Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ermənilərin Matenadaranda saxladıqları Alban dili əlyazmaları Qazaxıstana necə verilib?

Image


Alban xristianlıq dövrünün tarixini, mədəniyyətini, ədəbiyyatını demək olar ki, tam olaraq öyrənə bilməmişik. Hətta Azərbaycan Albaniyasında mövcud olan əlifbaların da əksəriyyəti itib-batıb. Bildiyimiz qədər, 52 hərfdən ibarət olan alban əlifbası yeganbə əlifba olmayıb, başqa əlifbalar da mövcud olub, amma təəssüf ki, ən qədim  alban yazı nümunələri  çox cüzi şəkildə əlimizə gəlib çatıb.

Heç çoxlarının qədim əlifbalardan xəbərləri belə yoxdur. Biz zaman-zaman Matendaranda sirr kimi saxlanılan alban-qıpçaq yazılarından, ədəbiyyat nümunələrindən yazmışıq, o irsi tanıtmağa çalışmışıq. Məsələ burasındadır ki, araşdırdıqca qarşımıza yeni faktlar çıxır və indiyə qədər bilmədiyimiz məlumatlar əldə edirik. Bizim tarixçilərin xeyli bir hissəsi həmişə iddia edib ki, alban əlifbası ilə yazılan yazılar, əlyazmalar, kitablar, sənədlər əsasən Ərəb Xilafəti tərəfindən məhv edilib, kiçik bir qismi isə ermənilər tərəfindən oğurlanaraq  üzü qrabarcaya köçürülüb, sonra da məhv edilib. Ancaq araşdırmalar göstərir ki, erməni kilsəsinin oğurladığı əlyazmaların böyük hissəsinin  üzü köçürüldükdən sonra Matendarana təhvil verilib. Bu da o deməkdir ki, biz nə vaxtsa o əlyazmaları əldə edə bilərik. Bu gün Matendaranda tariximizin böyük bir xəzinəsi yatır. Nəzərə alsaq ki, Qafqaz Albaniyasının əsas dini mərkəzlərindən biri Zəngəzurdakı Tatev monastrı olub, orada böyük alban irsi mövcud olub, ermənilər o monastrdakı irsi qədim yazı nümunələrini də oğurlayıblar.     

Tanınmış tədqiqatçı Bəxtiyar Tuncayın çox maraqlı bir araşdırması var. O, indi Ermənistan adlanan ölkədə saxlanılaraq gizlədilən alban əlyazmaları və kitablarını araşdırıb üzə çıxarıb.

B.Tincayın bildirdiyinə görə, Avropanın bir çox ölkəsində, eləcə də Ermənistanda albanlara aid çox sayda əlyazma qorunmaqdadır. “Onların böyük əksəriyyəti XIV-XV əsrlərdə bugünkü Ukrayna və Polşa ərazisinə köçmüş albanların nəsillərinin əsasən XVI əsrdə ərsəyə gətirdikləri ədəbi, fəlsəfi nümunələr və tərcümə əsərləridir. Fəqət onların içərisində Qafqaz Albaniyasında, yəni Azərbaycanda yaradılan və sonradan üzü dəfələrlə köçürülərək çoxaldılan ədəbi-fəlsəfi əsərlərə, müxtəlif dua mətnlərinə, müqəddəs kitablardan alban dilinə edilmiş tərcümə əsərlərinə də rast gəlinməkdədir. Bir çox əsərin isə kim tərəfindən və nə zaman ərsəyə gətirildiyini müəyyən etmək çətindir. Fəqət əminik ki, bizdən sonra başladığımız işi davam etdirəcək tədqiqatçılar bu suallara da cavab tapacaqlar” - deyə qeyd edən tədqiqatçı ona məlum olan əlyazmaların siyahısını, qorunmaqda olduqları ünvanları və onların qısa məzmunlarını təqdim edib. B.Tuncayın verdiyi məlumata görə, Ermənistanda alban dilli əlyazmalar Matedaranda-Mesrop Maştots adına Qədim Əlyazmalar İnstitutunda saxlanılır. “Sayları məlum deyil. Qazaxıstanla Ermənistanın xarici işlər nazirlikləri arasında əldə edilmiş razılğa görə onların bir qisminin surəti Qazaxıstana verilib. Ulaşa bildiyimiz əlyazmalar aşağıdakılardır: “ed. xr. 1232” şifrəli əlyazma. 263 səhifədən ibarət və erməni dilində olan bu əlyazmada alban dilində 12 illik türk dövri təqviminə daxil olan illərin adı verilib. Əlyazmanın 1620-ci ildəQüdsdə (Yerusəlimdə) tərtib edildiyi bildirilir. Mirzənin adı: İskəndər. “ed. xr. 1763” şifrəsi altında saxlanılan əlyazmanın 1611-1613–cü ildə Kamenetsk-Podolskda tərtib edildiyi bildirilir. Əlyazma erməni dilindədir (252 vərəq), fəqət 144–cü səhifədə alban dilində kiçik bir qeyd var: “Bu yılnınq okosdos ayınınq 15-inə orus vankınınq yuxövininq bir yanın da taslarnı da dardağan etti yuxöv içinə kecə 3 sahatta kiçaynakün, xaysı ki Biy Tenqri hayufsunsun.

Tvakannınq 1062 julis 18 yıxkün kecəgi alğış zamanında ulu hrad keldi yağmur bilə birgə çetlevüktən ulu, bar edi özgəsi xoz kibik” “ed. xr. 2267” şifrəsi altında saxlanılan, 189 səhifədən ibarət əlyazmanın alban və erməni dillərində olduğu söylənilir. Burada erməni-alban lüğəti, Lusiqin “Zəbur”undan bir parça, Matta “İncil”indən kiçik bir fraqment, xristian məzmunlu digər mətnlər, ən əsası isə Mxitar Qoşun şagirdi, tanınmış alban ilahiyyatçısı vardapet Vanağanın (Vanakanın) alban dilində əsərindən bir neçəcümlə və s. yer alır. Əlyazmann 1580-1581ci ildə Lvovda tərtib edildiyi söylənir. 42-ci səhifədə erməni dilində belə bir qeyd var: “Badmutiun haji ew xıpçax lezui megneal Lusiq...” (Lusiqin erməni və qıpçaq dillərində nəql etdiyi hekayə).

Bu qeydin ardınca alban (qıpçaq – qaqar) dilində belə bir qeyd edilib: “Sanlıdır er, xaysı ki barmadı kengəşinə xırsızlarnınq da yoluna yazıxlılarnınq ol olturmadı”(Şanldr o adam ki, oğruların toplantısına getmədi və günahkarların yolu ilə addımlamadı).

Növbəti, 43-cü vərəqdə alban dilində belə bir kolofon var: “Tvağannınq 1030 abril 12 ceramp Lusiq sarğavaki xolu aşıra” (1581-ci ilin 12 aprelində dyakon Lusiqin əli ilə yazılıb.)

Bu cümlənin ardınca ermənilər tərəfindən sonradan erməni hərfləri ilə latın dilində (?!) bu sözlər əlavə edilib: “Lusiq dyakonus armenus”. (Lusiq-dyakon, erməni) Qoşun şagirdi Vanağanın mozəsindən bir neçə cümlə isə 131-ci səhifədədir.

“Nedir manisi xıtım kecəsi ki, saruyağ yeyirbiz bolsun Bayramnınq, alay Cnuntnunq? Yazıyır bunun üçün künü Gureğ Ağek-santraçin Teotos padşahğa bayram xıtımu üçün da aytıyır ki, ne üçün kecədən çeziliyirbiz: anınq üçün ki, Krisdos kecədən turdu...” “ed. xr. 2403” şifrəli əlyazma. Üzərində 8 iyun 1626-cı il tarixi qeyd edilmiş bu “Alğış bitiki” (dua kitabı) Murad oğlu Misko tərəfindən Lvovda baron Aqopşann qızı Zofiya üçün Vartanın sifarişi ilə qələmə alınmışdır. 211 vərəqdən ibarətdir. Kitab Alban miniatürləri stilində bəzədilmişdir. Əlyazmanı bizim üçün önəmli edən təkcə burada, müəllifinin adı çəkilməsə də və “Havadov xosdovanim tatarca” başlığıaltında verilsə də, alban katalikosu Nersesin 24 bəndlik əsərinin, eləcə də, yenə də müəlliflərinin adı çəkilməsə də, Mxitar Qoş vəşagirdi Vanağanın tərtib etdiklri duaların yer alması deyil. Hətta adı çəkilməklə Yohannes Karneçinin əsərinə rast gəlinməsi də deyil. Bu əsərlər digər əlyazmalarda da var. Ən önəmli məsələ bir kolofonda qeyd edilmiş aşağıdakıcümlələrdir:

“Tügəlləndi alğış bitiki tavağankınq ermeni hisabinə 1075-sində mayisninq 19-unda, padşahlıxına Nemiç ulusununq üçünçi Ziğmundnunq, ğatuğiqoslu ğuna Yapetağan cınsınınq Eçmiyacinninq atorunda der Melkiset ğatuğiqosnunq, xaysı ki bu zamanda kendi xartlıxı bilə keldi xutlu Ilov şəhərinə 5 axpaş bilə, 2 hapeqa bilə tavağanknınq 1075-sində, xaysı ulu sövünçlük bilə barça kahanalıx, da sarğavaklar bilə, da joğovurt, barı igitlər bilə xarşısına çıxıp xabul ettilər...”

(Tamamlandı dua kitabı tvağanqın-erməni təqviminin 1075–ci ilinin19 mayında (8 iyun 1626–cı il) Polşa ölkəsində III Sziqmundun padşahlığı və Eçimədzin taxtının sahibi, Yafəs

cinsindən-soyundan olan müqəddəs ata, katalikos Meliksetin dövründə, hansı ki qoca vaxtında 2 ikona, 5 keşiş ilə xoşbəxt Lvov şəhərinə gəlmiş və burada kilsə başçıları, dyakonlar və gənclər tərəfindən sevinclə qarşılanmışdır ...)

Burada diqqəti çəkən məqam Eçimədzindən gələn katalikosun erməni katalikosu kimi deyil, məhz Yafəs soyundan olan, yəni türk katalikosu kimi təqdim edilməsidir ki, bu da təbiidir. “ed. xr. 3521” şifrəli əlyazma. 1609 – 1079–cu illər. Müəllif Ceriq Niqola oğlu. 240 səhifə. Əlyazma erməni dilindədir. Alban “ed. xr. 3522” şifrəli əlyazma. 1634–cü il. Lvov. Erməni-qıpçaq (alban) - polyak lüğəti, erməni-alban danışıq kitabı. Kosmologiyaya dair kiçik bir mətn də var. “ed. xr. 3883” şifrəli əlyazma. 1630–cu il. Erməni-alban lüğəti. “ed. xr. 5985” şifrəli əlyazma. Erməni dilində. 152 vərəq. Alban dilində qısa kolofon var.

B.Tuncayın təqidm etdiyi bu siyahının özü çox maraqlıdır və yeni tədqiqatlara açar olan hadisədir.

Məlumdur ki, Matendaranda saxlanılan əlyazmalarımızı əldə etməyimiz bir qədər çətin olar. Ona görə ki, bu əlyazmaların orjinalının üzə çıxması erməni saxtakarlığının tam olaraq ifşa olunması demək olardı.  Mesrop Maştoçun özü kimi hər şeyin uydurma olduğun ortaya çıxar, onda ermənilərin son əsrlər həyata keçirdiyi saxtakarlıq təsdiq olunardı. Bu da əlbəttə, ermənilərə sərf etməz. 

Bu gün  AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu bu işlə məşğul olur, amma fəaliyyətlərini daha gücləndirməlidirlər. Ermənistana əlimiz çatmır, amma Qazaxıstanın özündə də bu yöndə tədqiqat aparmaq olar. Hətta illər əvvəl mərhum professor Azad Nəbiyev bizimlə söhbətində deyirdi ki, Azərbaycan tarixinin unikal irs nümunələrinin xeyli bir hissəsi Monqolustandadır, amma biz gedib ona sahib çıxa bilmədik. Biz dünyanın harasında olursa olsun Azərbaycan, alban irsinə sahib çıxmalıyıq, o əlyazmaların heç olmasa surətlərini ölkəmizə gətirməliyik, tədqiqata cəlb etməliyik.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ