Bazar ertəsi günü, 09 noyabr 2026
     

Paşinyan siyasi inqilabı “yarıtdı”, qaldı yaxın beş ildə “iqtisadi inqilab”...

Image


“Qərb təsisatları krediti necə gəldi vermirlər”

 

Ermənistan baş naziri Nikol Paşinyan seçki kampaniyası çərçivəsində populizm şüarları altında inanılmaz vədlər verir. O, İrəvanda çıxışı zamanı bəyan edib ki, guya bundan sonra heç kəs Ermənistanda iş adamlarından qeyri-rəsmi ödənişlər almağa cəsarət etməz.

Paşinyan İrəvanda seçki kampaniyası çərçivəsində keçirilən mitinq zamanı Ermənistanın ikinci prezidenti Robert Köçəryanın və bütün oliqarxların oğurlanmış pulları insanlara qaytarmasını tələb edib. Xüsusən o, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyana büdcəyə 30 milyon dollar məbləğində vəsaiti qaytarmaqla bağlı vaxt verib. Paşinyan deyib ki, keçmiş prezident S.Sarkisyanın qardaşı 30 milyon dolları dövlət büdcəsinə qaytarmağa hazırdır. Bununla yanaşı, o, xaricdə yaşayan ermənilərə müraciət edib: “Xaricdə çalışan həmvətənlərə müraciət edirəm. Ölkəyə qayıdaraq təkcə evlərin tikintisinə vəsait qoymasınlar. Həm də müəssisələrin yaradılmasına sərmayə qoysunlar. Mən əminəm ki, Ermənistanda heç kim bir iş adamı ilə "paya daxil olmağa" cəsarət edə bilməz”.

Paşinyan iddia edir ki, növbəti beş ildə Ermənistanda iqtisadi inqilab yarada bilər: “Əminik ki, zəngin olmağınızla yanaşı, işləyə bilərsiniz. Və əsas işimiz vətəndaşların səmərəli işi üçün şərait yaratmaqdır. 7 ay əvvəl Ermənistanda siyasi bir inqilab meydana gətirdiyimiz kimi, önümüzdəki beş il ərzində biz birlikdə iqtisadi bir inqilab yaratmalıyıq”.

Göründüyü kimi, Paşinyan parlament seçkilərində əsaslı qələbə qazanmaqdan ötrü inanılmaz vədlər verir. Bütün bu deyilənlərin fonunda, yaxın 5 ildə Ermənistanda iqtisadi inqilabın olacağı ilə bağlı vədlər nə dərəcədə realdır?

Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun sözlərinə görə, yaxın 5 ildə Ermənistanda iqtisadi inqilabın baş verməsi mümkün deyil: “Çünki daxili resurslar nəzərə alınarsa, qısa zaman ərzində Ermənistan iqtisadiyyatının sürətli sıçrayışlarla inkişafına təkan verə biləcək amilləri görmürəm. Məsələn, kənd təsərrüfatı kontekstində götürsək, Ermənistan ərazisinin 90 faizi əkinə yararlı ərazi deyil. Ona görə də Ermənistan kənd təsərrüfatına istinad edib ölkədə dünya bazarına çıxarıla biləcək aqrar məhsulu istehsal etmək iqtidarında deyil. Çünki torpaqları buna imkan vermir. Əslində, Ermənistanın Azərbaycan torpaqlarını işğalı da məhz bu amildən irəli gəlib. Digər tərəfdən, Ermənistan Rusiyadan təkcə hərbi deyil, həm də iqtisadi-siyasi, maliyyə asılılığında olan bir dövlətdir. Ona görə də bir vaxtlar Jirinovski Ermənistanı açıq-aşkar Rusiyanın forpostu adlandırmışdı. O çox vaxt Kremlin Ermənistanla bağlı siyasətinin reallıqlarını dilə gətirir. Ən nəhayət, Paşinyan seçicilərinə verdiyi iqtisadi vədləri yerinə yetirmək üçün Qərbdən ciddi maliyyə dəstəyinə malik olmalıdır. Yəni, ilk növbədə, Qərbin maliyyə institutları, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı Ermənistana kredit dəstəyi verməlidirlər. Qərb təsisatları da krediti necə gəldi vermirlər. Bundan ötrü gərək Qərb institutları Ermənistan hakimiyyətindən müəyyən mənada təminatlar alsınlar. O mənada ki, Paşinyan tədricən ölkəni Rusiyanın təsirindən çıxarmalıdır. Digər amil bölgənin təhlükəsizliyi ilə bağlıdır. Yəni Ermənistanın İrana yaxınlığı faktoru ABŞ və NATO-nun diqqətindən yayınmır. Bu məsələdə Paşinyandan çox ciddi təminatlar istəyəcəklər. İranla münasibətlərin indiki kontekstində Paşinyanın qısa zamanda hansısa addımlar atacağı real deyil. Çünki hazırda Ermənistanın quru yolla dünyaya çıxışı bir Gürcüstanla mümkündür, bir də İranla. Təcavüzkar siyasət apardığı üçün Azərbaycan və Türkiyə ilə belə bir əlaqə yoxdur. Ermənistan buna görə iqtisadi blokadadadır. Qərbdən Ermənistana güclü maliyyə yardımı olarsa, onlar iqtisadiyyatlarını yenidən qura bilərlər. Bu da o zaman ola bilər ki, Ermənistan sırf qərbyönümlü siyasət yeritsin. Bütün bunlar qısa zamanda ola bilərmi? Təbii ki, yox. Ona görə ki, Rusiya buna imkan verməz. Gürcüstan kimi dövləti belə Qərb NATO-ya daxil etməyə hazır deyil. Baxmayaraq ki, müəyyən danışıqlar gedir”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ