Bazar ertəsi günü, 09 noyabr 2026
     

Minsk Qrupunda Avropa İttifaqının təmsilçiliyinə obyektiv tələbat güclənir

Image


Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçi dövlətlərin hələ də hansısa nailiyyət əldə edə bilməməsi ATƏT-in Minsk Qrupunun formatında dəyişikliklər edilməsini yenidən aktuallaşdırır. Bu xüsusda ilkin addım kimi ATƏT-in Minsk Qrupunda Fransanın Avropa İttifaqı ilə əvəz edilməsi hələ də zəruri hal sayılır.

Hesab olunur ki, məhz bu, Dağlıq Qarabağla bağlı danışıqların səmərəliliyini artıracaq. Nəzərə alaq ki, Fransa Qarabağ məsələsində qeyri-obyektiv mövqe tutur və bir neçə gün əvvəl Qarabağ separatçılarının lideri Bako Saakyanın bu ölkəyə “rəsmi səfər”inə şərait yaradıb. Ondan əvvəl isə Fransanın bir neçə bələdiyyə başçısının Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərləri reallaşdırılıb. Söhbət Alforvil, Valans, Sent-Etyen, Arnuvil bələdiyyə rəhbərlərindən gedir.

Yuxarıda qeyd olunduğu kimi, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biridir. Belə durumda, aydındır ki, Paris öz mandatına uyğun olaraq Qarabağ məsələsində tərəfsiz və obyektiv mövqe tutmalı, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün fəaliyyət göstərməlidir. Amma Fransa hazırda bunun əksinə olan bir mövqe sərgiləyir. Belə vəziyyət ATƏT-in Minsk Qrupunun üzvü kimi Fransanın beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edir. Məhz bu səbəbdən Fransanın Avropa İttifaqı ilə əvəzlənməsi zəruri tələb kimi çıxış edir.

Onu da qeyd edək ki, Azərbaycan Avropa İttifaqının Qarabağ məsələsində fəal olmasında maraqlıdır. Rəsmi Bakı dəfələrlə bildirib ki, Brüssel Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində daha fəallıq göstərməli və Cənubi Qafqaz kimi vacib regionda sülhün bərqərar olmasına kömək etməlidir. Bakı onu da bəyan edir ki, Azərbaycan münaqişənin həllində Avropa İttifaqından dəstək gözləyir. Bununla ilgili daha əvvəllər Azərbaycan hətta təklif də irəli sürüb ki, Avropa İttifaqının ATƏT-in Minsk Qrupunda özünün şəxsi nümayəndəsi olması vacibdir. Bildirilir ki, bu həm də münaqişənin həllində Avropa İttifaqının mövqeyinin güclənməsinə kömək edəcək. Bakı bunu həm də onunla əsaslandırır ki, Cənubi Qafqazda sülh olmadan Avropanın tam təhlükəsizliyindən söhbət gedə bilməz. ATƏT-in Minsk Qrupunda Fransanın indiki mövqeyi isə Avropa İttifaqının Minsk Qrupuna gətirilməsini aktuallaşdırır. Çünki bu təşkilat qəbul etdiyi qərar və qətnamələrdə Qarabağ məsələsinə yanaşmada obyektiv mövqe sərgiləyir. Elə Avropa İttifaqının Brüsseldə keçirilən son “Şərq Tərəfdaşlığı” sammitində də bu hal özünü qabarıq şəkildə büruzə verdi. Erməni tərəfinin əvvəlcədən bütün ciddi-cəhdlərinə baxmayaraq, burada Azərbaycanın ərazi bütövlüyü məsələsi sammitin sonunda qəbul edilən Birgə Bəyannamədə təsbit edildi.

Bir daha xatırladaq ki, sözügedən sənədin ikinci bəndində Avropa İttifaqının həmin proqram üzrə bütün tərəfdaşlarının ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməsi xüsusi qeyd edilir. Bəyannamədə bu xüsusda deyilir: “Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməyə dair öhdəliklərinə sadiqdir”. O da çox maraqlıdır ki, ermənilərin Dağlıq Qarabağ münaqişəsində indiyə qədər daim ön plana çəkdiyi millətlərin öz müqəddəratını təyin etməsi hüququ barədə Birgə Bəyannamədə bir kəlmə də olsun hansısa fikir yer almayıb. Əksinə, tərəfdaş dövlətlərin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi ön plana çəkilib. Bütün bunlardan aydın görünür ki, sözügedən

bəyannamədə Ermənistanın ümidlənə biləsi hansısa məqam yer almayıb. Digər tərəfdən nəzərə alaq ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına da istinad edilib. Barəsində bəhs olunan bu strategiyada kifayət qədər açıq mətnlə qeyd edilir ki, Avropa İttifaqı gələcəkdə də “Şərq Tərəfdaşlığı” ölkələrində mövcud münaqişələrin həllində iştirak edəcək, ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və münaqişələrin sülh yolu ilə həlli Avropa təhlükəsizliyinin aparıcı elementləri olacaq. Bu prinsiplər həm Avropa İttifaqı daxilində, həm də Avropa İttifaqı sərhədlərindən kənardakı ölkələrə tətbiq ediləcək. Elə buradan aydın şəkildə göründüyü kimi, bu strategiyada öz əksini tapan prinsiplər Azərbaycanın da maraqlarına cavab verir və Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığında başlıca prinsip kimi çıxış edir.

Avropa İttifaqı rəsmən onu da bəyan edir ki, münaqişələr beynəlxalq hüququn normaları çərçivəsində çözümünü tapmalıdır. Bu yanaşma da ölkəmiz üçün çox vacibdir. Çünki Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz beynəlxalq hüquq miüstəvsində həllini istəyir. Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn normaları çərçivəsində həlli o deməkdir ki, münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanmalıdır. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin heç bir şərt irəli sürülmədən işğal olunmuş əraziləri tamamilə tərk etməsi məsələsi öz əksini tapıb. Eyni zamanda, ATƏT-in, AŞPA-nın, Avropa İttifaqının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, NATO-nun da bu məsələ ilə bağlı müvafiq sənədləri var. Həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyü məsələsi öz əksini tapıb. Bu baxımdan “Şərq Tərəfdaşlığı” sammitində, Qarabağ konflikti də daxil olmaqla, digər münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinin ön plana çəkilməsi Azərbaycanın diplomatik uğuru sayılır.

Avropa İttifaqının tərkibində olan Avropa Komissiyasının Ticarət üzrə Baş Direktorluğu isə Avropa şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində kommersiya fəaliyyətinə tam qadağa qoyub. Xəbərdarlıqda deyilir: “Azərbaycan qanunvericiliyinə əsasən, Dağlıq Qarabağ və ya ətraf ərazilərdə birbaşa və ya filialları vasitəsilə kommersiya fəaliyyəti göstərən Avropa İttifaqı şirkətləri mülki və cinayət məsuliyyətinə cəlb olunma risqi daşıyır. Bu cür fəaliyyət Azərbaycanda həmin fəaliyyəti aparan fərdlər və müvafiq biznes barəsində cinayət təqibi və ya digər hüquqi tədbirlərin görülməsi ilə nəticələnə bilər; həmçinin gələcəkdə Azərbaycana səfər etmə imkanına təsir edə bilər“. İlk baxışdan da kifayət qədər aydın görünür ki, burada Azərbaycanın ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən ön planda yer alır.

Avropa Komissiyasının bu xəbərdarlığı Avropa İttifaqı fiziki və hüquqi şəxslərinin işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətinin qarşısının alınması ilə bağlı Azərbaycanın legitim tələblərinin yerinə yetirilməsi istiqamətində atılmış ilkin addımdır. Qeyd edək ki, Ermənistan-Azərbaycan münaqişəsi kontekstində Avropa İttifaqı tərəfindən Azərbaycanla bağlı siyasi qərarlar qəbul edilərkən qurumun Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsinin (EUSR) ofisinin rəyi əsas götürülür. EUSR öz fəaliyyətində Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinə hesabat verir və ondan tövsiyələr alır. Bu isə o deməkdir ki, harada dərc olunmasından asılı olmayaraq, yuxarıdakı xəbərdarlığa bütün Avropa İttifaqı üzvü ölkələri birmənalı şəkildə riayət etməlidir. Əcnəbi hüquqi və fiziki şəxslərin işğal olunmuş ərazilərdə qanunsuz iqtsadi-ticarət fəaliyyətindən çəkindərilməsinin vacibliyi ilə bağlı ölkəmizin üzv olduğu Avropa təsisatlarında aparılan müzakirələr zamanı yuxarıdakı xəbərdarlıqdan istifadə edilməsi prinsipial mövqeyimizin irəlilədilməsi istiqamətində yardımçı rol oynaya bilər.

Beləliklə, bütün bu yuxarıda qeyd edilənlər Azərbaycan üçün Avropa İttifaqının Minsk Qrupunda Fransanı əvəzləməsinin mühüm əhəmiiyyət kəsb etdyini göstərir. Bütün bunlar həm də Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni bir səhifəsini aça bilər. Avropa İitifaqı həmsədr olaraq Minsk Qrupunda Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ikili standart siyasətinə də son qoya bilər. Fransanın isə ermənipərəst mövqeyi heç kimə sirr deyil. Dəfələrlə rəsmi Paris işğalçı ölkənin tərəfində olduqlarını nümayiş etdirib. İndiki halda Qarabağ konfliktinin dinc müstəvidə həllinə nail olmaq və Ermənistanın münaqişənin həlli istiqamətində güzəştə getməsi üçün ona güclü təzyiq göstərilməsinə ehtiyac var. Fransa isə bu təzyiqi göstərmək niyyətində deyil. Amma Avropa İttifaqının əlində təzyiq üçün kifayət qədər mexanizm mövcuddur. Hələ bir müddət öncə məsələnin bu tərəfinə nəzər salan amerikalı politoloq Piter Teys çox maraqlı fikirlər səsləndirib: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu gün Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində həll edilməsinə ehtiyac duyulur. Bu gün Ermənistan hakimiyyəti cəbhə xəttində Azərbaycana qarşı təxribat həyata keçirir, amma İrəvanın özü ağır dövrünü yaşayır, iqtisadiyyatı çökmüş vəziyyətdədir. Məyusedicidir ki, beynəlxalq ictimaiyyət Ermənistanın hərbi təcavüzü nəticəsində meydana gələn Dağlıq Qarabağ münaqişəsinə diqqət yetirmir, bu səbəbdən münaqişə dünyada uzun müddət davam edən münaqişələrdən birinə çevrilib. Bundan başqa, Avropa İttifaqına üzv ölkələr Ermənistana Azərbaycanın suveren ərazilərini tərk edənə qədər iqtisadi təzyiq həyata keçirməlidir”.

Xatırladaq ki, mövcud Ermənistan hakimiyyəti Qərb dairələrindən olduqca asılıdır. Xüsusən də Rusiya ilə Ermənistanın münasibətlərinin kəskinləşməsi fonunda bu asılılıq daha da artır. Məhz bu durumda Avropa İttifaqının Ermənistana təsir imkanları daha da yüksəlir. Belə təsirin işə salınması isə Qarabağ münaqişəsinin həllinin tezləşməsi deməkdir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ