Cümə axşamı günü, 05 noyabr 2026
     

Xaricdə dəfn edilmiş məşhur mühacirlərimizin məzarları üçün Azərbaycanda ayrıca qəbiristanlıq...

Image


Bilsəydilər ki, qürbətdə can verəcəklər, əcəl şərbətini doğma vətəndən min kilometrlərlə uzaqlarda, qərib yerlərdə içəcəklər, bəlkə də “ölməyə vətən yaxşı” deyib, burada qalacaqdılar. Azərbaycanın hüdudlarından kənarda mühacirət həyatı yaşayan və ömrü qürbət ellərdə sona yetən bir sıra görkəmli dövlət xadimlərimiz var ki, onlara vətən torpağına qarışmaq qismət olmayıb. Dünyanın müxtəlif ölkələrində dəfn edilən o şəxsiyyətlər “Azərbaycan” deyə-deyə dünyadan köçüblər.

Hətta ölkə ziyalıları, tarixçiləri Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov və Xalq Cümhuriyyətinin digər qurucularının, liderlərinin nəşinin Azərbaycana gətirilərək burada dəfn edilməsinin vacibliyini qeyd ediblər. Belə təkliflər də var ki, Azərbaycanda ayrıca bir məzarlıq yaradılsın və həmin məzarlıqda qürbətdə dəfn edilən dahi şəxsiyyətlərimizin cəsədləri dəfn edilsin. Buna səbəb kimi Azərbaycandan kənarda dəfn edilən siyasi xadimlərin dəfn edildikləri məzarlıqların çoxunun bahalı olması və onların məzarlarının saxlanması üçün külli məbləğdə vəsait tələb olunmasıdır. Hətta illər əvvəl yerli mətbuatda gedən bir məqalədə Əlimərdan bəy Topçubaşovun məzarının Fransanın məşhur Sen-Klu məzarlığında saxlanması üçün dövlət tərəfindən icarə haqqı ödənildiyi barədə məlumat yer almışdı. Əlbəttə, Azərbaycan dövlətinin öz böyük oğluna sahib çıxması, onun məzarüstü abidəsinin yenidən qurulması istiqamətində həyata keçirdiyi işlər təqdirəlayiqdir. Fransanın paytaxtı Paris yaxınlığındakı müqəddəs Sen-Klu qəbiristanlığında uyuyan böyük Azərbaycan oğullarından biri olan Əlimərdan bəy Topçubaşov dövlətçilik tariximizin formalaşmasında müstəsna rol oynayıb. Tədqiqatçılar yazırlar ki, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Azərbaycan Cümhuriyyətinin ikinci xarici işlər naziri, böyük dövlət xadimi Əlimərdan bəy Topçubaşov ömrünün son illərini maddi sıxıntı içində yaşayıb və 2 il ağır xəstəlikdən sonra, 5 noyabr 1934-cü ildə vəfat edib. Onu da vurğulayaq ki, uzun illər yad edilməyən, məzarı az qala unudulan Ə.Topçubaşova ən böyük qiyməti Heydər Əliyev verib. Belə ki, 1993-cü ildə Heydər Əliyev Fransaya ilk səfərində onu müşayiət edən dövlət xadimləri və görkəmli ziyalılarla birgə Sen-Klu qəbiristanlığına baş çəkərək Ə.Topçubaşovun xatirəsinə ehtiramını ifadə edib. Hətta bildirilənə görə, həmin tarixdə Heydər Əliyev Əlimərdan bəyin yubileyinin keçirilməsi ilə də bağlı sərəncam imzalayıb. Prezident İlham Əliyevin  Ə.Topçubaşovun 150 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı sərəncam bu böyük şəxsiyyətə hörmətin ifadəsidir.

Professor Nadir Məmmədli qeyd edir ki, Parisdə Azərbaycanın rəmzi ünvanlarından olan həmin məzarı Prezident İlham Əliyev də 2006-cı ilin mayında ziyarət edib: “Lakin artıq görkəmli dövlət xadimi Ə.Topçubaşovun məzarüstü kompleksi müsbət mənada xeyli dəyişikliyə uğramışdı. Köhnə məzar daşının üstündə Qurandan ayələr yazılmışdı və bu həmin qəbiristanlıqda üstündə ərəbcə yazılar olan yeganə məzar idi...”.

Məlum olduğu kimi, Ə.Topçubaşov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya getmişdi. Lakin onun və silahdaşlarının taleyinə qürbətdə yaşamaq və orada da son mənzilə yola salınmaq yazıldı.

Qayıdaq Ə.Topçubaşovun Sen-Klu məzarlığında qəbrinin saxlanmasına Azərbaycan dövlətinin icarə pulu verməsi ilə bağlı vaxtilə yayılan fikrə. Müraciət etdiyimiz alimlərin əksəriyyəti bildirdi ki, bu faktın nə dərəcədə dəqiq olması haqda məlumatsızdır, bu barədə onlar da mətbuatdan oxuyublar. Alimlər bildirdilər ki, Heydər Əliyev Topçubaşovun məzarını ziyarətə getdiyi zaman onun məzarı həqiqətən də bərbad və baxımsız vəziyyətdə imiş. Sonra H.Əliyevin göstərişi ilə Topçubaşovun məzarına qayğı-diqqət artırılıb.

Professor Asif Rüstəmli bizimlə söhbətində bildirdi ki, o bu barədə mətbuatdan oxuyub: “Heydər Əliyev Parisə gedib Topçubaşovun məzarını ziyarət etmişdi. Elə həmin dövrdə də siz dediyiniz faktla bağlı mətbuat yazmışdı. Amma Xoyskinin, Rəsulzadənin, Həsən bəy Ağayevin məzarları ilə bağlı vurğuladığınız fakta rast gəlməmişəm. Topçubaşovun dəfn edildiyi qəbiristanlıqda məzar yeri icarəyə verilir. Müddət bitdikdən sonra müqavilə uzadılmırsa, yer başqasına satılır. Mən bildiyim qədər, uzunmüddətli icarə haqqı ödənilib. Ancaq bu informasiyanı dəqiqləşdirməyə ehtiyac var”.

Filologiya elmləri doktoru Nadir Məmmədli vaxtilə Topçubaşovun məzarını ziyarət edib və bu barədə geniş şəkildə yazıb. N.Məmmədli bizimlə söhbətində bildirdi ki, Sen-Klu qəbiristanlığı dünyanın ən bahalı qəbiristanlıqlarından biridir. Onun sözlərinə görə, bura bahalı qəbiristanlıq olduğu üçün, burada icarə haqqı da bahadır. Müqəddəs Sen-Klu məzarlığında qəbirlərin bir neçə mərtəbəli olduğunu deyən N.Məmmədli bildirdi ki, Ə.Topçubaşov beşmərtəbəli qəbirdə uyuyur: “Sen-Klu qəbiristanlığı qətiyyən bizim qəbiristanlıqlara bənzəmir, ora tamamilə başqa cürdür. Sen-Klu o qədər bahalı yerdir ki, yerli əhalinin dediyinə görə, 1 kvadratmetr yer 10 min avrodur. Ona görə də burada qəbirlər çoxmərtəbəlidir. Topçubaşovun qəbri beşmərtəbəlidir. Bu qəbiristanlıqda dəfn olunmağın siyasi əhəmiyyəti var. O vaxt Parisdə olan türk mühacirləri ianə toplayaraq Topçubaşovun qəbrini saxlayırdılar. İş burasındadır ki, icarə haqqı ödənilmədikdə də onun qəbrini saxlayırdılar. Çünki bunun siyasi mahiyyəti vardı. 1993-cü ildə Heydər Əliyev Topçubaşovun məzarını ziyarət etdikdən sonra vəziyyət dəyişdi”.

  • Faiq Ələkbərli: “Mühacir şəxsiyyətlərimizin, dövlət xadimlərimizin məzarları Azərbaycana köçürülərsə, bu zaman artıq xərclərə də ehtiyac qalmaz”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycandan uzaqda, qürbət ölkələrdə vəfat edən və orada basdırılan böyük şəxsiyyətlərin, Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynamış mühacirlərin, tarixi simaların nəşinin Azərbaycana gətirilərək burada ayrıca qəbiristanlıqda dəfn edilməsi çox vacibdir: “Düşünürəm ki, ömrünü mühacirətdə başa vurmuş şəxsiyyətlərimizin nəşinin Bakıda xüsusi bir məzarlıqda dəfn edilməsi çox müsbət hal olardı. Sadəcə, həmin şəxsiyyətlərin dəfninin hansı şəkildə təşkil edilməsi, bu məsələdə onların qohumlarının fikirlərinin öyrənilməsi də vacibdir. Bu proses qarşılıqlı şəkildə, yəni şəxsiyyətlərin varislərinin razılığı alınmaqla həyata keçirilməlidir. Ümumilikdə, bu şəxsiyyətlər Azərbaycan xalqının sərvətidir, dəyəridir, onlara bu dəyər verilməlidir. Burada söhbət təkcə Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynayan şəxsiyyətlərin məzarlarının ölkəmizə köçürülməsindən getmir, bütövlükdə, onlara verilən dəyərdən gedir. Hesab edirəm ki, bu, məzarlıqdan daha çox möhtəşəm bir abidəni xatırlatmalıdır. Elə bir şəkildə ki, ora yalnız bir qəbiristanlığı xatırlatmamalı, indiki və gələcək nəsil üçün bir örnək olmalıdır. Fransada, Almaniyada, Polşada, Türkiyədə, Gürcüstanda və digər ölkələrdə mühacirət həyatı yaşayaraq orada vəfat etmiş şəxsiyyətlərimizin məzarlarının ölkəmizə köçürülməsi məsələsi çoxdan aktuallaşıb. M.Ə. Rəsulzadə, Ə.Topçubaşov, Fətəli xan Xoyski, Əhməd bəy Ağaoğlu,  Əli bəy Hüseynzadənin məzarları gətirilsə yaxşı olar, amma onların dəfn edildiyi yer möhtəşəm olmaldır. Nəsib bəy Yusifbəylinin məzarının yeri bəlli deyil, o da araşdırılmaldır”.

F.Ələkbərli pullu məzarlıqlarda dəfn edildiyi bildirilən mühacirlərlə bağlı qeyd etdi ki, onların məzarları üzərində təmir-bərpa işləri aparılır. Bu işi Azərbaycan dövlətinin həyata keçirdiyini deyən F.Ələkbərlinin sözlərinə görə, onların məzarlarının saxlanması üçün dövlət tərəfindən həmin ölkələrə vəsait ayrılıb-ayrılmadığından xəbərsizdir. “Onların məzarlarının təmir edilməsi, abidələrinin qoyulması Azərbaycan dövləti tərəfindən həyata keçirilir. Mühacir şəxsiyyətlərimizin, dövlət xadimlərimizin məzarları Azərbaycana köçürülərsə, bu zaman artıq xərclərə də ehtiyac qalmaz. Onların Azərbaycanda dəfn edilməsi daha vacibdir. M.Ə. Rəsulzadə, Ə.Topçubaşov, F.Xoyski, Ə.Ağaoğlu,  Ə.Hüseynzadə kimi şəxsiyyətlərin məzarı Azərbaycanda olmalıdır və onlara möhtəşəm abidələr ucaldılmalıdır” - deyə F.Ələkbərli bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ