Bazar ertəsi günü, 09 noyabr 2026
     

KTMT üzvlərinin Azərbaycana silah satışını müzakirəyə çıxarmaq üçün Paşinyanın daha bir uğursuz cəhdi...

Image


Vüqar Qədirov: “Paşinyanın bu iradına hələ bir müddət əvvəl KTMT səviyyəsində də aydınlıq gətirilib”

 

Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan yenidən öz müttəfiqlərini hədəfə alıb. Ermənistan mətbuatının verdiyi məlumata görə, Nikol Paşinyan növbədənkənar parlament seçkiləri çərçivəsində “Mənim addımım” blokunun Vanadzordakı təşviqat kampaniyasında çıxışı zamanı deyib ki, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzv dövlətlər arasındakı müttəfiqlik münasibətlərinin dəqiqləşdirilməsi ətrafında şiddətli mühakimələr gedir.

Onun sözlərinə görə, bundan sonra İrəvanın həyata keçirərəcəyi xarici siyasətin mahiyyəti müttəfiqlərinin etibarlılığından asılı olacaq. Bu mənada, Paşinyan Ermənistanın KTMT-dəki müttəfiqlərinin (Rusiya, Belarus) Azərbaycanla hərbi əməkdaşlığını ciddi tənqid edib. “Siz bilirsinizmi ki, KTMT-nin bizə (Ermənistana) qarşı və bizim təşkilat qarşısındakı öhdəliklərimiz nədir? Bizə aydın deyil ki, niyə müttəfiqlərimiz düşmən münasibətdə olduğumuz ölkəyə silah satırlar? Bu qəbuledilməzdir və ciddi çağırışdır! Biz öz tərəfdaşlarımızla bu məsələni birbaşa və açıq şəkildə müzakirə etmək fikrindəyik ki, sonra özümüz də necə davranacağımızı bilək. Bilək ki, kimə güvənmək olar, kimə yox”. Göründüyü kimi, Paşinyan öz müttəfiqlərinin Azərbaycana silah satmasından dərin narahatlıq keçirir. Hətta bununla bağlı onları hədələyir də. Bundan əvvəl də Ermənistanın anoloji gileyləri olub, lakin heç bir nəticə verməyib. Paşinyanın  Rusiya və Belarusa Azərbaycana silah satmaqla bağlı etdiyi hədə-qorxunun bir faydası ola bilərmi?

Ekspert Vüqar Qədirov qəzetimizə açıqlamasında bildirdi ki, bu, Paşinyanın ilk blefi deyil: “O bundan əvvəl də belə bleflər etmişdi. Hətta Paşinyandan əvvəl də bu mövzuya Putinlə olan mətbuat konfransında bir erməni jurnalist toxundu və Rusiya Prezidentinə sual verdi ki, Moskva Azərbaycana niyə silah satır? Həmin vaxt Putin məsələyə konkret cavab verdi ki, müasir silah bazarında istənilən ölkə praktiki olaraq hər bir silahı ala bilər. Daha dəqiq ifadə etsək, Putin demişdi ki, Azərbaycan kimi zəngin ölkə haradan istəsə, arzuladığı silahı almaq iqtidarındadır. Bundan əlavə, indiki embarqo şəraitində Rusiya bu yolla valyuta əldə etməyi düşünür. Azərbaycan isə onun üçün gözəl müştəridir. Çünki biz müharibə şəraitində yaşadığımız üçün silah tədarükünə böyük ehtiyacımız var. Bu, Rusiyanın daxili işidir və heç kim buna qarışa bilməz. Yadınızdadırsa, hakimiyyətə gəlişinin ilk anlarında Paşinyan Lukaşenko ilə də bu mövzunu müzakirə etdiyini bildirmişdi. Paşinyanın təcrübəsiz siyasətçi olduğu burdan bilinir. O anlamalıdır ki, silah satışı ilə bağlı məsələ ölkələr arasında razılaşdırılır, sonra bu barədə müqavilə bağlanır. Yəni onu bir ayaqüstü söhbətdə və ya hansısa mitinqdə edilən çıxışla ləğv etmək mümkün deyil. Paşinyan xalqa çoxlu vəd verərək hakimiyyətə gəlib. İndi həmin vədləri həyata keçirə bilmir. Xalq isə ondan tələb edir. Buna görə də o, bəzi lazımsız bəyantlarla diqqəti həmin məsələlərdən yayındırmaq istəyir. Xüsusilə də seçkiqabağı təbliğatda belə amillərlə manipulyasiya edir. Bilirsiniz ki, dünyada silah bazarı genişdir. Azərbaycanın məhz Rusiyadan silah almağa üstünlük verməsini şərtləndirən amillərdən biri də Moskvanın bəzi maraqlarını neytrallaşdırmağa hesablanıb. Onsuz da Rusiya ən müasir silahları Ermənistana hədiyyə edir. Bizə isə çox da keyfiyyətli olmayan silahlarını satır. Tutaq ki, Rusiya bizə silah satmasa nə olacaq ki? Əlimizdə olan valyuta ilə istənilən ölkədən silah ala bilərik. Paşinyan Dağlıq Qarabağ məsələsində olduqca sərt mövqe nümayiş etdirir. Əslində, silah satışını gündəmə gətirməklə o həm də Rusiyanı təhdid edir. Azərbaycanın silahlandırılması məsələsində Rusiyanın rolunu önə çəkməklə Rusiyaya qarşı narazılığını əsaslandırmağa çalışır”.

Ekspertin sözlərinə görə, Paşinyanın bu iradına hələ bir müddət əvvəl KTMT səviyyəsində də aydınlıq gətirilib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sabiq baş katibi Nikolay Bordyuja erməni jurnalistin “Rusiyanın Azərbaycana silah satmasından KTMT nə dərəcədə narahatdır?” sualını cavablandırarkən demişdi ki, Rusiya tərəfindən Azərbaycana silah-sursat satılarkən paritetin qorunması nəzərə alınır, Azərbaycana satılan silahlarla yanaşı, Ermənistana da lazımi qədər silah-sursat göndərilir və satılır: “Bütün bu deyilənlər bir daha sübut edir ki, Paşinyan məntiq xatirinə deyil, populizmə meyllənərək danışır”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ