Bu qəbildən olan insanlar çox həssas olur, aralarında kaprizi olanlar da az olmur, amma həkimlər, tibb işçiləri onlarla səbrlə, hövsələ ilə davranır, necə  deyərlər, ağlaya-ağlaya gələnləri, gülə-gülə yola salırlar. 

Rövşən Muradov: "Postmüharibə dövründə Xaçmaz Reabilitasiya Mərkəzində də 400-dən çox müharibə iştirakçısı reabilitasiya xidmətlərindən faydalanıb" 

Mərkəzin direktoru Rövşən Muradov jurnalistlərə məlumat verdi ki, son beş ildə  reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması, Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzlərinin yaradılması təmin edilib. Nəticədə reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəlməsi ilə yanaşı, reabilitasiya xidməti göstərilən şəxslərin illik sayının 7 dəfədən çox artmasına nail olunub.

"Agentliyin tabeliyində 15 reabilitasiya müəssisəsi və 1 Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Həmin müəssisələrdə bu ilin 4 ayında əlilliyi olan 33, 8 min şəxsə reabilitasiya xidmətləri göstərilib, 5,5 min şəxsə 40,2 min reabilitasiya vasitəsi verilib.

Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Nazirliyin şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra etdiyi sosial dəstək paketinin bir istqiaməti olaraq, 3300-dən çox müharibə veteranına reabilitasiya xidmətləri göstərilib. Həmin dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 2147 şəxs 56,2 min reabilitasiya vasitəsi, o cümlədən 471 şəxs 492 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;

Postmüharibə dövründə Xaçmaz Reabilitasiya Mərkəzində də 400-dən çox müharibə iştirakçısı reabilitasiya xidmətlərindən faydalanıb"-deyə bildirdi.

Baş direktor onu da dedi ki, əlilliyi olan şəxslər həm stasionar, həm də amblator müalicə alırlar. Eyni zamanda mərkəzin səyyar xidməti də mövcuddur ki, bəzi əlillərin müalicəsi üçün evlərə gedirlər. Sosial-psixoloji terapiyanın həm də onlayn şəkildə təşkil edilidyini deyən direktor bildirdi ki, əlilliyi olan şəxslərə dəstək olurlar. 

Direktor qeyd etdi ki, yaxlın ərazilərdən gələn əlililiyi olan şəxslər amblator, uzaqlardan gələnlər isə stasionar müalicəyə cəlb olunurlar, hər müalicə kursu 14 gündür. 

Qeyd olundu ki, Mərkəz Xaçmaz rayonunda və ətraf rayonlarda yaşayan əlillərə kompleks tibbi-sosial reabilitasiya xidməti göstərmək yolu ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, onların tibbi, sosial, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili, yaş və sağlamlıqlarını nəzərə alınmaqla mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində işlər görür.  Mərkəzdə bərpa müalicəsi alanlarla bağlı məlumat bankı yaradılır, bərpa müalicəsi alanların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə edilir, qabaqcıl təcrübələrin öyrənilməsi əsasında reabilitasiya metodları hazırlanaraq təcrübədə tətbiq olunur. Müəssisə 2 və 3 nəfərlik palatalardan ibarət olmaqla toplam 14 çarpayılıqdır.

Tariyel Dinarov: "Burada fəaliyyət göstərən komplektləşmiş tibbi personalın və digər əməkdaşların, rəhbərliyin qazilərə xüsusi diqqəti, qayğısı var, bu da bizi sevindirir və daha böyük əhval-ruhiyyə yaradır"

Vətən müharibəsi qazisi, ehtiyatda olan mayor Taryel Dinarovla da söhbətləşmək imkanımız oldu. O, bildirdi ki, bu gün respublikada mövcud olan bərpa, reablitasiya, eyni zamanda reablitasiya kurort mərkəzlərinin müasir tibbi avadanlıqlarla təmin olunması, bu mərkəzlərdə yüksək peşəkarlığa malik tibbi personalın çalışması əlilliyi olan vətəndaşlarımızın, həmçinin də müharibə ilə əlaqədar əlillik təyin olunmuş şəxslərin tez bir zamanda sağalıb cəmiyyətə adaptasiya olmasına kömək edir. Bu adı çəkilən mərkəzlərdə mövcud olan fizoterapiya avadanlıqlarının, müalicəvi bədən tərbiyə alətlərinin köməkliyi ilə ilk növbədə bizim əlillərimizə ilkin funksional diaqnoz düzgün qoyulur. Bundan sonra onların müalicələri həyata keçirilir. Bu mərkəzlərdə eyni zamanda psixoloji senaslar keçirilir. Bu senslar qazilərimizin, ümumi əlilliyi olan şəxslərimizin, müharibə dövründə hərbi travma almış soydaşlarımızın psixoloji durumlarının tez bir zamanda düzəlməsi, mənəvi əhvallarının yüksəlməsi, ruh yüksəkliklərinin artması, vətəndaş olaraq cəmiyyətdə sağlam şəkildə davranmasrı üçün böyük əhəmiyyət daşıyır". 

T.Dinarov bildirdi ki, indiyə qədər bir sıra xidmətlərdən istifadə edib və hazırda da psixoloji və müalicəvi bədən tərbiyə senslara qatılır.

"Özünüz dı gəzib gördünüz ki, mərkəzimiz ən müasir tibbi texnoloji vəsaitlərlə təmin olunub. Bizim ölkədə dünya standartlarına cavab verən erablitasiya mərkəzlərimiz mövcuddur. Xaçmaz Reablitasiya Mərkəzində bizə çox yüksək qayğı və diqqət göstərilir, həkimlərdən də, rəhbərlikdən də çox razıyıq. Bizim sağlamlığımız üçün əllərindən gələni edirlər. Təkcə Xaçmaz deyil, Mərdəkanda da, Şağanda da, Naftalanda da, başqa yerlərdə də fəaliyyət göstərən   reablitasiya mərkəzləri çox yüksək səviyyədədir. Müalicə aldığım reablitasiya mərkəzlərinin hamısında əlilliyi olan şəxslərin cəmiyyətə normal şəkildə qayıtmaları üçün bütün zəruri şəraitlər var. Burada fəaliyyət göstərən komplektləşmiş tibbi personalın və digər əməkdaşların, rəhbərliyin qazilərə xüsusi diqqəti, qayğısı var bu da bizi sevindirir və daha böyük əhval ruhiyyə yaradır"-deyə bildirən T.Dinarov qazilərə münasibətdən yerlə-göy qədər razı olduqlarını, dövlətin qayğısından daha da ruhlandıqlarını bildilər. 

Həkim Natavan Xanmirzəyeva ilə də danışdıq. O, bildirdi ki, bura gələn xəstələrə hər tərəfli qayğı göstərilir, müalicələri ilə məşğul olunur. "Mərkəzimizə gələn hər bir pasientə xüsusi diqqət və qayğı göstərlir, hər birinə fərdi yanaşılır. Burada həm əlilliyi olan qazilərimiz, həm də digər əlilliyi olan vətəndaşlarımız müalicə alır. Üzümüz daim gülür və xəstələr də bundan ruh alır"-deyə N.Xanmirzəyeva qeyd etdi. 

Mərkəzdə müalicə alanlar içində anadangəlmə əlilliyi olan bir cütlük də diqqətimizi çəkdi. Famil və Məhbubə ilyarım əvvəl ailə qurublar. Bir-birini dünyalar qədər sevən cütlükdən soruşduq ki, əvvəlcə kim sevgisini bildirib? Famil dedi ki, Məhbubə ondan cəsarətli çıxıb və ona ürəyini açıb. Familin 24, Məhbubənin isə 32 yaşı var. Onlar mərkəzin ən sevimli pasiyentlərindəndir. Hər kəs bu gülərüz, mehriban cütlüyə sevgi göstərir, Famil əlil arabasında oturur, Məhbubənin isə eşitməsində və nitqində problem var, amma bu onların sevgilərini paylaşmalarına heç bir maneçilik törətmir. Doğrudan da sevgi əngəl tanımır. Mərkzədə hər kəsin sevgisini qazanan cütlükdən sözün həqiqi mənasında böyük enerji aldıq...

Mərkəzdəki göstərilən bütün xidmətlərlə tanış olduq, əmək terapiyası, hidromasaj, fizeoterapiya, parafinlə müalicə terapiyası və başqa prosedurları müşahidə etdik. 

Sonra günorta yeməyi yeyib çay süfrəsi ətrafında söhbət etdik, qazilərimizi bir də dinlədik, onların arzularına, istəklərinə, döyüş xatirələrinə qulaq asdıq, bir daha qəhrəmanlıqları ilə öyündük, fəxr etdik ki,  bizim belə igid qardaşlarımız, oğullarımız, atalarımız var. "Qələbəmiz üçün şəhidlərimizə borcluyuq" dedi hamısı, canını vətənə qurban deyən oğulların uca ruhunu xatırladıq, adlarını andıq... Doğrudan da igidlərlə yan-yana durmağın özü qürurvericidir, özü bir fəxrdir.          

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin  Xaçmaz Reabilitasiya Mərkəzinə təşkil etdiyi bu media tur sözün həqiqi mənasında yadda qalan oldu və oradakı tibb işçilərindən, rəhbərlikdən, müalicə alan qazilərimizdən, əlilliyi olan digər insanlardan yüksək duyğularla ayrıldıq. 

Xaçmazdan Bakıya gələrkən düşündük ki, bu Vətənin, bu dövlətin uğrunda can verən, qan tökən, sağlamlığından məhrum olan heç kəs unudulmur, dövlət hamısını qanadları altına alır...

İradə SARIYEVA
Xaçmaz-Bakı




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ