Bazar günü günü, 08 noyabr 2026
     

İlqar Məmmədovun Avropaya göndərdiyi nümayəndələr partiyanın özünə qarşı çevrilmiş qalmaqal yaratdı...

Image


Müxalif cameədəki qurumların yenidən bir-birinə qarşı ciddi ittihamlar səsləndirdiyini müşahidə edirik. Budəfəki qalmaqalın yaranmasına səbəb Azərbaycanın Avropa İttifaqı yanında və Avropa Şurasında səfiri olmuş, hazırda radikal müxalifət mövqeyindən çıxış edən Arif Məmmədovun ReAL Partiyası haqda verdiyi açıqlaması olub.

Sabiq səfir özünün sosial şəbəkədəki hesabı üzərindən bildirib ki, ReAL hərəkatının nümayəndələri Brüsseldə Avropa diplomatları ilə görüşdə Azərbaycan hökumətinin islahatlarını dəstəkləyib. A.Məmmədov qeyd edib ki, bu barədə ona Avropa İttifaqında işləyən dostu danışıb. Arif Məmmədovun sözlərinə görə, Avropa diplomatları ilə görüşdə ReAL nümayəndələri deyiblər ki, Azərbaycan Prezidenti İlham Əliyev islahatlar aparmaq istəyir, lakin mühafizəkarlar ona mane olur: “Ancaq buna baxmayaraq, dövlət başçısı islahatların anonsunu verib və "böyük siyasi məhbus" qrupunun azad edilməsi bunun başlanğıcı hesab oluna bilər. Həmçinin deyiblər ki, Azərbaycanda mitinq keçirmək cəhdləri ölkədə aparılan islahatları ləngitməyə və mühafizəkarların xeyrinə əlavə arqumentlər verməyə yönəlib. Eyni zamanda, bəzi müxalif qüvvələrin taktikası Azərbaycanı Suriya ssenarisinə gətirə bilər. ReAL təmsilçiləri onu da bildiriblər ki, bu proseslərdə özünəməxsus xətt tutublar, sabitliyi poza biləcək mitinqlər və kütləvi aksiyalar yolunu yox, təşkilatlanmaqla seçkilərə qatılmaq xəttini əsas götürüblər”. Arif Məmmədovun özünü müxalif qüvvə adlandıran ReAL-ın Azərbaycan hökumətinin islahatlarını Avropada təbliğ etdiyinə dair məlumatları böyük qalmaqala səbəb olub. Digər müxaliflər ReAL-ı xəyanətdə və hakimiyyətlə sövdələşmədə ittiham etməyə başlayıblar. Arif Məmmədov Avropa diplomatları ilə görüşmüş ReAL nümayəndələrinin adlarını açıqlamayıb. Lakin mövzuya verilən reaksiyadan sonra məlum olub ki, həmin görüşdə ReAL-ı Natiq Cəfərli ilə Erkin Qədirli təmsil edib. ReAL Partiyasının funksioneri Erkin Qədirli “Facebook” səhifəsində Natiq Cəfərli ilə Brüssel səfəri haqda əhatəli məlumat yayıb. E.Qədirli rəngarəng görüşlər keçirdiyini təsdiqləyib. O bildirib ki, rəsmilərlə görüşlərin arasında Avropa Xarici Çalışmalar Xidmətində (European External Action Service) Azərbaycan, Ermənistan və Belarus üzrə bölümün, eləcə də Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş İdarənin, yenə də Azərbaycan, Ermənistan və Belarus bölümünün rəhbərliyilə görüşləri olub: “Qarşı tərəf ölkəmizdəki gedişatı çox yaxşı bilir. ReAl Partiyasını da yaxşı tanıyırlar. Örnəyi, bu yaxınlarda İctimai Televiziyada çıxış etdiyimi xatırlatdılar, hərçənd, mən söhbəti onun üzərinə gətirəsi deyildim. Söhbətlərimizin böyük hissəsi Avropa Birliyilə Azərbaycan arasında imzalanması gözlənilən anlaşma haqqında oldu. Avropa məmurları dedilər ki, Azərbaycanın müxalif və sivil toplum çevrələrində bu anlaşmanın imzalanmasını istəməyənlər var. Nə təşkilat adı çəkdilər, nə adam. Biz də soruşmağı özümüzə yaraşdırmadıq. Arqumentlərini soruşduq, dedilər ki, bunu istəməyənlərin nəzərində sözügedən anlaşma İlham Əliyevin "diktator hakimiyyətini" gücləndirəcək. ReAl Partiyasının mövqeyini soruşdular. Dedik ki, anlaşmanın tezliklə imzalanmasını istəyirik, bunu ölkəmiz üçün çox önəmli sayırıq. Daha sonra ölkədəki gedişat haqqında soruşdular. Biz danışdıqca gördük ki, söylədiklərimizin çoxunu bilirlər, sadəcə gümanlarını yoxlamaq və bizim mövqeyimizi bilmək istəyirdilər. Biz də yazdıqlarımızı, müsahibələrimizdə danışdıqlarımızı onlara dedik. Yəni, burada uzatmayım, dediklərimizi asanlıqla güman edə bilərsiniz”. E.Qədirli görüşlərdə avropalı diplomatların ReAl Partiyasının planları ilə maraqlandıqlarını yazıb: “İmzatoplama kampaniyamız haqqında danışdıq, layihəmizi (topladığımız imzalarla birlikdə) Milli Məclisə göndərdiyimizi və qanunverici orqanın təşəbbüsümüzə hörmətlə yanaşıldığını söylədik. Parlament seçkilərinə hazırlaşdığımızı, erkən seçkilərin ola biləcəyini dedik. Başqa partiyalarla seçki koalisiyalarına gedə biləcəyimizi soruşdular. Maraqlıdır ki, burada Müsavat Partiyasının adını çəkdilər. Dedik ki, Müsavatla sıx əməkdaşlığımız olmasa da, qarşılıqlı hörmətimiz, orada dostlarımız var. Seçki dönəmi başlayarsa və Müsavat Partiyası seçkiyə getməyə qərar verərsə, onlarla bu mövzuda məsləhətləşmələrə hazır olduğumuzu söylədik. AXCP ilə bağlı heç nə soruşmadılar, biz də heç nə demədik”.

ReAl Partiyası ilə radikal müxalifəti təmsil edən digər qurumlar arasındakı münasibət o qədər də yaxşı deyildi. Təsadüfü deyil ki, bu qalmaqaldan əvvəl pariyanın sədri İlqar Məmmədov sosial şəbəkələr vasitəsilə yazmışdı ki, məhz müxalif dairələr 8 aydır ona qarşı vicdansız kampaniya aparır: "Deyirdim sizə, gedək seçkiyə, görək insanları səslərin müdafiəsinə səfərbər edə bilirikmi. Dediniz ki, yox e, biz meydanlardan birbaşa hakimiyyətə gələcəyik. 8 aydır mənə qarşı vicdansız təbliğat aparırsınız ki, inqilab eləmək istəyirik, İlqar Məmmədov imkan vermir. Yaxşı, "inqilab-inqilab" deyirdiniz, 4 dəfə mitinqə qoyulan qadağa həmin o inqilabınızı haçana qədər ertələdi? Amma qapılarımız yenə də açıqdır, seçki məsələsində əməkdaşlığa hələ də tam hazıram və bir daha dəvət edirəm". Proseslərin təhlili göstərir ki, onsuz da münasibətləri rəvan olmayan müxalif dairələr arasındakı qalmaqalın Brüssel olayından sonra daha da genişlənəcəyi heç bir şübhə doğurmur.

Əslində, biz məsələyə ReAL-dan partiya adından açıqlama almaqda maraqlı idik. Lakin partiya adından bu sualı cavablandıran bir funksioner tapa bilmədiyimiz səbəbindən əsas məsələyə heç də cavab verməyən funksioner mövqeyini onların sosial şəbəkələrdəki hesablarından götürməyə məcbur olduq. Amma real mənzərə ondan ibarətdir ki, Arif Məmmədovun açıqlamasına hələlik ReAL səviyyəsində konkret mövqe ortaya qoyulmayıb.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ