Bazar ertəsi günü, 09 noyabr 2026
     

Əli Həsənov İstanbul sammitində geniş məruzə ilə çıxış etdi - FOTO

Image


Noyabrın 26-da İstanbulda “Hər kəs üçün davamlı inkişaf və sülh” devizi ilə keçirilən 9-cu Boğaziçi Sammitinin rəsmi açılışı olub. Sammit Türkiyə Prezidentinin himayəsi altında fəaliyyət göstərən Beynəlxalq Əməkdaşlıq Platforması tərəfindən 2011-ci ildən etibarən hər il İstanbulda təşkil olunur. Tədbirdə yüzdən artıq ölkədən dəvət olunmuş dövlət və hökumət başçıları, rəsmi şəxslər, qeyri-hökumət təşkilatlarının, analitik mərkəzlərin və qlobal şirkətlərin rəhbərləri iştirak edirlər.

Beynəlxalq tədbir dünyanın müxtəlif ölkələri arasında iqtisadi, siyasi, diplomatik və enerji sahəsində əlaqələrin daha da dərinləşməsi, dövlətlər arasında müasir dövrün tələblərinə uyğun əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, bəşəriyyəti narahat edən məsələlərin həlli üçün birgə fəaliyyət mexanizmlərinin hazırlanması və digər bu kimi mühüm mövzuların müzakirə edildiyi platforma hesab olunur.

Builki Sammitin açılışında Makedoniya Prezidenti George İvanov, Şimali Kipr Türk Respublikasının Prezidenti Mustafa Akıncı, habelə Küveyt, İordaniya, Polşa, Rusiya, Qətər, Malayziya və dünyanın bir çox ölkəsindən rəsmi şəxslər, həmçinin keçmiş dövlət və hökumət rəhbərləri də iştirak ediblər.

Sammitdə Azərbaycanı təmsil edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək çox mühüm beynəlxalq əhəmiyyət daşıyan belə bir tədbirin təşkilinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyə dövlətinə təşəkkürünü bildirib.

Çıxışında dövrümüzün acı reallıqlarından bəhs edən Prezidentin köməkçisi bildirib ki, bəzi dövlətlər əməkdaşlıq şəraitində davamlı inkişafa nail olmaq yolunu deyil, əksinə, qəsb, işğal, silahlanma yolunu seçiblər: "Bu cür antihumanist siyasət hazırda Mərkəzi və Şimali Amerika sərhədlərindən Suriya və Türkiyə, Myanma və Banqladeş sərhədlərinədək bütün dünyanın geosiyasi məhvərindən keçir. Belə bir fəlakət artıq 30 ilə yaxındır ki, Cənubi Qafqazda da yaşanmaqdadır. Müstəqilliyimizin ilk illərində qonşu Ermənistanın yürütdüyü təcavüzkar siyasət, Azərbaycana qarşı heç bir tarixi və hüquqi əsası olmayan ərazi iddiaları bir milyondan çox vətəndaşımızın qaçqın və köçkünə çevrilməsinə, ərazimizin 20 faizinin işğalına səbəb olub. Həmin torpaqlarda qədim dini və tarixi abidələrin vəhşicəsinə darmadağın edilməsi ATƏT-in faktaraşdırıcı missiyası tərəfindən də təsdiq edilib. Dünyanın 10-dan çox ölkəsi və çoxsaylı beynəlxalq qurumlar azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımını tanıyıblar".

Əli Həsənov diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi bu gün yalnız Cənubi Qafqazdakı kövrək sülhü deyil, bütün Avropanın və dünyanın təhlükəsizliyini təhdid edir. Bunun kökündə beynəlxalq hüquqa, digər ölkələrin ərazi bütövlüyünə, səmavi dinlərin sülh çağırışlarına məhəl qoymamaq, böyüklük maniyası, dənizdən-dənizə ərazilərə sahiblənmək iddiası, bu iddianı reallaşdırmaq naminə hər cür saxtakarlığa və bəşəri cinayətə yol vermək amili durur.

“İşğal faktına baxmayaraq, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan nəinki öz dinamik inkişafını təmin edə bilib, həm də Avropanın və Yaxın Şərqin iqtisadi və mədəni inteqrasiyasında, Avropanın enerji təhlükəsizliyinin təminatında xüsusi rol oynayan ölkəyə çevrilib”, - deyən Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan dövlətinin öz tərəfdaşları ilə həyata keçirdiyi qlobal layihələr təkcə enerji təhlükəsizliyi və kommunikasiya layihələri deyil, onlar təhlükəsizliyin təmin edilməsinə böyük töhfə verir, qitələri biri-birinə birləşdirir, dünyanın geoiqtisadi xəritəsinin yenidən çəkilməsini şərtləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın təşəbbüsçüsü olduğu layihələrdən bütün iştirakçı dövlətlər, xüsusən qonşu ölkələr də faydalanmaqdadırlar. Elə bu yaxınlarda istifadəyə verilmiş “STAR Refinery” zavodunun həm Türkiyə, həm də Azərbaycan üçün gətirəcəyi faydanı xatırlamaq kifayətdir. Lakin orta əsr qəsbkarları kimi daha asan yolla, özgə torpaqlarını işğal etməklə varlanmaq istəyən cinayətkar Ermənistan rejimi bu gün regional təşəbbüslərdən təcrid olunub. Bu, belə də olmalıdır. İşğal yolu tutan hərbi xunta öz xalqına səadət deyil, yalnız fəlakət gətirə bilər ki, bu da Ermənistanın timsalında öz təsdiqini bir daha tapır.

Azərbaycanın bölgədəki sülhyaratma əməliyyatlarında fəallığı ilə seçildiyini vurğulayan Əli Həsənov qeyd edib ki, ölkəmiz NATO-nun, Avropa İttifaqının, ATƏT-in, MDB-nin əməkdaşlıq proqramlarının fəal iştirakçısıdır. Azərbaycan işğalçı Ermənistan istisna olunmaqla, bütün qonşularla ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarında işbirliyini inkişaf etdirir. Əlbəttə, ərazi bütövlüyümüzə hərbi təcavüz olmasaydı və ölkəmizin maddi, insani resursları işğalın aradan qaldırılmasına yönəldilməsəydi, indi həm Azərbaycanın, həm də bölgənin inkişafı başqa bir səviyyədə olardı.

“Biz elə bir bölgə, elə bir dünya arzusundayıq ki, eyni coğrafiyanı, eyni və ya yaxın mədəniyyətləri bölüşən insanlar mühacirət yolu seçməyə məhkum olmasınlar, öz tarixi torpaqlarında qalsınlar, yaşayıb inkişaf etsinlər”, - deyən Prezidentin köməkçisi bildirib ki, bunun üçün hər kəs özündə təcavüzkara “dur” demək cəsarəti tapmalı, bu istiqamətdə irəli sürülən bütün təşəbbüslər dəstəklənməli, səylər birləşdirilməlidir. Bu baxımdan 9 ildir Boğaziçi Zirvəsi hər kəs üçün davamlı inkişafa, sülh axtarışlarına öz töhfəsini verir. Türkiyənin münaqişələrin həllində, bölgədə davamlı sülhün bərpasında çox böyük zəhməti var. Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə dünyanın mühüm geosiyasi aktoruna çevrilmiş Türkiyə dövlətinin yürütdüyü siyasət, keçirdiyi sülhyaratma əməliyyatları, apardığı gərgin diplomatik mübarizə bölgədəki münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin ədalətli həllinə yönəlmiş böyük fəaliyyətdir. Bu işdə qardaş Türkiyəyə uğurlar arzu edirik.

Sonra çıxış edən Makedoniyanın Prezidenti George İvanov və Polşa hökumətinin keçmiş üzvü Jacek Rostovski İkinci Dünya müharibəsindən ötən dövrdə Avropada yaşanan siyasi-iqtisadi problemlərdən bəhs ediblər. Diqqətə çatdırılıb ki, dünyadakı bütün münaqişə və qarşıdurmalar bu və ya digər formada Avropa ölkələrinə mənfi təsir göstərir. Dünyada sülh və inkişafa nail olmaq üçün bu problemlərdən yaxa qurtarmaq vacibdir.

Türkiyənin Avropa İttifaqı məsələləri üzrə sabiq naziri Egemen Baxış qeyd edib ki, mövcud münaqişələr, dövlətlərin ərazi bütövlüyünə qəsd müasir dünyanın başlıca humanitar problemləridir. Çünki bu problemlərdən ən çox əziyyət çəkən dinc insanlardır. Mövcud münaqişələrin həll olunmaması sülh ümidlərinə zərbə vurur.

Yaxın Şərq probleminin olduqca təhlükəli mərhələyə çatdığını vurğulayan İordaniya Senatının sədri Faisal əl-Fayez qeyd edib ki, İordaniya sülh və inkişaf tərəfdarıdır. O bildirib ki, Suriyada vətəndaş müharibəsi bölgə ölkələri arasında ticarət əlaqələrinə zərbə vurub. Bölgədəki humanitar böhran tezliklə həllini tapmazsa münaqişə yalnız qonşuların ərazisinə yox, uzaq ölkələrə də sıçraya bilər.

Rusiya-Türkiyə iqtisadi əlaqələrinin bölgənin inkişafına töhfəsindən danışan Rusiya Federasiyasının Çeçenistan Respublikasının Baş naziri Muslim Huçiev ölkəsinin iqtisadi potensialı və sərmayə mühiti barədə geniş məlumat verib. Baş nazir əminliklə bildirib ki, Çeçenistana sərmayə yatırmaq istəyən türkiyəli iş adamları bunun yaxşı bəhrəsini görə bilərlər.

Türkiyədə istehsal və tədarük olunan məhsulların xarici bazarlarda sürətlə artdığını diqqətə çatdıran Türkiyə İxracatçılar Məclisinin sədri İsmayıl Güllə bildirib ki, ixracatçılar üçün qısa və təhlükəsiz yol axtarışı müasir dünya iqtisadiyyatında ən mühüm məsələdir. Bu mənada Bakı-Tbilisi-Qars dəmir yolu xətti və İstanbul Hava Limanı Avrasiya məkanında iqtisadi münasibətlər üçün yeni üfüqlər açır. Lakin bundan da irəlidə olan sülh və sabitliyin mövcudluğudur.

Bütün qonaqlara Boğaziçi Sammitində iştiraka görə təşəkkürünü ifadə edən Beynəlxalq Əməkdaşlıq Platformasının qurucusu Cengiz Özgengcil əmin olduğunu bildirib ki, müzakirə edilən məsələlər sülhsevər dünya ictimaiyyəti tərəfindən maraqla qarşılanacaq.

Çıxışçılar sülh, sabitlik və inkişafın yollarına dair fikir və mülahizələrini bölüşüblər. Diqqətə çatdırılıb ki, müasir dünyada qlobal iqtisadiyyatın başlıca problemi münaqişə və qarşıdurmalardır. Qeyd olunub ki, münaqişə və qarşıdurmalar cəmiyyətlərin inkişafında ən pozucu amildir. Davamlı sülhə nail olmaq üçün istənilən zəmində əsassız iddialardan əl çəkmək lazımdır.

Sammit işini noyabrın 28-dək “Hər kəs üçün inkişafa beynəlxalq təhdid: Ticarət müharibələri”, “Yeni istiqamətlər axtaran dünyada dayanıqlı gələcəyin şifrələri”, “Dünyanın idarə olunmasında dəyişiklik ehtiyacı”, “Sülh üçün müdafiə və təhlükəsizlik”, “Gələcəyin texnologiyalarına doğru”, “İqtisadi inkişafın təşkilində medianın rolu” və digər mövzularda “dəyirmi masa”lar və panellərlə davam etdirəcək.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Sammit çərçivəsində Azərbaycanın və xarici ölkələrin KİV-lərinə müsahibə verib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ