Bazar günü günü, 08 noyabr 2026
     

İKT Azərbaycanın tərəqqisinin təməl sütunlarından birinə çevrilir...

Image


İnformasiyalaşdırma bu gün təhsil də daxil olmaqla bütün aparıcı sistemin müasirləşdirilməsinin əsas yollarından biri hesab olunur. Bu, təkcə texnologiyanın inkişafı ilə deyil, həm də ilk növbədə, informasiya cəmiyyətinin inkişafının yaratdığı dəyişikliklərlə bağlıdır.

Çünki, bu zaman informasiya və onunla işləmək bacarığı əsas dəyərə çevrilir. İnformasiya texnologiyalarının və telekommunikasiyanın inkişafı elmi və təhsil proqramlarının keyfiyyətcə yeni səviyyədə həyata keçirilməsinə zəmin yaradır. Bu cür texnologiyaların üstünlükləri göz qabağındadır. Onlar mürəkkəb problemlərin həlli üçün tədris və elm mərkəzlərinin maddi və hesablama resurslarını birləşdirməyə, aparıcı mütəxəssisləri cəlb etməyə və paylanmış elmi laboratoriyalar yaratmağa, ümumi resurslara operativ çıxışı təşkil etməyə, laboratoriya təcrübələrini həyata keçirməyə, birgə elmi layihələr həyata keçirməyə imkan verir.

İKT-dən istifadənin artması ölkə iqtisadiyyatının daha rəqabətqabiliyyətli olmasına gətirib çıxarır 

Müasir informasiya-kommunikasiya texnologiyalarının (İKT) mühüm keyfiyyəti onların çox yönlü olmasıdır, onlar informasiya mübadiləsi ilə bağlı istənilən fəaliyyətin təşkili, ümumi informasiya məkanının yaradılması üçün əsas ola bilər. İnformasiya texnologiyaları bir tərəfdən daim artan həcmdə toplanan biliklərlə, digər tərəfdən onların sosial istifadə imkanları və miqyası arasındakı ziddiyyətin həlli vasitəsi kimi yaranır. Beləliklə, İKT-nin ikili rolu ortaya çıxır: bir tərəfdən o, biliyin cəmiyyətin informasiya resursuna çevrilməsi, digər tərəfdən isə sosial texnologiyaların həyata keçirilməsi və onların artıq birbaşa istifadə oluna bilən sosial informasiya texnologiyalarına çevrilməsi vasitəsidir. Sonuncu dövlət idarəçiliyi və ictimai özünüidarə sistemlərində daha çox tətbi olunur.

Daha bir mühüm nüans oldur ki, milli iqtisadiyyatın müasir inkişafı dövründə innovasiyalar artımın strateji amilinə çevrilir, ictimai istehsalın strukturuna təsir göstərir, cəmiyyətin iqtisadi təşkilini dəyişdirir, ölkədə sosial vəziyyəti sabitləşdirir, iqtisadiyyatın dinamik dayanıqlı inkişafını təmin edir. Müasir innovasiyaları qabaqcıl informasiya-kommunikasiya texnologiyalarından istifadə etmədən təsəvvür etmək mümkün deyil. İKT elmi, iqtisadi və sosial fəaliyyətin inkişafı və həyata keçirilməsi üçün əsas vasitə və mühitə çevrilir. İnkişaf etmiş ölkələrdə İKT-nin istifadəsi və təkmilləşdirilməsi üzrə beynəlxalq təcrübə sübut edir ki, cəmiyyətin hər bir sahəsində və iqtisadiyyatın sektorunda istənilən fəaliyyətdən maksimum effekt onlardan düzgün istifadə etməklə əldə edilir. Beləliklə, İKT-dən istifadənin artması ölkə iqtisadiyyatının daha rəqabətqabiliyyətli olmasına və qlobal bazarda möhkəm mövqe tutmasına imkan verir.   İnnovativ iqtisadiyyat bütövlükdə aşağıdakı əsas prinsiplər, xüsusiyyətlər və göstəricilərlə xarakterizə olunur: - iqtisadi azadlığın yüksək göstəricisi; - təhsil və elmin yüksək inkişaf səviyyəsi; - yüksək və rəqabətli həyat keyfiyyəti; - iqtisadiyyatın yüksək rəqabət qabiliyyəti; - innovativ müəssisələrin və innovativ məhsulların yüksək payı; - rəqabət və yeniliyə yüksək tələbat; - yeni bazarların açılması; - bazarların müxtəlifliyi prinsipi; - inkişaf etmiş bilik sənayesi və yüksək ixrac. Məhz İKT sahəsi nəticəsində artıq sənaye dövləti keçmişə çevrilir və innovativ adlandırılmağa başlayan prinsipcə yenisi ilə əvəz olunur. İqtisadi proseslərin artımı sahəsində tədqiqat aparan alimlər qeyd edirlər ki, bəşəriyyətin bütün inkişafı boyu onun hərəkətverici qüvvəsi innovasiya, yeni texnologiyalar və innovasiyalar olub, Bu arada, milli iqtisadiyyatın innovativ inkişaf yolu nəzəriyyəsi məhz innovasiya konsepsiyasına əsaslanır. İnsan fəaliyyətinin müxtəlif növlərinə bu fəaliyyətin effektivliyini artıran yeni elementlərin daxil edilməsi burada ön planda yer alır.

Nailiyyətlər çoxdur, lakin görülməsi vacib olan işlər də az deyil 

İnnovativ iqtisadiyyat daimi texniki və texnoloji təkmilləşdirməyə, çox yüksək əlavə dəyərə malik yüksək texnologiyalı məhsulların istehsalına və ixracına əsaslanan iqtisadiyyat növüdür. İnnovativ iqtisadiyyat cəmiyyətin bütün sahələrinə təsir göstərir. O cümlədən idarəetmə prosesləri də bura daxildir.

Digər faktor rəqəmsal iqtisadiyyatın yaradılmasıdır. Rəqəmsal iqtisadiyyat müvafiq infrastruktur tələb edir. Buna görə də Azərbaycan telekommunikasiya şəbəkəsinin mərhələli modernləşdirilməsini həyata keçirir. Bu gün fiber optik şəbəkələrin ümumi uzunluğu on minlərlə kilometrə çatıb. Bunun sayəsində genişzolaqlı əhatə dairəsi artır. Mobil şəbəkə də müasirləşdirilir, əhalinin məskunlaşdığı ərazilər mobil internet rabitəsi ilə əhatə olunur. Dövlət və təsərrüfat idarəetmə orqanlarının işinin təkmilləşdirilməsi, hakimiyyət orqanları ilə əhali arasında səmərəli qarşılıqlı əlaqə mexanizminin formalaşdırılması üçün rəqəmsal texnologiyalardan istifadə prioritet istiqamətlərdəndir. Bu vəzifələr elektron hökumət sisteminin inkişafı vasitəsilə həyata keçirilir. Bu, lazımi sənədləri əldə edərkən vətəndaşların vaxtına və puluna qənaət edir, eyni zamanda dövlət orqanlarının işinin səmərəliliyinə müsbət təsir göstərir. Elektron hökumət sahəsində aparılan islahatlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək rəğbət qazanıb. Özəl sektorun fəal iştirakı olmadan bazarın tam inkişafı mümkün deyil və Azərbaycan rəhbərliyi İKT sahibkarlığını dəstəkləyir. Beləliklə, rabitə, informasiya və telekommunikasiya texnologiyaları sahəsinin inkişafı xalqın rifahının və ölkənin iqtisadi yüksəlişinin mühüm amili kimi Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir. Telekommunikasiya texnologiyalarının, şəbəkələrinin və rabitə infrastrukturunun inkişafı proqramı stasionar və mobil genişzolaqlı çıxış şəbəkələrinin, məlumat və səs trafikinin kommutasiya mərkəzlərinin genişləndirilməsinə, magistral telekommunikasiya şəbəkələrinin modernləşdirilməsinə və genişləndirilməsinə, multimedia xidmətlərinin inkişafı üçün zəruri infrastrukturun yaradılmasına yönəlib. Azərbaycan hökuməti respublikanın ixrac potensialının artırılması və iqtisadiyyatın əlaqəli sahələrinin  aktivləşdirilməsinin perspektivli istiqamətlərindən biri kimi milli proqram təminatı bazarının inkişafına böyük diqqət yetirir. Həvəsləndirici tədbirlərdən biri də kiçik sahibkarlıq subyektləri tərəfindən müəyyən bazar seqmentləri, xüsusən də dövlət müəssisələri üçün proqram məhsullarının yaradılması üçün dövlət sifarişlərinin tətbiqi, ixtisaslaşmış məlumat bazalarının yaradılması və sairdir. Bu istiqamətdə müvafiq infrastrukturun inkişaf etdirilməsi, informasiya texnologiyalarında bu sahənin sıçrayışlı inkişafı üçün daha əlverişli şəraitin yaradılması, proqram təminatı məhsullarına həm xarici, həm də daxili istehlakçılar tərəfindən tələbatın artdığı üçün yerli proqram məhsulu tərtibatçıları məktəbinin yaradılması zəruridir. Yaxın gələcəkdə ölkənin telekommunikasiya infrastrukturunun sıçrayışlı inkişafı və bütün kommunikasiya xətlərinin tam rəqəmsallaşdırılması zəruridir. Növbəti aspekt istər texniki təkmilləşdirmə, istərsə də internetdə milli resursların məzmunu baxımından internetin inkişafıdır. Vacib istiqamətlərdən biri İKT-nin dövlət idarəçiliyində daha dageniş   tətbiqi və onun təkmilləşdirilməsidir. Həmçinin İKT sahəsində qanunvericilik bazasını daim təkmilləşdirmək lazımdır.

Ramil Quliyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ