Bazar ertəsi günü, 09 noyabr 2026
     

Rusiyalı ekspert Rusiya-Ukrayna müharibəsinin mümkün başlanma tarixini açıqladı

Image


Rusiya bazar günü Kerç boğazında Ukrayna donanmasına məxsus üç gəmini ələ keçirdikdən sonra iki ölkə arasındakı gərginlik artıb. Bu hadisə ilə son illərdə Rusiya və Ukrayna orduları arasında ilk dəfə açıq şəkildə qarşı-qarşıya gəldilər. Ukrayna prezidenti Poroşenko ölkədə hərbi vəziyyət elan edərək, bunun ölkənin müdafiə gücünü artıracağını deyib. Bununla yanaşı, Poroşenko, hərbi vəziyyətin müharibə elanı anlamına gəlmədiyini də deyir. Baxmayaraq ki, Ukrayna ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Rusiya 2014-cü ildə Krımın ilhaqından sonra, Ukraynanın etirazlarına baxmayaraq, Kerç körpüsünü inşa edib. Ukrayna gəmilərini Mariupola yönləndirdiyini, Rusiyanı əvvəlcədən xəbərdar etdiyini və gəmilərin saxlanmasının "silahlı hücum" olduğunu iddia edir. Ukrayna deyir ki, Azov dənizindəki limanlarına girişə Rusiyanın məhdudiyyətlər qoyması iqtisadiyyata da ciddi ziyan vurur.

Rusiya isə Ukraynanı əvvəlcədən planlaşdırılmış təxribatda ittiham edir. Kreml iddia edir ki, bu insident və ardınca hərbi vəziyyət birbaşa mart ayında Ukraynada keçiriləcək prezident seçkilərinə hesablanmış addımlardır.

Bundan başqa, Rusiya Ukraynaya məxsus "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmilərinin Kerç boğazına xüsusi missiya ilə girdiyini iddia edir. Qeyd edilir ki, "Nikopol" gəmisində axtarış aparılarkən gəminin səfərə hazır olması barədə sənəd aşkarlanıb. Həmin sənədə görə, gəmilər qrupuna rəhbərlik edən səlahiyyətli şəxsə Kerç-Yenikalsk kanalına gizli şəkildə yaxınlaşmaq və oradan keçmək barədə təlimat verilib.

Rusiya prezidenti Vladimir Putin isə Ukraynanın Qara dənizdə hərbi gəmilərin Rusiya tərəfindən ələ keçirilməsinin ardınca hərbi vəziyyət elan etməsindən sonra Kiyevə düşünülməmiş hərəkətlərə yol verməməklə bağlı xəbərdarlıq edib.

Putin Almaniya kansleri Angel Merkellə telefon söhbəti zamanı hadisələrlə bağlı ciddi narahatlığını bildirib və Almaniyadan Ukrayna rəsmilərindən bundan sonra düşünülməmiş hərəkətlərə yol verməmələrini istəməsini xahiş edib. Putin Merkelə deyib ki, Moskva hadisələrlə bağlı öz mövqeyini gücləndirmək üçün əlavə detalları təqdim etməyə hazırdır. Moskva Kiyevin böhranı qızışdırmaq üçün qəsdən provokasiyaya yol verdiyini bildirib.

Merkel Ukrayna prezidenti Petro Poroşenko ilə də telefon söhbəti zamanı gərginliyin azaldılması və dialoqa çağırıb.

Poroşenko isə hadisədən dərhal sonra Putinlə danışmağa cəhd etdiyini, ancaq Kremlin onun telefonlarına cavab vermədiyini deyib. Poroşenko məhz bundan sonra Merkellə danışdığını və ondan Ukrayna gəmi və əsgərlərinin buraxılması üçün Putinlə danışmasını istədiyini deyib.

Bu arada, Avropanın bir sıra yüksək səviyyəli rəsmisi Rusiyaya qarşı Ukrayna ilə gərginliyin artmasına gətirib çıxaran son insidentdən sonra yeni sanksiyaların mümkünlüyü məsələsini qaldırıb.

Rusiya rəsmiləri daha ciddi sanksiyaların problemi həll etməyəcəyini və insidentin Minsk prosesinə mane olması məqsədilə istifadə edilməməli olduğunu bildirib.

Mümkün yeni sanksiyaların Rusiya iqtisadiyyatını daha da güclü təzyiq altında qoya biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur. Ancaq Qərbin yeni sanksiyalarının əvvəlkilərdən heç nə ilə fərqlənməyəcəyi, Rusiyanı bu cür insidentlərdən çəkindirməyəcəyini düşünənlər də az deyil. BBC yazır ki, Qara dənizdəki hadisələr Rusiya ilə Ukrayna arasındakı gərginliyin dondurulmuş münaqişənin tərkib hissəsi olmadığını xatırladan güclü xəbərdir: “NATO-nun və Ukraynanın Qərbdəki müttəfiqləri prezident Poroşenkonu qətiyyətlə dəstəkləyib. Amma onlar Rusiyanın davranışına təsir etmək üçün nə edə bilər?

Daha çox iqtisadi sanksiyaların müzakirəsi olacaq. Ancaq Rusiya artıq ağır şəkildə sanksiyalara məruz qalıb və bu onu Krımın ilhaqı barədə yenidən düşünməyə təşviq etməyib.

Ukraynalılar üçün əlavə dəstək çağırışı olacaq. NATO ölkələri Kiyevin hərbçiləri üçün təlim keçirirlər - ehtimal ki, daha çox şey edə bilərlər. Hətta bu epizoddan əvvəl Tramp administrasiyası da artıq təchiz edilmiş “Javelin” - tank əleyhinə raketləri ilə yanaşı, Ukraynaya əlavə silah satmaq üçün çağırışlar edirdi.

Ancaq Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi ilə münaqişəni tammiqyaslı bir müharibə halına gətirə biləcək bir şeydən qaçınmaq arasında qəliz bir tarazlıq var”.

“Times” qəzeti isə Ukrayna və Rusiya arasındakı hazırkı gərginliyin həm Rusiya lideri Vladimir Putin, həm də Ukrayna prezidenti Petro Poroşenkonun siyasi maraqlarına xidmət etdiyini yazır. Müəllif Mark Bennets dörd il əvvəl Krım ilhaq edildikdən sonra Putinə daxildə dəstəyin artdığını, ancaq indi bunun tam əksinin yaşandığını yazır: "İndi Putinə verilən dəstək pensiya yaşının beş il artırılması ilə son beş ilin ən aşağı səviyyəsinə enib. Son günlərdə açıqlanan bir anketə görə, rekord sayda Rusiya vətəndaşı ölkənin çoxsaylı sosial və iqtisadi problemlərinə görə Putini günahlandırır”.

Müəllif tənqidçilərin Putinin xalqın diqqətini iqtisadi problemlərdən yayındırmaq üçün hərbi macəra axtardığını və son hadisələrin də birbaşa bununla əlaqəli olduğunu düşündüyünü yazır.

Bennets Ukrayna lideri Poroşenkonun da son insidentdən siyasi qazanc əldə edə biləcəyini düşünür. O bildirir ki, Ukraynanın Moskva tərəfdarı liderinin devrilməsindən sonra 2014-cü ildə hakimiyyətə gələn Poroşenkoya dəstək azalıb. Poroşenkonun mart ayında prezident seçkilərində uduzacağı ehtimalı da çox yüksəkdir.

Qeyd edilir ki, son hadisələrdən sonra Poroşenko Ukraynada gələn il planlaşdırılan seçkiləri təxirə sala bilər.

Ekspertlərini fikrincə, tərəflər arasında qarşıdurma risqi çox böyükdür. Bununla yanaşı, Ukraynanın müttəfiqləri hələlik qarşıdurmanın vaxtının çatmadığını nəzərə alaraq, Ukraynanı səbrli və təmkinli olmağa dəvət edəcəklər. Çünki Ukrayna ordusunun döyüş hazırlığı və qabiliyyətinin artırılmasına, silah sistemlərinin müasirləşdirilməsinə başlanıb ki, bu proses də 2020-ci ildə başa çatmalıdır. Eyni zamanda, Qərb yaranan fürsətdən istifadə edərək, Ukraynaya yeni silahların verilməsi istiqamətində də addımlar ata bilər.

Rusiyalı politoloq Sergey Markov deyir ki, Rusiya-Ukrayna savaşı 2022-2023-cü illərdə başlaya bilər.  “Rusiya və Ukrayna arasında müharibə olacaqmı? İndi bu sualı dünyanın bütün KİV-ləri verir. Mənim cavabım budur: xeyr, olmayacaq. Məsələ ondadır ki, belə səviyyəli qərarları Poroşenko yox, onun amerikalı kuratorları qəbul edir. Onlar Ukraynanın Rusiya ilə indi baş tutacaq miqyaslı hərbi konfliktindən qorxurlar. Buna səbəb isə Ukrayna ordusunun əksər hissəsinin, 2014-cü ildəki Krım böhranında olduğu kimi, Rusiyanın tərəfinə keçmək ehtimalıdır. Ya da bu ordu 2008-ci ildə Gürcüstanda olduğu kimi, heç bir şey edə bilməyəcək.

Ona görə də indi ABŞ-ın “dərin dövləti” Kiyevdəki rusofob rejimi zərbə altında qoymayacaq. Rusiya ilə müharibə onlar tərəfindən 2022 və ya 2023-cü il üçün planlaşdırılır. Bu vaxta qədər Ukrayna ordusunu konvensial silahlar sahəsində və mənəvi ruh, yəni Rusiyaya nifrətin tərbiyəsi məsələsində daha güclü etmək planlaşdırılır. Bu, gələcək müharibənin hədəfidir: elə bir qardaş sallaqxanası yaratmaqdır ki, Putin və ya onun komandası öz hakimiyyətini 2024-cü ildən sonraya uzada bilməsinlər. Rusiya bu planı ləğv etməlidir”, – deyə o bildirib.

Xatırladaq ki, Rusiya bazar günü Ukrayna gəmilərinə atəş açıb və onları ələ keçirib. İnsident Rusiyanın 2014-cü ildə işğal etdiyi Krım yaxınlığında baş verib.

Ukrayna öz gəmilərinin heç bir yanlışlığa yol vermədiyini və Qərbin Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmək istədiyini bildirib.

Rusiyanın su hövzəsinə daxil olduqlarına görə Moskva tərəfindən saxlanılan 24 Ukrayna dənizçisi Rusiyanın dövlət televiziyasının efirində əvvəlcədən planlaşdırılmış provokasiyada iştirak etdiklərini etiraf edib. Kiyev bunu təzyiq altında etiraf adlandıraraq qınayıb.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ