Dərman vasitələrinin keyfiyyəti narahatlıq yaradan problemlərdən biridir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva bu gün Milli Məclisdə 2022-ci il üzrə illik məruzəni təqdim edərkən deyib.
S.Əliyeva qeyd edib ki, eyni tərkibli, lakin müxtəlif ölkələrdə istehsal olunan dərmanların orqanizmə təsiri həmin dərmanların keyfiyyəti məsələsinə ciddi yanaşma tələb edir.
"Bu baxımdan, dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir", - deyə S.Əliyeva əlavə edib.