Bazar ertəsi günü, 09 noyabr 2026
     

Turançı alim, professor Əjdər İsmayılovun anım günüdür

Image


Əjdər İsmayılov: "Qələm xalqın səsidir. O xalq, mənə çörək, həyat verib. Məni doktor, professor kimi ən ali ad və zirvələrə ucaldıb. Həyatım həmin nöqtə ilə başlayıb və həmin nöqtə ilə də sona çatacaq”.
-"Ayağının altındakı torpağın müqəddəsliyini qoruyun. Vətən yolunda döyüşkən, mərd və cəsur olun. Şəxsi hisslərlə yaşamayın, Vətəni daim işıqlı səhərlərə aparan yolun yolçuları olun”. 
Bu gün tanınmış İctimai-Siyasi xadim, Tarixçi, Türkçü alim, Cavidşünas, "Turan araşdırma Mərkəzi"nin təsisçisi və ilk sədri Professor Əjdər İsmayılovun vəfatı günüdür.
Həmişə Əjdər müıllimlə fəxr etmişəm ona görə ki, heç vaxt öz xidmətlərini gözə soxmazdı, əsil Professor kimi xalqının tarixini yazmaqla məşğul idi. Onunla tez-tez görüşərdik, deyirdim Əjdər müəllim siz bu dövlətin əsas sütunlarından birisiniz, deyərdi yox, hələ mənim görəcəyim işlər qabaqdadır. Turan dövlətinin qurulması üçün görəcəyimiz işlər çoxdur. Heyif ki, bu işləri axıra çatdıra bilmədi, bu o qədər uzun bir yol idi ki, axıra çatdırmaq heç mümkün də deyildi.
Şərurdan başlayan yol
Türkçü alim haqqında tanınmış professorun ürək sözləri Əjdər İsmayılovun (Tağıoğlu) tərcümeyi-halına nəzər salmağa sövq edir. Həyat yolu isə 80 il bundan öncə Naxçıvanın Şərur rayonunun Çomaxtur kəndindən başlayıb. Daşlı-kəsəkli kənd yolları onu böyük arzulara qovuşdurub, vətəninin, xalqının təəssübünü çəkən, onu yağıların hədyanlarından qoruyan fədakar ziyalı kimi yetişdirib. Əjdər İsmayılov 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra Teatr İnstitutunun rejissorluq fakültəsində oxuyub, rejissor Mehdi Məmmədovun və aktyor Rza Təhmasibin tələbəsi olmaq xoşbəxtliyinə nail olub. Taleyinə doğulub boya-başa çatdığı kənddə müəllim, məktəb direktoru işləmək də yazılıb. Sonra Daxili İşlər Nazirliyində çalışıb, "Şərq qapısı” qəzetinin əməkdaşı olub. Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim ,baş müəllim, dosent və professor kimi çalışmaları isə onun təkcə təcrübəsini cilalamayıb, həmçinin gələcək arzularına, məqsədlərinə mayak olub. 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olan Ə.İsmayılov, akademik Məmməd Arif Dadaşzadənin rəhbərliyi altında "Hüseyn Cavidin tarixi dramları” ("Peyğəmbər”, "Topal Teymur”, "Səyavuş”, ”Xəyyam”) mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Uğurlu elmi işi gənc alimi 1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında təsdiq edilmiş "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” mövzusunda doktorluq dissertasiyası ətrafında araşdırmalara başlamağa ruhlandırıb. Əjdər İsmayıl dahi mütəfəkkirin yaradıcılığının ideya-fəlsəfi, bədii-mifoloji köklərini nəinki açıb göstərib, həmçinin dramaturqun yaradıcılığındakı milli və ümümbəşəri xüsusiyyətləri tədqiq etməyə müvəffəq olub. "Şərqin bədii-fəlsəfi təfəkkürünə bağlılıq, dünya mədəniyyətinin sərvətlərindən bəhrələnmək, eyni zamanda, orijinal düşüncə tərzi, müstəqil axtarışlar yolu ilə yüksəlmək Cavid şəxsiyyətinə, Cavid sənətinə təbiətən xas olub. Hüseyn Cavid istər ətraf mühitə, istər yaratdığı bədii gerçəkliyə, oxuduğu, öyrəndiyi sənətkarların dünyasına öz dühasının demonik-yaradıcı gücü ucalığından baxmağı bacarırdı. Filosof-şairin istedadının bu demonik-yaradıcı gücü romantizminin bənzərsiz zənginliyində təcəssüm tapıb” yazan görkəmli alim, cavidşünaslıqla bağlı araşdırmalarının məqsədini açıqlayır. Ə.İsmayılov Hüseyn Cavid yaradıcılığına aid silsilə məqalələrin, mənəvi keçmişimizlə bağlı elmi araşdırmaların, ictimai-siyasi mövzuda olan bir sıra əhəmiyyətli yazıların, ölkəmizin müstəqilliyi uğrunda apardığı mübarizə və Yeni Azərbaycan Partiyasının yaradılmasında xüsusi fəaliyyətləri barədə kitabların müəllifidir. Professor ictimai-siyasi fəaliyyəti üçün özünü qələmə borclu sayır: "Qələm xalqın səsidir. O xalq, mənə çörək, həyat verib. Məni doktor, professor kimi ən ali ad və zirvələrə ucaldıb. Həyatım həmin nöqtə ilə başlayıb və həmin nöqtə ilə də sona çatacaq”. 
"Heydər Əliyev tərəfdarları 
”Əjdər İsmayılov məşhur "91-lər”dən, YAP-ın ən fəal qurucularından biridir. Söhbət düşəndə həyatında unudulmaz izlər buraxan o illəri həm də qürur hissi ilə xatırlayır: "1990-cı illər qanlı fəlakət illəri idi. Həmin illərdə xalqa olan borcumu ödəməyə çalışmışam. Xalq torpağa, vətənə bağlı olan oğlanları həmin borcu ödəməyə haraylayırdı. Gecəli-gündüzlü həmin borcu verməyə çalışmışam. O dövrdə Naxçıvan Dövlət Universitetində ədəbiyyat kafedrasında müəllim işləyirdim. Naxçıvanın olduqca çətin günləri idi. Ermənilər Naxçıvanı hədələyirdi. Xalq ehtiyat edirdi. Bunlara baxmayaraq, onlar Naxçıvan torpaqlarına yaxın gələ bilmədilər. İgidlərin hesabına Naxçıvan əhalisi 200 illik dəmir-pərdəni götürməklə, Kremlə öz hədələrini göndərdi. Onları sökəndə insanlar yatmırdı. O dövrdə ruslar bir plan cızdılar və həmin planları baş tutmadı. Bir sözlə, bütün xalq ayağa qalxdı. Mən də bir ziyalı kimi hər zaman xalqın yanında idim. Çıxışlarımla xalqa düzgün biliklər çatdırırdım. Bütün imkanlarımdan istifadə edirdim”.1992-ci ilinavqustayında o,Şərur rayonundaziyalılardan ibarət "Heydər Əliyev tərəfdarları” təşəbbüs qrupunu yaradıb, bir neçə ayda otuz iki mindən artıq tərəfdarı siyahıya aldırmışdı. Şərurluların bu fəaliyyətiYAP-ınNaxçıvan şəhərində keçirilən təsiskonfransının tarixi əsasını qoymağa kömək edir. 1993-cü ilin27 yanvarında ulu öndər Heydər Əliyevin iştirakı ilə keçirilən YAP-ın Şərur təşkilatının təsis konfransında Əjdər İsmayılov çıxışında vurğulayır: ”Quracağımız dövlətin heç bir strukturunda işə getməyəcəyimə and içirəm. Ancaq Vətənimizi hədələyən fəlakətlərdən qorumaq üçün Allahın yolladığı bu müdrik xilaskarı biz həyatımız bahasına olsa da, qorumalıyıq”. Ə.İsmayıl ulu öndəri əvəzolunmaz şəxsiyyət, dahi insan və müdrik dövlət rəhbəri kimi dəyərləndirir və yazılarında xüsusi qeyd edir: "Belə insanlar xalqa əsrdə bir dəfə qismət olur. Azərbaycan xalqının bəxti o zaman gətirdi ki, ölkənin elə bir çətin dövründə Heydər Əliyev köməyə gəldi. Onun xalqa və gənc dövlətə yardım əlini uzatması ilə bir çox problemlər öz həllini tapdı. Heydər Əliyevin köməyi olmasaydı, tək müstəqillik yox, millətimiz yer kürəsindən silinə bilərdi. Ulu öndərin hakimiyyətə gəlməsi ilə xalq bu çətin günlərdən qurtuldu və çətinlikləri arxada qoydu. Bir sözlə, xalq, ağ günə çıxdı".
Ermənilərə layiqli cavab
 Görkəmli alim elmi, tarixi araşdırmalarını sona çatdıra bilmədi. Tükənməz həvəs və sevgi ilə ölkəmizin həqiqətlərini araşdırıb, türk dünyasına töhfələrini veribdir. Əjdər Tağıoğlu (İsmayılov) cavidşunaslıqla bərabər, türkçülüyə aid bir sıra monumental əsərlərin müəllifidir. 2016-cı ildə "Moisey Xorenatsi anonim keşiş müəllifdir” adlı elmi tarixi əsəri elm adamları tərəfindən "erməni tarixşunaslığının şah damarını kəsən əsər” və "Azərbaycan tarixşünaslığında yeni istiqamət” kimi qiymətləndirilib. Tədqiqat əsəri geniş oxucular tərəfindən rəğbətlə qarşılanıb. "Bir xalqın ki, tarixşünaslığının bünövrəsində "erməni tarixinin atası” hesab etdikləri Moisey Xorenatsi kimi anonim keşiş "tarixçi” dayana, "yazı mədəniyyətinin” başında, hətta guya başqa xalqlara da "Əlifba” tərtib edən, onlara da "yazı mədəniyyəti” və "xristianlıq maarifi” gətirən "Mesrop Maştos” adında fırıldaqçı cahil anonim keşiş dayana, o xalqın qədim mənəviyyat, mədəniyyət və dövlətçilik tarixindən danışmaq elmi cəhalətdir, nadanlıqdır, cahillikdir”- deyə alim izah verir: "Yunandilli Kilikiya kilsəsində anonim keşiş Moisey Xorenatsinin adına "Hayistan tarixi” adlı əsər XIV əsrdə (Q.A.Xalatyants) tərtib edilib. Kitabın cildində yazılmış "Hayistan” toponiminin çağdaş erməni xalqının nə mifoloji, nə də rəvayət "tarixləri” ilə heç bir əlaqəsi yoxdur. Çünki "Hayistan” toponimi Xaldey tarixçisi Berosun (m.ö. III əsr) "Babil tarixi” ("Vaviloniya”) kitabından götürülmüş babilli Haykın mifoloji şəxsiyyəti ilə bağlıdır. Onu da xatırladaq ki, Kilikiya kilsəsi tərəfindən babilli Haykın şərəfinə Anadolu Türkiyəsi ərazisində "təşkil edilmiş” "Hayistan” adında əfsanəvi hay "dövləti” heç zaman torpağa köçürülməyib, əfsanədən gəldiyi kimi, əfsanədə də qalıb”. Məfkurəli yolda nümunə Əjdər İsmayılov gənclərə "Ayağının altındakı torpağın müqəddəsliyini qoruyun. Vətən yolunda döyüşkən, mərd və cəsur olun. Şəxsi hisslərlə yaşamayın, Vətəni daim işıqlı səhərlərə aparan yolun yolçuları olun” kimi ağsaqqal tövsiyəsi də var: "Həyat insana bir dəfə verilir ki, onu riyakarlıqla, nankorluqla, kor mədəyə qul olaraq yaşamaqdan uzaq olsunlar. Həyati çətinliklər olsa da, öz ideyalarından dönməməlidirlər. Necə ki, Nəsiminin dərisi soyuldu, öz ideyalarının qurbanı oldu və nəticədə Azərbaycan tarixində özünün möhtəşəm heykəlini qoydu. Biz ağsaqqallar töhfə və nəsihətlərimizlə cavanlara hər zaman kömək etməli, məfkurəli yolda nümunə olmalıyıq”.Görkəmli alimin yaşadığı ömür yolu özünün dediyi kimi mənalı, lazımlı və nümunəvi olduğu üçün qürur duymağa haqqı var: "Mən Heydər Əliyev siyasətinin əsgəri olaraq, müstəqil Azərbaycan uğrunda mübarizə illərimizdə qan içərisində boğulan xalqımızın fəlakətdən xilası naminə, ailə-uşağımın taleyini düşünmədən, ölümlə göz-gözə dayandığım kimi, bu gün də ümummilli liderimizin ruhu ilə qələmə sarılıb, səngərdə əlində silah qəddar və şərəfsiz düşmənlə üz-üzə dayanmış, canımız, qanımız övladlarımızla çiyin-çiyinə, qələmimlə ideoloji cəbhədə vuruşmaqdan vətəndaş-ziyalı qüruru duyuram!” deyir. 
Əjdər müəllimin Müstəqil Azərbaycanın qurulmasında, qorunub saxlanmasında gördüyü işləri, keçdiyi çətin və əzablı yolları sadalamaq üçün çox səhifəli kitab yazılsa bəlkə o kitaba yerləşdirmək olardı. Məzarını ziyarət etdim onunla elə bil canlı söhbət edirdim, yenə də həmin fikirində qalırdı. Sağ olsun oğlu Cavid müəllim  Professorun yolunu davam etdirərək onun yarımçıq qalan işlərini davam etdirir və Turançı Professora  layiq əbədi  ev quraraq onu əbədiləşdirib.
Allah rəhmət eləsin!
Bilman İSAQ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ