Bazar günü günü, 08 noyabr 2026
     

Paşinyanın Putinə “hesabat zəngi” Ermənistan-Rusiya gündəmindən düşmür…

Image


Çevrilişlə dövlət başçısı postuna gələn Nikol Paşinyan sələflərindən fərqlənərək Ermənistanı müstəqil dövlətə çevirmək istəsə də, aydın görünür ki, o, vəziyyəti tamam korlayıb. Əgər əvvəllər Rusiya Ermənistanın əsas himayədarı sayılırdısa, indi Kreml də İrəvana etibar etmir.

Paşinyanın qərbyönümlü siyasət yeritməyə çalışması və bunu bacarmaması Ermənistanı daha çətin vəziyyətə qoyaraq ABŞ-la Avropanın da ondan üz çevirməsinə rəvac verib. İndi nə Rusiya, nə də Qərb Ermənistana dəstək verir. Belə vəziyyətdə Ermənistanda nəzərəçarpacaq dərəcədə artan anti-Rusiya əhval-ruhiyyəsi isə Moskvanı daha da qəzəbləndirir. “Lragir” nəşri yazır ki, Rusiyanın İrəvana iqtisadi təzyiqlərinin artmasının əsas səbəblərindən biri elə budur. Nəşr yazır ki, Kremli lk olaraq qazın qiyməti ilə bağlı təsir rıçaqlarını işə salıb və qazın qiyməti Ermənistan üçün iqtisadi, siyasi əhəmiyyətə malikdir: “Bu, Rusiyanın əlində Ermənistana qarşı böyük rıçaqdır. Belə ki, Ermənistan Qərbə doğru istiqamət götürərək, birtərəfli qaydada Rusiyanın nüfuz dairəsindən çıxmağa çalışır. Ermənistan iqtisadiyyatı qazın qiymətinin artırılması məsələsində çətin duruş gətirə bilsin. Bu qiymət artımı bütün sahələrdə bahalaşmaya, əhalinin sosial vəziyyətinin gərginləşməsinə səbəb olmaqdadır. Moskvanın da istədiyi elə budur. Aydındır ki, belə şərait Ermənistanda mövcud gərginliyi daha da artıra bilər. Məhz bu da Paşinyan iqtidarı üçün ciddi təhdiddir”. Ermənistan parlamentinin keçmiş deputatı, ekspert Azat Arşakyan da bildirir ki, Kreml daha İrəvana əvvəlki münasibət bəsləmir. O, Rusiya telekanallarında antierməni ifadələri və verilişlərilə bağlı halların çoxalmasını da buna sübut kimi göstərir: “Ermənistanın KTMT-dəki nüfuzu yaxşılaşmayıb, Nikol Paşinyanın bildirdiyi kimi, əksinə, Ermənistan qalmaqallı ölkə kimi qavranmağa başlayıb. Rusiya itirməyə başlayarsa, onda birinci növbədə Ermənistandan imtina edəcək.

Mən nikbin adamam və düşünürəm ki, Ermənistanı kobudcasına bayıra atmayacaq, sakitcə çəkiləcəklər. Onlar indi öz vətəndaşlarını buna hazırlayırlar. Obrazlı desək, bizə xəbərdarlıq edirlər ki, madam daha onlara inanmırıq, onda özləri çıxıb gedərlər. Hələlik onlarda qaba, bayağı boşanma, qısqanc ər ssenarisi işə düşüb. Siyasi elita imtina edib, buna görə də bizə heç nə yatırmır, operativ iqtisadi fəaliyyət göstərmir, birgə müəssisələr, kooperasiyalar  yaratmırlar. Bizim “Mars” zavodu rusların kosmik proqramına işləmir, onlara ehtiyat hissələr tədarük etmirik. Yəni iqtisadi boşanma artıq baş verib. Rusiyadan Ermənistana kisə-kisə pul gətirib paylamağı kooperasiya adlandırmaq olmaz. Belə ki, buldozerlərin gizli işi artıq göz qabağındadır. İndi onların bizi necə tərk etməyə hazırlaşdıqlarını görürük. Təbliğat vətəndaşları artıq buna hazırlayır ki, Ermənistan pisdir, bizim deyil. Necə deyərlər, tülkünün ağzı üzümə çatmayanda deyir ki, kaldır… Ermənistana indi imtina edilməsi gərəkən turş üzüm kimi baxırlar.

KTMT-dəki qalmaqallar, NATO ilə əməkdaşlıq və ya iqtisadi alternativ axtarışları, Avropa Birliyi ilə saziş, rusların fikrincə, bütün bunlar qalmaqaldır. Müstəqilliyə can atmaq da qalmaqaldır. Əslində, bütün bunları telefonda danışmaq olar, amma onlar qalmaqala çevirirlər. 150 il birgə yaşayışdan sonra boşanmanı daha mədəni şəkildə təşkil etmək mümkündür“.

Bununla yanaşı, o da məlumdur ki, məlum Vyana görüşündən sonra Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə görüş barədə hesabat verib.  Paşinyanın Putini Azərbaycan prezidenti İlham Əliyevlə ötən həftə Vyanada aparılmış danışıqlar barədə məlumatlandırması isə, Azat Arşakyana görə İrəvanın Moskvaya yarınmaq cəhdi olsa da, Kreml Ermənistana qarşı heç də sərt mövqeyini dəyişən deyil: “Söhbət qiymətləndirmə və həqiqətdən, alternativ həqiqətdən, iki həqiqətdən gedir. Birincisi, qiymət şovinistcəsinədir: vassal xaricdən dönüb və nəticələr haqda məruzə edir. Paşinyan deyir ki, danışdıq, tapşırığınızı yerinə yetirdim, sizə qarşı heç nə yoxdur, sizə qarşı sui-qəsddə iştirak etməmişəm. Onlar faktiki olaraq vassalın səfəri haqda məlumat verirlər. Bizim həqiqətimiz isə bundan ibarətdir ki, dövlət başçısı Rusiya təmsilçisinin də qatıldığı çətin danışıqlara gedib. Baş nazirimiz görüşdən sonra həmsədr ölkə ilə üfüqi münasibətlər haqda bildirib. Yəni biz üfüqi, Rusiya isə şaquli münasibətlərdən danışır.  Baş nazirimiz qonşu dövlətin başçısı ilə iki ölkəyə aid məsələləri müzakirə edir, Kreml isə elə təqdim edir ki, guya tabe adam rəisə raport vermək üçün zəng edib. Fərq də bundadır – Ermənistan Rusiyanı müttəfiq, tərəfdaş sayır, onlar isə bizi vassal sayırlar“. O da vurğulanır ki, Moskvanın belə münasibəti Ermənistanı qarşıdakı dövrdə daha çətin duruma salacaq. Ən azı o baxımdan ki, Kremlin artaq təzyiqləri qarşısında Ermənistanın duruş gətirməsi mümkünsüzdür.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ