Bazar ertəsi günü, 09 noyabr 2026
     

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Image


Sivil cəmiyyətlərdə toplumun əsas azadlıqlarının mətbuatdan başladığı faktdır. O da birmənalı həqiqətdir ki, mətbuat azad toplumların güzgüsü olaraq, cəmiyyət həyatında baş verən bütün neqativ və pozitivləri özündə əks etdirməklə onun “bu ayinədə” əyri və ya düz görünməklə əslində hansı vəziyyətdə olduğunu ortaya qoyur, hətta bununla da qalmayaraq, həmin informasıyanı səhifələrində gələcəyə daşımaqla dövrün real təsvirini vermək baxımından unikal bir missiya yerinə yetirir.

Lakin azad informasiya mühitinin yetişməsi üçün ölkədə insan hüquq və azadlıqlarının bərqərar olması, fərdlərin bütün azadlıqlarının qanunlarla qorunması da əsas şərtlərdən biri kimi çıxış edir.

İnsan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali nemət olub. Fərdi azadlığı Ali Xeyir kimi səciyyələndirən ingilis filosofu Con Stüart Mill hələ XIX əsrdə yazdığı “Azadlıq haqqında” adlı əsərində insan azadlığı barəsində deyirdi: “İnsan canlılar aləminin daim tərəqqiyə can atan bir növüdür və fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz”. Onun fikrincə, təfəkkür azadlığı təkcə “dahi başların” yetişdirilməsi üçün zəruri deyil… “O, qadir olduğu ən yüksək əqli inkişaf səviyyəsinə çata bilməsi üçün sıradan insanlara daha çox lazımdır”- deyən ingilis filosofu ümumi mənəvi və əqli köləlik mühitində belə fövqəladə zəkaların olduğunu və yenə də yarana biləcəyini deyib, lakin bildirib ki, “belə mühitdə heç vaxt intellektual cəhətdən fəal xalq olmayıb və olmayacaq”.

Azərbaycanda fikir plüralizminin əsrlər aşan tarixi...

Azərbaycan xalqının söz, mətbuat azadlığı uğrunda tarixi mübarizəsinin real məzmun kəsb edərək gerçəkləşməsı dövrü XIX əsrə təsadüf edir. Bakıda ilk rus qəzetinin nəşrinədək Azərbaycan xalqının iqtisadi və mədəni həyatına aid faktları Tiflisdə çıxan rus qəzetləri yazırdı. XIX əsrin 20-ci illərindən başlayaraq "Tiflisskiye vedomosti", "Zakavkazskiy vestnik", "Kavkaz", "Novoye obozreniye" və başqa qəzetlərdə Azərbaycan xalqının ədəbi həyatına aid yazılar əhəmiyyətli yer tuturdu. 1832-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunan belə qəzetlərdən biri də "Tiflis əxbarı" qəzeti idi. Lakin çarizmin ideoloji-siyasi təsiri altında olan bu qəzetlər, təbii ki, Azərbaycan aydınlarının xalqı maarifləndirmək kimi müqəddəs missiyanı yerinə yetirməsi üçün yetərli deyildi. Bu səbəbdən Azərbaycanın o dövrdə yaşamış işıqlı şəxsiyyətləri milli mətbuatın yaradılması üçün uzun illər mübarizə aparmalı olub. 1875-ci il iyulun 22-də görkəmli ədib və ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə Azərbaycanın ilk mətbu orqanı - "Əkinçi" qəzetinin işıq üzü görməsi də elə bu inadlı mübarizənin nəticəsi idi. Lakin bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulsa da, çar istibdadının tüğyan etdiyi həmin illərdə insanların fikir və söz azadlığından danışması belə mümkün deyildi. Bundan onillər sonra Azərbaycanda ziyalı hərəkatının güclənməsinin sonucu olaraq Xalq Cumhuriyyətinin hakimiyyətinin qurulması ölkədə fikir və söz azadlığına nəfəslik açsa da, onun da ömrü cəmi 23 ay çəkdi və Azərbaycan mətbuatı bu dəfə sovet ideologiyasını təbliğ etməyə məcbur edildi. Əslində, 70 il sürən Sovetlər birliyi dönəmində Azərbaycan aydınları istər yaratdıqları bədii əsərlərdə, istərsə də dövri mətbuatda dərc etdirdikləri publisistik mətnlərdə sətiraltı mənalarla bəzi mətləbləri oxucularına çatdırmağa çalışır və çox zaman buna nail olurdu. Lakin azadlıqsevər bir toplum üçün bu olduqca az idi. Ötən əsrin 90-cı illərinin sonlarında Sovetlər birliyinin süquta doğru getməsilə, SSRİ-nin bir çox respublikaları kimi, Azərbaycanda da milli müqavimət hərəkatı yarandı və Azərbaycan mətbuatında görünməmiş inqilab baş verdi. Yəqin çoxları o dövrdə birdən-birə çoxlu sayda azad fikirli qəzetin ortaya çıxmasını xatırlayır. Sovet ideologiyasının təbliğatçısı, şablon yazıların tribunası olan qəzetlərin ardından “düzü-düz, əyrini-əyri” yazan yeni ideoloji nəşrlərin ortaya çıxması respublikada əsl evolyusiyanın yaşanmasına gətirdi. Düzdür, o dövrdə sovet stereotipi, can üstə olsa da, hələ yaşayırdı və bunun nəticəsi olaraq, bəzi kəskin yazıların senzuradan keçməməsi, hətta qəzet çapa gedən anda yazının çıxarılması üzündən bir sıra hallarda qəzetlərdə ağ səhifələrin getməsinin də şahidi olurduq. Lakin SSRİ-nin sonuncu prezidenti Qorbaçovun dediyi kimi, “proses başlamışdı” və azad fikrin önünü kəsmək artıq mümkün deyildi. Nəhayət 1991-ci ildə öz müstəqilliyini bərpa edən Azərbaycanda mətbuat da özünün azad dönəminə qədəm qoydu.

Azərbaycanda senzuranın ləğvi və azad sözün inkişaf dövrü...

Müstəqilliyin əldə olunmasından keçən zaman kəsiyində Azərbaycanda söz və fikir azadlığı istiqamətində çox ciddi nailiyyətlərə imza atılıb və bu istiqamətdə normativ hüquqi aktlar qəbul olunub. O zamankı dövlət başçısı Heydər Əliyevin 1998-ci il 18 iyun tarixində imzaladığı Sərəncamla təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", həmin il avqustun 6-da mərhum prezidentin imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman bu kontekstdə “ilk qaranquşlar” sayıla bilər. Bu sənədlər ölkədə söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli şərait yaratmaqla, həm də Müstəqil Dövlətlər Birliyi məkanında ilk olaraq Azərbaycanda senzuranın ləğvinə gətirdiyi üçün qiymətlidir. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması isə dövlətin mətbuat üzərində nəzarətinə birdəfəlik son qoydu. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası qanunlarının qəbul edilməsilə kütləvi informasiya vasitələri cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrildi. Mərhum prezidentin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynadı. "Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir" deyən Heydər Əliyev azad mətbuatın inkişafına çox böyük diqqət göstərib, çap mətbuatının dövlət Nəşriyyatına olan borclarının silinməsi kimi unikal və azad toplum amilinə dayanan qərar verməklə ölkədə söz və fikir azadlığının inkişafında birbaşa dövlətin maraqlı olduğunu ortaya qoyub.

“Jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir...” – Prezident İlham Əliyev

Çox sevindirici haldır ki, bu xətt bu gün də davam etdirilir və biz bunu Azərbaycanın mətbuatına göstərilən dövlət qayğısının ən müxtəlif təzahürlərində hiss edirik. Prezident İlham Əliyev ötən il jurnalistlər üçün inşa olunan ikinci binanın açılışında jurnalist əməyinin cəmiyyətdəki rolu barədə danışarkən deyib ki, bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır:”Mən həmişə çalışırdım və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikintisi də bu siyasətin bir təzahürüdür". Prezident çıxışında onu da deyib ki, bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edir:”Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz”. Bütün bunlar Azərbaycan mətbuatının özünün bütün problem və uğurları ilə dövlət başçısının diqqət mərkəzində olduğunu təsdiq edir. Təsadüfi deyil ki, bu günlərdə Prezidentin qəbulunda olan Rusiya jurnalistlər Birliyinin sədri Vladimir Solovyov İlham Əliyevin mətbuatı şəxsən izlədiyini hiss etdiyini dilə gətirib, hətta onun hər ölkənin mətbuatını “öz dilində” oxumasından heyrətini gizlətməyib.

Mətbu orqan təsis etməyin asan olduğu ölkə...

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli də istənilən ölkənin demokratik prinsiplərlə inkişaf etməsi üçün fikir, söz və mətbuat azadlığını birinci dərəcəli məsələ sayır və bu azadlıqların qanunla qorunmasının əhəmiyyətini önə çəkir. ”Təsadüfi deyil ki, Azərbaycan dövləti bununla bağlı qanunvericilik aktları formalaşdırıb. Azərbaycanda fikir, söz və mətbuat azadlığı mövcuddur. Azərbaycan qanunvericiliyində söz və mətbuat azadlığı o qədər dəqiq qoyulub ki, bizim KİV haqqında qanunumuz Avropa Şurasının ən ciddi ekspertizasından keçib. Bu sənəd nəinki MDB məkanında, hətta Avropada ən yaxşı qanunlardan biridir"- deyən professor Azərbaycandakı fikir, söz və məlumat azadlığını dövlətin siyasi kursunun və qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsi adlandırır. Lakin bununla yanaşı, hörmətli professor bu azadlıqların bəzi hallarda yan təsirlərinin də olduğunu təəssüflə qeyd edir. Bildirir ki, ümumiyyətlə, demokratik dövlətlərin söz, mətbuat, fikir azadlığı ilə bağlı formalaşdırdığı qanunvericilik bazası təkcə bu ixtisasa yiyələnən kadrların, mütəxəssislərin deyil, digər bir çox müxtəlif peşə sahiblərinin də mətbuata, televiziyaya, radioya axınına şərait yaradır ki, bu da bəzi hallarda sözügedən sahədə qeyri-peşəkarlığın qol-qanad açmasına gətirir və bu hal ölkə jurnalistikasından da yan keçməyib:”Xüsusi jurnalistika təhsili almayan bir çox mətbuat işçiləri tanıyırıq ki, onların mətbuatda məhsuldar və peşəkar yaradıcılığı heç bir mübahisə doğurmur. Lakin bununla belə, hər bir peşənin, ixtisasın xüsusi nəzəri modelləri, nəzəri aspektləri var ki, onlara mükəmməl bələd olmadan həmin sahədə uğur qazanmaq çətindir. Azərbaycanın jurnalistika məkanında KİV qanunvericiliyinin yaratdığı hüquqi imkanlara söykənərək fəaliyyət göstərən bir çox qəzetlərin redaksiyalarına qeyri-peşəkarların axınından doğan təcrübə sübut edir ki, peşənin nəzəriyyəsini bilmədən jurnalist olmaq xoşagəlməz nəticələrə gətirib çıxarır”.

Jurnalistikanı xüsusi elm sahəsi adlandıran professorun sözlərində böyük həqiqət payı var. Bu sahəyə bələd olan hər kəs təsdiq edər ki, Azərbaycanda mətbu orqan təsis etmək üçün uzun-uzadı bürokratik proseslərdən keçmək lazım gəlmir. O üzdən də istənilən sıravi vətəndaş zəruri hüquqi sənədləşmədən keçməklə özünə mətbu orqan yaradıb jurnalist cameəsinə qoşula bilir. Lakin dövlətimizin bizə verdiyi bu hüquqi azadlıq modeli bəzi hallarda qeyri-peşəkarların şantaj və qorxutmaqla pulqazanma vasitəsinə çevrilir ki, sonda bu da xoş olmayan nəticələrə gətirib çıxarır. Azərbaycan Mətbuat Şurasının “reket jurnalistika” adlandırdığımız bu tip təzahürlərə qarşı yaratdığı müvafiq komissiyanın apardığı ardıcıl mübarizə hələlik bu halların kökünü kəsə bilməsə də, onun qol-qanad açmasının qarşısını ciddi şəkildə aldığı faktdır. Bu mübarizə isə o zamana qədər səngiməyəcək ki, insanlar nəhayət ölkədə söz və fikir azadlığına açılan geniş imkanlardan sui-istifadənin yolverilməzliyini dərk edəcək, bu azadlığı doğru qiymətləndirib, yalnız “düzü-düz, əyrini-əyri” yazmaqla mükəlləf olduqlarını anlayacaq. Azərbaycan jurnalistikası intibah dövrünü də məhz o zaman yaşayacaq.

Samirə SƏFƏROVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ