Bazar günü günü, 08 noyabr 2026
     

1918-ci ilin 31 mart soyqırımlarının qurban sayı barədə hərə bir rəqəm deyir...

Image


“Qərbi Azərbaycanda insanlar kütləvi şəkildə öldürülüb, amma öldürülən əhali ilə bağlı dəqiq rəqəm yoxdur”
Faiq Ələkbərli: “Ümumilikdə, erməni daşnakları 1918-ci ildə 200 min nəfərdən artıq azərbaycanlını qətlə yetiriblər”

 

Tariximizin ən yaralı səhifələrindən biri olan 1918-ci ilin 31 mart tarixində daşnak-bolşevik birləşmələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım aktları zamanı qətlə yetirilən azərbaycanlı əhalinin sayı barədə əlimizdə olan heç bir mənbədə dəqiq məlumatlara rast gəlinmir. 

Hətta “Vikipediya”da 31 mart soyqırımı ilə bağlı yerləşdirilən məqalənin özündə də daşnak-bolşevik birləşmələrinin qətlə yetirdikləri türk-müsəlmanların sayının dəqiq göstərilmədiyi bildirilir. Tarixçilər hesab edirlər ki, 31 mart soyqırımı ilə bağlı həm Şimali Azərbaycanda, həm Qərbi Azərbaycanda, həm də Cənubi Azərbaycanda minlərlə insan öldürülüb. Öldürülənlərin dəqiq sayına gəlincə isə, hər tarixçi bir rəqəm söyləyir. 

Tarix elmləri doktoru, professor Anar İsgəndərli “Bakı-Xəbər”ə bildirdi ki, “Vikipediya”da 31 mart soyqırımı ilə bağlı yanlışlıqlar mövcuddur. Alimin sözlərinə görə, “Vikipediya”da  31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı yerləşdirilmiş məlumatlar düzgün verilməyib. Fövqəladə Təhqiqat Komissiyasının rəqəmlərini misal gətirən A.İsgəndərlinin sözlərinə görə, bu rəqəm yalnız Bakını əhatə edir. “Fövqəladə Təhqiqat Komissiyasının rəqəmlərinə görə, həmin vaxt təkcə Bakı şəhərində 11 mindən artıq türk-müsəlman qətlə yetirilib. Bunun ardınca komissiya yazır: "Soyqırımı mart ayında həyata keçirilib. Komissiya isə noyabr ayında fəaliyyətə başlayıb. Təbii ki, bu dövr ərzində soyqırımı zamanı neft quyularına, dənizə atılan, gözdən uzaq yerlərdə, şəhər ətrafında öldürülən kifayət qədər insan olub. Təəssüf ki, onların dəqiq sayını müəyyənləşdirmək mümkün olmadı. Şamaxı şəhərində 8 min, Şamaxı qəzasının Əlibic kəndində 8 min 27 nəfər qətlə yetirilib. Quba qəzasında 16 min türk-müsəlmanın həyatına son qoyulub. Qərbi Azərbaycanda öldürülən insanların sayını müəyyənləşdirmək isə mümkün olmayıb. Çünki erməni tarixçisi Kordokyan 1931-ci ildə Moskvada nəşr etdirdiyi "Nasileniye Armenii"  kitabında yazırdı ki, Birinci Dünya Müharibəsi başlayarkən bu ərazidə 565 min türk-müsəlman yaşayırdı. Ancaq 1920-ci ilin sonlarında orada türk-müsəlman əhalinin sayı 70 min idi. Bu da göstərir ki, öldürülən və qaçıb canını qurtarmağa nail olan əhalinin sayı kifayət qədər çox idi. Azərbaycanın cənubunda öldürülən insanlar bundan da çox idi. Təkcə Lənkəranda 2 mindən artıq insan soyqırıma məruz qalıb. Bütün bunlar göstərir ki, “Vikipediya”da qeyd olunan rəqəmlər qətiyyən doğru deyil və öldürülən əhalinin sayı olduğu kimi təqdim edilməyib. Ümumiyyətlə, o dövrdə ermənilər tərəfindən Qərbi Azərbaycanda kütləvi qətlə yetirilən müsəlman-türk əhalinin sayı məlum deyil. Elə kəndlər olub ki, erməni daşnakları onların əhalisini tamamilə məhv ediblər. O dövrdə insanların qətlə yetirilməsindən əlavə, nə qədər insanın qaçqın düşməsi faktları olub, onların mal-mülklərinə zərər dəyib. Həmin vaxt Fövqəladə Təhqiqat Komissiyası ora gedə bilməyib. Ancaq bu o demək deyil ki, orada adamlar öldürülməyib, öldürülüb, özü də kütləvi şəkildə. Lakin əlimizdə konkret rəqəm yoxdur. Qərbi Azərbaycanla bağlı ayrı-ayrı tədqiqatçıların yazdıqları və şahid ifadələri var. Biz həmişə deyirdik ki, İkinci Dünya Müharibəsində SSRİ 20 milyon itki verib, ancaq 1988-ci ildə məlum oldu ki, 27 milyon itki verib. Qərbi Azərbaycanda insanlar kütləvi şəkildə öldürülüb, amma öldürülən əhali ilə bağlı dəqiq rəqəm yoxdur”.

Alim qeyd etdi ki, bu barədə sənədlərdəki rəqəmlərin hamısı ümumiləşdirilməlidir, lakin bir çox sənədlərdə konkret say da göstərilməyib. A.İsgəndərlinin sözlərinə görə, yalnız Cənubi Azərbaycanın Xoy, Urmiya, Sərab və digər şəhərlərində ermənilər 80-100 min nəfər azərbaycanlını qətlə yetiriblər.  Bunun o dövrün sənədlərində əks olunduğunu deyən A.İsgəndərli qeyd etdi ki, bu da erməni daşnaklarının törətdikləri qırğınların miqyasının olduqca geniş olduğunu göstərir.

Tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli isə bildirdi ki, dəqiq rəqəm olmasa da, müxtəlif sənədlərə istinadən ehtimallara görə, ümumilikdə, 200 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilib. “Erməni daşnakları və bolşeviklər birləşərək Azərbaycanın həm cənubunda, həm şimalında, həm də qərbində azərbaycanlılara qarşı divan tutublar və bunun nəticəsində də saysız insan qətlə yetirilib. Cənubi Azərbaycanın müxtəlif şəhərlərində 100 min azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib. Şimali Azərbaycanda və Qərbi Azərbaycanda da erməni daşnakları tərəfindən qətlə yetirilənlərin sayı 100 min nəfərdən artıqdır. Ümumilikdə, erməni daşnakları 1918-ci ildə 200 min nəfərdən artıq azərbaycanlını qətlə yetiriblər. Mənim “Vikipediya”da yer alan rəqəmlərdən xəbərim yoxdur, orada nə yazıldığını bilmirəm” - deyə F.Ələkbərli qeyd etdi.   

O bildirdi ki, Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” kitabında yazılana görə, təkcə Bakı şəhərində və onun ətrafında ən azı 12 min nəfər əhali bolşevik və daşnak birləşmələri tərəfindən qətlə yetirilib.

Qeyd edək ki, “Vikipediya”da mart soyqırımı ilə bağlı məqalədə yazılana görə, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və “Daşnaksütyun”dan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Həmin məqalənin digər bir hissəsində isə “Təxmini hesablamalara görə, mart soyqırımı zamanı Bakıda 15-20 min, Şamaxıda 7 min, Qubada isə 6 min nəfər öldürülüb. Salyan, Nəvahi, Lənkəran, Kürdəmir kimi rayonlarda da qırğınlar törədilsə də, öldürülən insanların sayı dəqiq bilinmir” yazılıb.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ