Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycanda alkoqolizmdən ölüm risqləri ciddi problem imiş... - MÜSAHİBƏ

Image


Alkoqolizmdən qeydə alınan ölümlərə görə Azərbaycan 183 ölkə sırasında 53-cüdür. Bu barədə "Worldexpectancy" agentliyi məlumat yayıb. Bununla da Azərbaycan həmin siyahıda ən risqli ölkələrdən biri kimi dəyərləndirilib.

Alkoqolizm spirtli içkilərin istifadəsi nəticəsində yaranan və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və fiziki asılılıqla, habelə digər mənfi tibbi-sosial nəticələrlə ifadə olunan xəstəlikdir. Hazırda da Bakı küçələrində gözümüzə tüfeyli həyat tərzi sürən insanlar dəyir. Onlar alkoqolizm xəstəliyindən əziyyət çəkənlərdir.

  • “Uşaq yaşlarda içkiyə marağa səbəb onların qohumlar tərəfindən içkiyə “təhrik“ edilməsi də...”

Alkoqol asılılığından necə azad olmaq barədə psixoloq Könül İsmayılova ilə həmsöhbət olduq.

- Alkoqolizm xəstəliyindən əziyyət çəkənlər arasında niyə ölkəmiz ön sıradadır?

- Alkoqolizmin artma səbəblərindən biri əhalinin davranış formasıdır. Yəni insanların alkoqola olan meyilliliyi. Hazırda kifayət qədər spirtli içkilər satılır. İnsanların maddiyyata marağı artıb. Maddiyyata meylləndikcə, insanları əyləncə, kef məclisləri daha çox cəlb edir. Beləcə, içkiyə maraq artır, mənəvi dəyərlər arxa plana keçib. Bu təkcə Azərbaycanda yox, bütün dünyada belədir

- Alkoqol asılılığından necə azad olmaq olar?

- Alkoqollu içkilər, narkotiklər və bu kimi zərərli vərdişlər insanda asılılıq yaradır. Bu asılılıq da insanın iradəsindən irəli gəlir. İnsanın beyni sağ və sol yarımkürələrdən ibarətdir. Sağ yarımkürə hisslər, sol yarımkürə isə məntiqlə çalışır. Həmin məqamlarda isə daha çox insanın emosional hissləri hərəkətə keçir. Şəxsin stressə davamsız olmağı, özgüvən əskikliyi, cəmiyyətə adaptasiya ola, özünü təsdiq edə bilməməyi zərərli vərdişlərdən asılılığa gətirib çıxarır. Həmçinin insanın psixoloji olaraq yüklənməsi, şəxsin "məni”ni tapa bilməməyi, natamamlıq kompleksi yaşaması bu və ya digər zərərli vərdişlərə yiyələnməsinə səbəb olur. Bu asılılıqdan qurtulmanın kifayət qədər yolları mövcuddur. Reabilitasiya mərkəzləri var ki, həmin mərkəzlərdə bu insanlarla iş aparılır. Bu asılılıq halları daha çox psixoloji yüklənmə nəticəsində yarandığı üçün, təbii ki, psixoloq və psixiatrların da köməyi lazımdır. Və həmin zərərli vərdişlər insanlar üçün xeyirli olanlara sublimasiya edilməlidir. Onları monoton həyat tərzindən uzaqlaşdırmaq, maraqlarını fərqli istiqamətə yönəltmək lazımdır.

- Alkoqol asılılığı hansı xəstəliklərə səbəb olur?

- Alkoqol birinci növbədə psixoaktiv maddə olaraq mərkəzi sinir sisteminə təsir göstərir və davamlı istifadə olunduğu halda ilk olaraq baş beyində bərpaolunmaz üzvi dəyişikliklərə səbəb olur. Alkoqol asılılığı son nəticədə yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Ümumiyyətlə, orqanizmin bütün orqan və sistemləri zərər çəkir.

- Müalicə və psixoloji yardım ilə birgə bu asılılıqdan azad olmaq mümkündürmü?

- Alkoqolun insanın psixikasına təsirinin ən ağır fəsadlarından biri də şəxsiyyətin spesifik alkoqol deqradasiyasına uğramasıdır. Alkoqolun insan psixikasına bu təsiri başqa psixoaktiv maddələrdən fərqli olaraq daha tez inkişaf edir və şəxsiyyətin daha dərin pozuntularına səbəb olur. Xəstədə öz vəziyyətinə, ətrafında yaranmış situasiyaya tənqidi münasibət zəifləyir. Müalicə və reabilitasiya prosesində xəstənin fəal iştirakı tələb olunur. Bunun üçün ilk növbədə pasiyent öz asılılığını etiraf etməlidir. Bu halda o, alkoqol asılılığından azad ola bilər.

- Təəssüf ki, alkoloqizmdən əziyyət çəkənlər arasında gənclər də var. Bunu  statistik rəqəmlər də təsdiq edir…

- Bu gün gənclərimiz 18-20 yaşlarında alkoqolizm xəstəliyindən əziyyət çəkirlər. Buna səbəbsə, ətraf mühitdir. İlk növbədə qeyd etmək lazımdır ki, valideynlər övladlarını düzgün tərbiyə etmirlər. Onlara alkoqolun nə dərəcədə ziyanlı olduğunu izah etsələr belə, uşaqlara təzyiq böyükdür. Elələri var ki, valideynlər onlara psixoloji təsir edir deyə, gedib alkoqolik olurlar. Bu bir növ həm valideyndən qisas almaqdır, həm də öz əsəblərinə hakim ola bilməməkdir. Unutmamaq lazımdır ki, alkoqolik valideyndən alkoqolik övlad dünyaya gələcək. Əgər valideyn alkoqoldan istifadə edirsə, gələcəkdə uşağa da mənfi təsir edəcək. Bu gün bizdə elə analar da var ki, hamiləlik dövründə alkoqoldan istifadə edir. Bu cür anadan dünyaya gələn övlad necə olacaq?

- Qeyd etdiz ki, valideynin təkidi ilə spirtli içki içib bu xəstəliyə tutulanlar az deyil...

- Bəli, acınacaqlı olsa da, bəzi valideynlər bilərəkdən övladlarını alkoloq asılılığına çəkir. Qanunvericiliyə əsasən, 18 yaşı tamam olmamış yeniyetmələrə spirtli içki satışı qadağandır. Lakin indi buna bir o qədər də nəzarət olunmur. Bu cür neqativ hallar rayonlarda özünü daha da qabarıq göstərir. Hazırda 18 yaşına çatmamış hər bir yeniyetmə mağazadan pul müqabilində spirtli içki əldə edə bilər. Bu da gənclər arasında alkoqolizmə yol açan səbəblərdəndir. Onu da deyim ki, bir çox ailələrdə içkiyə münasibət çox yaxşıdır. Belə ailələrdə ata kiçik yaşlı oğlan uşağının qabağında sərbəst çəkildə spirtli içki qəbul edir. Bu da, təbii ki, uşaqda alkoqola meyllilik yaradır. Əksər oğlan uşaqları atalarına bənzəməyə çalışırlar və onların fikrinə görə, atanın etdiyi hərəkətlər düzgündür. Bu zaman uşaq da atası kimi siqaret çəkir, spirtli içki qəbul edir. Uşaq yaşlarda içkiyə marağa səbəb onların qohumlar tərəfindən içkiyə “təhrik“ edilməsi də ola bilər. Bəzən görürsünüz ki, məclislərdə 3-4 yaşlı uşaqlara içki içirdirlər. Bunu əksərən valideynlər gülüş xatirinə edirlər. Lakin sonradan yaranacaq problemə səbəb olduqlarını düşünmürlər. Unutmaq lazım deyil ki, o yaşda uşaqlarda harmonal olaraq vərdiş halları yaranır və uşaq bunu bilmədən gizlin və ya sərbəst şəkildə təkrarlaya bilər.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ