Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının xarici illər naziri Sergey Lavrovla ikitərəfli görüş keçirib.
XİN-in mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Rusiya arasında siyasi dialoqun və çoxşaxəli əməkdaşlığın yüksək səviyyədə olduğundan məmnunluq ifadə edilib və qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.