Bazar ertəsi günü, 09 noyabr 2026
     

Alooo, evlənmək istəyirəm…

Image


O qədər qəzəbliyəm bu "sosial verilişlər" adlanan iyrənc efir tamaşalarına ki, nə yazım, necə yazım hirsimi soyudum, inanın, bilmirəm. Elə başlıq axtarırdım bu yazıya ki, bütün azərbaycanlı dəyərlərini bilə-bilə məhv edən, dəyərlər sistemimizi yerlə yeksan edən bu iyrənc efir tamaşalarına qəzəbimi ifadə edim.

Telejurnalistika "yaradıcılığı" və efir siyasəti döşəmə səviyyəsində olan bu cür "proqramlar" elə həddə çatıb ki, inanın, qarşısı alınmazsa, bir neçə ildən sonra bu ölkədə abır-həya, ar-namus anlayışları birdəfəlik ayaq altında olacaq. Bütün Ermənistanın əsrlərdir bizə qarşı apardığı terror və düşmənçilik siyasəti bizə güc gəlmədi, bu xalqı tükəndirmədi, amma efirləri zəbt edən rəzil "sosial proqramlar" mənəviyyatımızın, mənəvi dəyərlərimizin sonuna çıxacaq. Daha doğrusu, artıq sonumuza çıxıblar, bir şey də qalmayıb.

Əvvəllər səviyyəli, intellektual verilişlər hazırlanırdı. Ən populyar, ən səviyyəli, centlmen və kübar APARICILAR var idi efirlərimizdə. Davud Əhmədov, Sabir Ələsgərov, Gülşən Əkbərova, Nərgiz Cəlilova, Dilarə Səlim, Rafiq Hüseynov, Şərqiyyə Hüseynova, Roza Tağıyeva, Nailə İslamzadə, Tamilla Ələkbərova, Rafiq Haşımov...

İndi savadı və mədəniyyəti döşəmənin altında gizlənən, tərbiyə və əxlaqını yeniyetməliyində itirən bir qrup “aparıcı” at oynadır efirlərdə. Arvadı fermada müdirlə "yatan" kişicığazı efirə çıxarıb "veriliş" şousu qurmaq telejurnalistika deyil, əsl rəzalətdir, başqa heç nə!

Bir "proqram" ki, çəkinib-etmədən bu xalqın yaşlılarını efirə çıxarıb rəzil edir, bilə-bilə, qəsdli şəkildə min illik ailə dəyərlərimizi gözdən salmaq üçün yüz yola baş vurur, demək, bunlar ən ağır, ən məhrəm qırmızı cizgiləri belə göz qırpmadan tapdalayıb keçə bilərlər. Elə keçirlər də! Kənddə arvadını tövlədə başqası ilə “tutanlar”, gəlininə göz qoyan binamus “qayınatalar”, 70 yaşında ər üçün alışıb-yanan kaftarlar, nə bilim, yüz cür bişərəf əməl sahibləri geninə-boluna reklam olunur bu efirlərdə. Sual edirəm: NƏDƏN????

60-70 yaşlı ixtiyarları evləndirmək adı ilə "efir ulduzuna" çevirir, ələ salır, onları bir-birinə söydürür, "proqramları" bu cür təlxək şoularla doldurub bəzi qəssab, əsl dana baytar "həkimləri" reklam edirlər. Çünki əqli kəmləri ora çıxarıb şou qurmasalar, bu axmaq "verilişlərə" kimdir baxan? Diqqət edin: bu cür "proqramlarda" nə qədər oyunlar yatır. Özü də "aparıcıların" mədəniyyət və intellekt yoxsulu olması sanki bilərəkdən seçilib. Heç bir dəyərə məhəl qoymayan, bu cür oyunların dozasını daha da qaldırmaq üçün düşünülmüş "aparıcı" sürüsü...

Cəmiyyəti bilə-bilə aşağı səviyyəli düşüncəyə sürükləmək, intellektual, düşündürücü efir əvəzinə, insanları manqurtlaşdıran şoular keçirmək, təhsil əvəzinə yaşlı insanların özlərini gülünc vəziyyətə saldıqları, kənd-kəsəkdə uşaqlarını evdə qoyub subay oğlanlara qoşulub qaçan gəlinləri, belələrinin dalınca studiyaya gəlib diz çökən biqeyrət "kişiləri" reklam etmək. Məqsəd? - məqsəd KİŞİLİK qürurunun, qadın ar-namusunun, müqəddəs ailə dəyərlərinin yeniyetmə və gənc nəslin gözündən salınması siyasəti, başqa heç nə. Açıq şəkildə cəmiyyəti MANQURTLAŞDIRMAQ, vəssalam!

Bu "aparıcı" sürüsü böyük-kiçik bilmədən 60-70 yaşlı ixtiyarları adları ilə, ayamalarla çağırır, onlara çımxırır, əməllicə təlxək yerinə qoyur. Əslində, ən böyük günah elə özünü o rəzilliyə təslim edən ixtiyarların özlərindədir. Bu yaşda efirlərdə biabır olmaq yaraşırmı sizə? Ayaq üstündə güclə dayanırsan, 1937-ci ildəki repressiya qurbanları kimi döşünə nömrə vurub elçi daşına oturan vaxtındır?

Efirə zəng edib 60-70 yaşlı qoca kişilərə elçi düşən 35-40 yaşlı qadınlar, efirdə yenidən “bal ayı” yaşamaq üçün min hoqqadan çıxan, əl-ayağı güclə tutan 70 yaşlı “baba və nənələr”. Ağsaqqal-ağbirçək yox ha, sadəcə, İXTİYAR “BABA VƏ NƏNƏLƏR”. Belələri heç vaxt ağsaqqal, ağbirçək adlana bilməzlər. Bir də onlara "ekspertlik" edən 25-40 yaşlarında cavanlar. Bu gənc “ekspertlərin” də şəxsi həyatı sirr dağarcığıdır. Əksəriyyəti də boşanmışlar ordusudur. Bir xalqın düşdüyü acınacaqlı fəlakətin həddinə bax!

Əvvəllər cavanlara ağsaqqallar, ağbirçəklər öyüd-nəsihət verər, doğru yol göstərərdilər. Ailə dəyərlərini qorumaq üçün böyüklər irəli çıxar, gənclərin başına ağıl qoyardılar. Taleyin ironiyasına bax: indi 25-30 yaşlı gənclər 60-70 yaşlı ixtiyarlara "xeyir-dua" verirlər. Bu, gülməli deyil, bir xalq üçün istənilən soyqırımından daha dəhşətli mənzərədir. Və SONDA: Bu rəzilliklərin acı sonluğu daha betər olacaq. Allah bizi bu betərdən qorusun!

Mətləb Salahov



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ