Araşdırmalarla məlum olub ki, hadisədə 2 nəfər xəsarət alıb. Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumatda deyilir.
Qeyd edək ki, bu gün Bakıda atışma olub. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Dərhal hadisə yerinə əməliyyat qrupu göndərilib.
Faktla bağlı araşdırma aparılır