Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar prosesi çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Moskvada keçiriləcək. Baki-xeber.com İnterfax-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov məlumat verib.
“Ən yaxın zamanda (artıq razılığa gəlmişik) Azərbaycan və Ermənistan XİN başçıları və həmsədrlər səviyyəsində görüş barədə elan ediləcək. Düşünürəm ki, Sergey Viktoroviç (Lavrov) də iştirak edəcək”, E.Məmmədyarov “Moskva-Baku” portalına müsahibəsində bildirib.
O, Ermənistan-Azərbaycan münaqişəsinin həllində irəliləyişlərin əldə olunmasının zəruriliyini qeyd edib.
“Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləmək lazım olduğuna dair ümumi anlayış var, başqa cür mümkün deyil”, - nazir vurğulayıb.
Onun sözlərinə görə, cümə günü Moskvada rusiyalı həmkarı S.Lavrovla keçirilən görüşdə (MDB XİNŞ-nın iclasından sonra) həm ikitərəfli münasibətlər, həm də Ermənistan-Azərbaycan münaqişəsinin həlli müzakirə olunub.
“Düşünürəmn ki, hər şey nəticədə nə əldə edəcəyimizdən asılıdır. Əlbəttə ki, obyektiv nöqteyi-nəzərindən, Sergey Lavrov həm mənimlə, həm də Zöhrab Mnatsakanyanla görüşmək istədiyini deyəndə, bu yaxşıdır, çünki Rusiya – ağır artilleriyadır. Biz Rusiya ilə qonşuyuq, həm də strateji tərəfdaşlıq münasibətlərimiz var. Əgər Rusiya XİN başçısı baş verən vəziyyəti anlamaq üçün öz çəkisini ortaya qoyursa (biz indi vəziyyətin nüanslarını nəzərdən keçirmişik), Allahdan bunun baş tutmasını arzu edirik”, - Azərbaycan XİN başçısı bildirib.