Bazar günü günü, 08 noyabr 2026
     

Qəhrəmanlar unudulmur - FOTO

Image


Ağdamın Qalayçılar kəndində igid döyüşçü Bünyad Quliyevin xatirə lövhəsi ucaldılıb

Otuz illik ayrılıqdan sonra tarixi torpaqlarımıza – minalardan təmizlənən, böyük sürətlə bərpa-quruculuq işləri gedən Qarabağa və Şərqi Zəngəzura üz tutan hər kəsin ilk səfəri müqəddəs yurd yerlərini ziyarət xarakterli olur. Diqqət etmisinizsə, insanlar birinci fürsətdə düşmənin viran qoyduğu doğma kənd-kəsəyə qısa müddətə - lap bir saatlıq da olsa baş çəkir, doğulub böyüdükləri ev-eşiyin dağılmış daşını, kərpicini öpür, həyətdəki tut ağacının yanıb qovrulmuş kötüyünü bağırlarına basırlar. 

Xatirinizdədirsə, hətta işğal dövründə və qələbə qazanılan ilk günlərdə də gizli, icazəsiz şəkildə buna cəhd göstərənlər vardı. Belə dar macalda görülən təxirəsalınmaz işlərdən biri də vaxtilə həmin ərazilərin müdafiəsində canını, sağlamlığını qurban vermiş şəhidlərin qəbirlərini axtarıb tapmaq, qəhrəman qazilərin xatirəsini əbədiləşdirməkdir. Bir neçə gün öncə Ağdamın Qalayçılar kəndinin sakinləri də təqdirəlayiq addımlar atmış, yaşayış məntəqəsinin girəcəyində silahdaşlarının şəkli və ad-soyadı həkk edilmiş lövhələr ucaltmışlar. Göründüyü kimi, el-oba qəhrəmanlarını unutmur, imkan yarandıqca onların əziz xatirələrinə ehtiram nümayiş etdirməyi özünə borc bilir. Həmin plakatlarn birində Vətən müharibəsi qazisi, igid döyüşçü mərhum Bünyad Quliyevin əksi diqqət çəkir. Həmişəki kimi qorxmaz, qələbəyə inamlı, məğrur, düşmənin bir gün "dəmir yumruq"la əziləcəyinə əmin şəkildə...  

O, Qarabağ acılarını – daşnakların namərd xislətini, xaincəsinə kürəyimizə bıçaq saplayacaqlarını, bir ulusun soyqırımı, öz vətənində məcburi köçkünə çevriləcəyi faciələrinin ağrılarını nəinki münaqişənin başlanğıcında, hələ buna qədər gizli hazırlıqlardan dadmışdı. Vaxtilə Mardakert adlandırılan Ağdərədə 6-7 erməninin bir azərbaycanlını vəhşicəsinə döydüklərini görəndə, dığaları şil-küt edib yaralı soydaşını öz maşını ilə aradan çıxarmışdı. Gəncliyi şahə qalxan at belində keçən, qolu qüvvətli bu igidi Kolanı elində hamı cəsarətli, millətin, vətənin təəssübünü çəkən şəxs kimi tanıyır, hörmətini saxlayırdılar. Yaxşı futbolçu idi, komanda da yaratmışdı. Xankəndidə separatçıların meydanlara toplaşıb ərazi iddiaları irəli sürməsini eşidəndə, erməni quldurlarının sərhədboyu qəfil basqınlarını görəndə daha futbol oynamaq zamanı olmadığını, bu məkrli oyunlara qarşı çıxmağın zəruriliyini anladı. O zaman nizami ordu formalaşmadığından, yurd-yuvanı, elin namusunu qoruyacaq vətənpərvərləri təşkilatlandırdı. Əvvəlcə qardaşı Nüsrət Quliyevlə birlikdə futbol komandasındakı 28 cavanı başına toplayıb özünümüdafiə dəstəsi yaratdı. Əlinə silah alıb idmançı dostları ilə eyni sırada - doğma kəndin və əhalinin keşiyində dayandılar. Qalayçılar döyüş meydanına çevriləndə düşmən üzərinə yeriyən könüllülərin önündə getdi. 1989-1991-ci illərdə kənd özünümüdafiə dəstəsinin komandiri, sonra isə Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin Ağdam özünümüdafiə batalyonunun ən fəal döyüşçüsü oldu. Kiçik qardaşı Fikrət də onlara qoşulub Quliyevlər səddini daha da möhkəmləndirdi.  

Əslində, qardaşların müqavimət əzmi qanla, genlərlə ötürülmüş, ailə mühitindən, valideyn tərbiyəsindən bəhrələnmişdi. Rəhmətlik Qüdrət ata qoçaq, zəhmətkeş, mərd kişilərdən; Suqura ana təqvalı, xanım-xatın, amma həm də silahla rəftarı bacaran, Həcər qeyrətli qadınlardan idi. Ailədə 8 övlad - 4 qardaş, 4 bacı böyüyüb boya-başa çatmışdı. Bünyadın da 3 oğlu var, üçü də hərbi xidmət keçib, ləyaqətli, nəslin, şəcərənin uca adını qoruyub saxlayan gənclərdir. 

Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov: "Bünyad Quliyev igid oğlanlardan biriydi. Təcrübəli hərbçi Şirin Mirzəyevin yaxın silahdaşlarından olub, komandirlə birgə Ağdam birinci könüllü özünümüdafiə taborunun yaradılmasında böyük fədakarlıqlar göstərib. Biz onunla qürur duyuruq. Əgər həmin müqavimət cəbhəsi təşkil edilməsəydi, bölgədə daha dəhşətli faciələr baş verəcəkdi. Mirzəyevçilərin hamısı, Kolanı camaatı bu igid qardaşları yaxşı tanıyır, ehtiramla xatırlayırlar. Vətəni qoruyan oğullara sayğı göstərmək, Bünyad kimi igidləri unutmamaq hər birimizin vicdan borcumuzdur." 

1992-ci ilin 31 yanvar Fərrux, 4 mart Qazançı, 21 iyul Canyataq-Gülyataq döyüşlərində Quliyev qardaşlarının necə qorxmazcasına savaşdıqlarının çoxsaylı şahidləri var. Birinci Qarabağ müharibəsi qaziləri Elman Bayramov, Pənah Məmmədov, Xanlar İsmayılov və başqaları Bünyad, Nüsrət və Fikrətin hər zaman hücumun önündə olduqları, Vətən uğrunda sinələrinı qabağa verdikləri barədə konkret faktlarla danışırlar.

Pənah Məmmədov: "Kolanı obası mərd insanlar diyarıdır. Komandirimiz Bünyad Quliyevi də hər zaman qəhrəman məqamında xatırlayırıq. O, 1989-cu ildə kəndimizdə ilk silah götürənlərdən, düşmənə qarşı mübarizəyə qalxanlardandır. Həmişə bizi öz övladı kimi qoruyar, ən ağır döyüşlərdə irəlidə gedərdi. Haçan yanımızda idi, elə bilirdik, sıralarımız sıxdır, 200-300 igidlə birgəyik. Canyataq istiqamətində ermənilər bizi tələyə salmışdılar. Patronumuz qurtarmışdı, mühasirədən çıxmağa heç ümid yox idi. Bünyad gizlincə ermənilərin içinə yol tapıb plemyotu ələ keçirdi, mühasirə halqası yarılana qədər düşmənə göz açmağa imkan vermədi. Hamımız təhlükədən uzaqlaşandan sonra, ən axırda özü döyüş yerini tərk etdi". 

Xanlar İsmayılov: "Bünyad və qardaşları bəzən ölümə getdiklərini bilə-bilə, düşmənin ağır texnikasının qarşısına adi avtomatla çıxırdılar. Üç güllə yarası aldığı 2 fefral 1992-ci il tarixdə birgə döyüşürdük. Azad etdiyimiz Fərrux kəndinə gecəylə yenidən soxulan erməni birləşmələrinə rus plemyotçular da köməklik göstərir, bizi mühasirəyə alıb sağ ələ keçirməyə çalışırdılar... Bünyad ayağından vurulduğuna görə yeriə bilmirdi. Əlindəki qumbaranı açıb gözləyirdi ki, özü ilə bərabər, yaxınlaşan düşməni də məhv etsin. Vəziyyət çox gərgin idi, qeyri-bərabər döyüşdə dostu Zahid şəhid olmuş, qardaşları Nüsrət və Fikrət ağır yaralanmışdılar. Köməyə gəldiyimi görüb çox yalvardı ki, vaxt varkən uzaqlaşım və sağ ələ keçmədiyi xəbərini çatdırım. Onu qoyub gedə bilməyəcəyimi qəti şəkildə bildirdim və pulemyotla düşmənin başını qaldırmasına imkan vermədim, o isə qanı axa-axa, arxası üstə sürünərək mühasirədən çıxa bildi. Bünyad aslanlar kimi cəsur ürəkliydi, elə oğullar dünyaya tək-tək gəlir". 

O, təkcə döyüş meydanında yox, başqa vaxtlarda da əsl insanlıq, cəsurluq, fədakarlıq nümayiş etdirib, dara düşənlərə kömək əli uzadıb. Göldə batan iki nəfərin - Tərtər rayonun Əksipara və Səhləvad kəndlərindən olan Azər və Ədalətin həyatını qurtarıb, özlərinin söylədikləri kimi, onlara ikinci ömür bəxş edib. 

İqtisadiyyat Nazirliyinin əməkdaşı Ziyafət İsmayılov: "Bünyadın gözütoxluğu, uca mənəviyyatı və ədaləti barədə şahidi olduğum bir faktı söyləmək istəyirəm. 1992-ci il iyun ayının 28-də erməni-rus silahlı birləşmələri Ağdamın Qalayçılar və Papravənd kəndlərini, Boyəhmədli istiqamətindəki yüksəkliyi ələ keçirmək planı ilə genişmiqyaslı hücuma keçmişdilər. Həmin döyüş bəlkə də Birinci Qarabağ savaşında əsgərlərimizin ən uğurlu döyüşlərindən biri idi. Qarşı tərəf böyük itki verdi, texnikaları sıradan çıxarıldı. Qalayçılar kəndinın qəhrəman oğulları kəndə soxulub tankımızı ələ keçirmək istəyən ermənistanlı polkovniki düz gözündən vurmuşdular. Ermənilər daha çox həmin zabitin meyidini almağa çalışır və külli miqdarda pul təklif edirdilər. Bünyad cəsədləri öz həyətində basdırdı ki, pula şirnikən olmasın. Üç gündən sonra erməni gorbagorları iki sağ Şuşa sakininə və bir Milli Ordumuzun əsgərinin nəşinə dəyişdilər. Dəyişilmə prosesi isə çox gərgin, həyati risk şəraitində keçdi..."    

B.Quliyev bu dünyada cəmi 54 il yaşadı - 1958-ci il dekabrın 15-dən 2012-ci il sentyabrın 28-dək... İşğaldakı yurd-yuvanın fəryadına və həsrətə ürəyi dözmədi, infarktdan dünyasını dəyişdi. Niyə 54 il, bəs bu müddət ərzində yaddaşların, ürəklərin Bünyad ünvanlı dua və minnətdarlıqları, 34 il sonra doğma kəndində yaradılan xatirə kompleksi həmin ömrün davamı və əbədiyyətə calanacaq körpüsü deyilmi?

Bacısı Zəkurə Qüdrət qızı qardaşının qəhrəmanlıqlarını unutmadıqlarına və Qalayçılar kəndində ucaldılan xatirə lövhəsinə görə keçmiş silahdaşlara, bütün Kolanı camaatına, eləcə də Ağdam rayonunun rəhbərliyinə Quliyevlər ailəsi adından təşəkkürünü bildirir!

Qurban CƏBRAYIL
"Mədəniyyət" jurnalının redaktoru




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ