Bazar günü günü, 08 noyabr 2026
     

Ermənistan yeni aprel xofunda – 2016-da Azərbaycan Ordusunun cəmi 20 faizi Ermənistanla vuruşmuşdu...

Image


Üzərindən artıq 3 il keçən aprel döyüşlərinin yenidən təkrarlana biləcəyi bu gün Ermənistanda daha çox narahatlıq mənbəyinə çevrilməkdədir. Çünki Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həlli Ermənistanın qəbuledilməz mövqeyi üzündən getdikcə daha çox dalana dirənir. Məhz belə vəziyyətdə Azərbaycan ərazi bütövlüyünün bərpasının güc yolu ilə təmin edilməsinin mümkünlüyünü ən yüksək səviyyədə bəyan edir.

Hadisələrin belə səpkidə inkiaşfının istisnalıq təşkil etmədiyi bir şəraitdə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyana görüşündən sonra baş verənlər İrəvanda narahatlıq yaradıb.
Ermənistanı qorxuya salan Azərbaycan Prezidentinin aprelin 2-də verdiyi bəyanatdır.

Xatırladaq ki, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsini ziyarət edən Ali Baş Komandan bəyan etdi ki, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. İndi erməni şərhçi Naira Ayrumyan iddia edir ki, Azərbaycan müharibəyə hazırlaşır: “Azərbaycan prezidenti son bəyanatı ilə müharibənin ikinci mərhələsini elan etmiş oldu. Bəs Ermənistan nə edir, biz sülh nizamlanmasına davam edəcəyikmi, yoxsa məğlubiyyətdən qaçmaq üçün indidən hazırlaşacağıq?”. Ayrumyan Rusiya prezidentinin Bakı və İrəvana zənglərindən də bəhs edib. Onun iddiasına görə, Rusiya münaqişə ilə bağlı təşəbbüsü əldən verə biləcəyindən narahatdır: “Rusiya Qarabağda yeni aprel müharibəsi ssenarisinin baş verə biləcəyini də istisna etmir”.

Ayrumyanın narahatlığı Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun açıqlamaları fonunda isə heç də əbəs sayılmaya bilər. Nazir vurğulayır ki, savaşın yenidən başlanması istsina deyil və aprel döyüşlərində düşmən ordumuzun gücünü görüb: “Aprel döyüşləri zamanı Ermənistan səfərbərlik elan etmişdi. İrəvandan qoca kişilər Qarabağa yollanırdılar. Amma heç gəlib Qarabağa çıxa bilmədilər”. O vurğulayıb ki, aprel döyüşləri zamanı iki ordu üz-üzə gəldi və Ermənistan ordusu darmadağın oldu: “Aprel döyüşlərinin əsas nəticəsinə əsasən, Ermənistan ordusu darmadağın oldu, Azərbaycan ordusu daha bir təcrübəyə yiyələndi və xalqımız arasında vətənpərvərlik hissi güclənməyə başladı. Azərbaycan ordusunda həyata keçirilən islahatların nəticəsi olaraq, orduda nizam-intizam və vətənpərvərlik ruhu artdı”. Z.Həsənov vurğulayıb ki, 2016-cı ilin aprelində Ermənistanın bütün ordusu ilə Azərbaycan Ordusunun yalnız 20 faizi döyüşüb: “Biz indiki vaxtda müharibə şəraitində olan dövlətlərin təcrübəsindən istifadə edirik. Biz döyüş hazırlığında Türkiyənin təcrübəsindən istifadə edirik. Çünki qardaş ölkənin bu sahədə böyük təcrübəsi var”. O bildirib ki, Azərbaycan ordusunun silah-sursatla bağlı heç bir problemi yoxdur: “Biz hər an döyüşlərə başlaya bilərik. Çünki biz silah-sursatla tam təmin olunuruq. Bizdə yüksək səviyyədə hazırlanmış silahlar, pilotsuz uçan aparatlar var. Mindən çox çeşiddə silah-sursat mövcuddur”.

Erməni vəkil Norayr Norikyan isə bildirir ki, Azərbaycan aprel döyüşlərini təkrarlamaq istəsə, bu, ölkəsi üçün müsbət heç nə vəd etmir: “Aprel döyüşlərinin əsas səbəbi bizim 94-cü ildən sonra arxayınlığa düşməyimiz oldu. Azərbaycan bundan sonra məğlub sindromundan xilas ola və müharibəyə əl ata bilməz, deyə bizim içimizdə bir əminlik yaranmışdı. Amma bu əminlik bir döyüşlə alt-üst oldu". Onun sözlərinə görə, 2016-cı ildə baş verən hadisələrdən sonra hərbi doktrinanın və milli təhlükəsizlik strategiyası konsepsiyasının dəyişdirilməsi və bu gün mövcud çağırışlara uyğunlaşdırılması üçün addımlar atılmayıb: “Artıq bu gün Azərbaycan və onun xalqı məğlubiyyət sindromundan mənəvi psixoloji cəhətdən xilas ola bilib. Onlar hesab edir ki, aprel döyüşlərində Ermənistana dağıdıcı zərbə vurublar. Hazırda Ermənistanın hərbi doktrinası dəyişdirilməli və müasir çağırışların tələblərinə uyğunlaşdırılmalıdır. Yəni nə qədər “İsgəndər" istəyirsiniz əldə edin, əsas hərbi doktrinanı dəyişmək lazımdır".

 Ermənistanın “1-in.am” saytı aprel döyüşlərinin sarsıdıcı zərbələrinin bu gün də davam etdiyini yazır:  “Ermənistan və Qarabağda olanlar üç il qabaq bu günlərdə ölüm-dirim savaşındaydı. Dördgünlük aprel savaşı idi, nəticədə insan taleləri qırıldı, xeyli  gənc həlak oldu, Dağlıq Qarabadakı rejimin varlığı isə ümumiyyətlə sual altında qalmışdı. Havada Stepanaketin Xankəndiyə çevrilməsi dolaşırdı. Biz üç il qabaq əmin olduq ki, burada nəsə yanlışdır, düzgün deyil. Anladıq ki, bizim özüllərimiz çürüyüb və biz bir dövlət kimi illər boyu saxta və yalan yolla irəliləmişik. Bütün bunlardan danışmaq asan deyil, çünki ödənilən bədəl yetərincə yüksəkdir. Faktiki olaraq, keçmişin səhvləri ən qiymətli və müqəddəs dəyərlə ödənildi – gənc oğlanların həyatıyla.

İndi çoxları aprel savaşından elə asanlıqla danışır, adama elə gəlir ki, hər şey belə də olmalıydı, guya alternativlər yox idi, guya belə böyük qurbanlardan qaça bilməzdik. Əlbəttə, keçmişin girovuna çevrilmək lazım deyil, əksinə, keçmişdə buraxılmış səhvlərin nəticələrini aradan qaldırmalı və irəli getməliyik. Amma baş verənləri layiqincə dəyərləndirə bilmiriksə, necə aradan qaldırmalıyıq? Nəydi bu, bu nə fəlakət idi və Ermənistan niyə buna hazır deyildi?

Axı on illər boyu bizi inandırmışdılar ki, Ermənistan ordusu bölgədə ən bacarıqlı döyüş ordusudur, çalıb-çapırlar, eybi yoxdur, başlıcası budur ki, orduya silah alırlar, iddia edirdilər ki, seçkilərin saxtalaşdırılması xırda problemdir, başlıcası səngərlərin möhkəm olmasıdır. 2016-cı ildə bütün bunlar harada idi, axı aydınlaşdı ki, ordu elə də döyüş bacarıqlı deyil, silahlanma problemi isə savaşın ilk günündəcə hiss olundu. Serj Sarksyanın və Respublika Partiyasının  vəd etdiyi təhlükəsizlik harada qaldı? Onlar təhlükəsizliyi belə təsəvvür edirlərsə, onda dünyagörüşlə bağlı ciddi problemləri var.

Aprel savaşı Serj Sarksyan üçün Pirr savaşıydı, o da Epir çarı kimi “döyüşdə qələbə çaldı, amma çox şey itirdi”. Daha doğrusu, Ermənistanı itirdi. Bu mənada “qalib gəldi” ki, Azərbaycan atəşkəsə razılıq verdi. Savaş davam etsə idi, şübhəsiz, Sarksyan bu halda hakimiyyətsiz qalardı. Doğrudan da, o vaxt Azərbaycanın durdurulması üçün xeyli resurs və vəsait itirildi, bu həm də durumun hər an nəzarətdən çıxa biləcəyi əsəblər savaşıydı. 2016-nın aprel hadisələri ictimaiyyət üçün əsil soyuq duş, güclü təsiri hətta bu gün də keçməmiş möhkəm şillə idi. Biz aprel savaşından ibrət götürməyi və başa düşməliyik ki, ordunun dirəniş gücü və döyüş bacarığı təkcə ordunun problemi deyil. Ordu dövlətdən kəsilən yad orqanizm, ya da təcrid edilmiş hansısa struktur deyil.

Aprel savaşı o gerçəkliyin şahidiydi ki, ağır nəticələri hərbi cəbhədə üzə çıxan effektli və yaşamaq bacarığı olan dövlət qurmağı bacarmamışıq. Bax, ciddi-cəhdlə mənimsəməli və əzbərləməli olduğumuz ən böyük dərs də bundadır. Çürümüş dövlət sistemi və zəif iqtisadiyyatla çox duruş gətirə bilmərik. Ola bilsin, Ermənistan daha bir-iki dəfə, bəlkə də üç-dörd dəfə belə savaşları dayandıra bilər, amma beşinci dəfə mümkün olmaya da bilər. Xeyr, sizi qətiyyən ümidsizliyə salmaq istəmirəm. Sadəcə, ayıqlığa çağırıram”. Erməni mediasında yer alan bu fikirlərdən də aydın görünür ki, aprel savaşı düşməni əhəmiyyətli dərəcdə silkələyib və onun şoku hələ də keçməyib. Onun fikrincə, Ermənistanın müdafiə naziri David Tonoyanın “sülh müqabilində ərazi” formatının “yeni müharibə, yeni ərazilər” formatı ilə əvəz olunmasına dair təxribatçı bəyanatı İrəvana yaxşı heç nə vəd etmir. Ekspert bildirib ki, bu, son zamanlar “sülh müqabilində ərazi” formatı haqqında çox danışılması, erməni tərəfindən isə hər hansı ciddi bir cavab olmamasının nəticəsidir.
Erməni politoloq danışıqlarda erməni tərəfini belə bir bəyanat verməyə məcbur edən halın olması barədə məsələyə aydınlıq gətirməkdə çətinlik çəkdiyini qeyd edir. Lakin vurğulayır ki, zəif tərəf olan Ermənistanın belə mövqe sərgiləməsi yeni Qarabağ savaşını tətikləyə bilər. Elə almaniyalı ekspert Uve Halbax da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara münasibət bildirərkən yeni savaşı istsina etmir: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinin bütün məntiqi, görüşlər, onun ardınca diplomatik və hərbi bəyanatlar münaqişənin nə dərəcədə mürəkkəb bir münaqişə olduğunu ortaya qoyur". Onun fikrincə, keçmişdə olduğu kimi, bu gün də tərəflər arasında ortaq keçid nöqtəsi yoxdur: “Baxmayaraq ki, tərəflərin müzakirə mövzusu və zəruri formatı olmadan bu mühitin yaradılmasına səy göstərilir, lakin çıxış yolu yoxdur". Almaniyalı ekspert hesab edir ki, bu gün Ermənistanın mövqeyi üzündən nəticəsi olan danışıqlar aparılmır və vasitəçilər də bu səbəbdən susducu bəyanatlar verməyə məcburdur: “Tərəflər dərk edir ki, ciddi nizamlanma prosesi getmirsə, həmişə olduğu kimi yeni hadisələr baş verə bilər. İndiki məqamda müsbət perspektivlərdən danışmaq çətindir. Elə bu da yeni savaşı istsina etmir".

Yeni savaşda isə düşmən aprel döyüşləri ilə müqayisədə daha sarsıdıcı zərbə alacaq. Digər tərəfdən, məhz həmin döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirdi. Hadisələr bir daha təsdiqlədi ki, işğalçıya yerini göstərmək üçün ən yaxşı təsir vasitəsi gücdür. Həmin döyüşlərdən sonra Ermənistan silahlı qüvvələrində çaxnaşma yarandı. Müdafiə naziri Seyran Ohanyan tutduğu vəzifədən azad edildi, işğalçı orduya rəhbərlik edən şəxslərin xeyli hissəsi işdən qovuldu. Bu hadisə işğalçı ordu və onun havadarları barəsində yaradılan mifi dağıtdı. Eyni zamanda, aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad ediləcəyinə daha çox inandığını sübuta yetirdi. Elə indinin özündə də Ermənistanı çox qorxudan məsələ Azərbaycanın yenidən gücə əl ata biləcəyidir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ