Bazar günü günü, 15 noyabr 2026
     

Prezidentlərin 15 oktyabr Cenevrə görüşündən sonra Ermənistan torpaqlarımızdan çıxmağa başlayacaq

Image


Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu gün xüsusi diqqət mərkəzində saxlanan hadisələrdən biri də  Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün nə vaxt reallaşacağıdır. Çünki məhz bu görüşdən sonra konfliktin sülh, yoxsa hərb müstəvisində çözüləcəyi daha dəqiq bəlli olacaq.

Qeyd edək ki, regiona son səfərlərindən sonra da Minsk Qrupunun həmsədrləri prezidentlərin görüşünün tezliklə baş tutacağını bildirmişdilər. Elə bundan sonra görüşün MDB dövlət başçılarının Soçidə keçirilən sammiti çərçivəsində baş tutacağı proqonozlaşdırılırdı. Amma bu reallaşmadı. İndi isə yayılan məlumatlara görə, dövlət başçılarının görüşü gələn həftə Cenevrədə baş tutacaq. Artıq erməni tərəfi bu məlumatı təsdiqləyib. Ermənistanın hakim Respublika partiyasının sədr müavini Armen Aşotyan Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə görüşəcəyini təsdiqləyib. Azərbaycan Xarici İşlər Nazirliyi də bildirir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da İsveçrənin Cenevrə şəhərində görüşü keçiriləcək.

İndi maraq doğuran başlıca məqam bu görüşün hansı nəticələrlə yekunlaşacağıdır. İlk növbədə ona görə ki, Azərbaycan nəticəsi olmayan görüşdə iştirakda maraqlı olmadığını ən yüksək səviyyədə bəyan edib. Bu da o anlama gəlir ki, Azərbaycan dövlət başçısı nəticəsinə əmin olduğu görüşə qatılır.  Amma o da məsələnin başqa tərəfidir ki, Ermənistan rəhbərliyi çox vaxt əldə olunan razılıqları sonradan yerinə yetirməkdən imtina edir. İndi bu fonda demək olar ki, Azərbaycan Ermənistana müəyyən bir şans da verir. Yeni görüşdən sonra düşmən tərəf Qarabağ konfliktinin həlli istiqamətində əməli addım atmasa, ötən ilin apreli ilə müqayisədə daha genişmiqyaslı və qanlı savaşın başlaması qaçılmaz olacaq. Bunu erməni tərəfində də yaxşı bilirlər. Hətta fikirlər səslənir ki, prezidentlərin danışıqlarından sonra İrəvan zəbt olunmuş Azərbaycan ərazilərinin tədricən boşaldılması prosesinə start verəcək. Erməni siyasi şərhçi Sarkis Artsruni bildirir ki, Bakının İrəvana təzyiqləri əhəmiyyətli dərəcədə artıb və o, bu prosesə uğurlu bir şəkildə Rusiyanı da cəlb edib: “Prezidentlərin növbəti görüşü zamanı Rusiya faktoru Ermənistanın lehinə olmayan bir müstəvidən özünü qabarıq formada göstərəcək. Ermənistan hakimiyyəti hələ də  bunu bilə-bilə Rusiya qarşısında boyun əyir. Belə demək mümkünsə, Serj Sarkisyan növbəti görüşə təslim olmağa gedir”.
Digər erməni siyasi şərhçi Aram Amatuni isə yazır ki, əsas məsələ “kim güzəştə getdi” sualıdır. Onun sözlərinə görə, Ermənistan “atəşkəsə nəzarət mexanizmi”ni danışıqlara başlamaq üçün ilkin şərt kimi irəli sürürdü: “Lakin indi prezidentlərin görüşə hazırlaşdığı vaxtda heç kim bu haqda danışmır. Bu da “kim güzəştə getdi” sualını yaradır. İrəvanda siyasi təbliğatçılar Azərbaycanın güzəştə getdiyini israrla bildirirlər, hərçənd, bu inandırıcı deyil və inandırıcı olması üçün kiçik arqument belə yoxdur. Əslində, bütün bu təbliğat Ermənistanın geri çəkildiyini ört-basdır etməyə hesablanıb”. O, həm də Dağlıq Qarabağ cəbhəsində güclü silahlanmanın getdiyini qeyd edib: “Azərbaycan ordunu hər keçən gün daha güclü və hazır vəziyyətə gətirir. Bu da Ermənistan üzərində böyük təzyiq deməkdir. Beynəlxalq ekspertlər hesab edirlər ki, yaxın günlərdə danışıqlarda hər hansı tərpəniş olmasa, bu, regionda böyük risklər yaradacaq. İndiki məqamda görünən odur ki, prezidentlərin harada görüşməsinin o qədər də əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan budur ki, danışıqlar “Madrid prinsipləri” əsasında hazırlanır”. “Madrid prinsipləri” isə mərhəhəli şəkildə Azərbaycan ərazilərinin işğaldan azad olunmasını nəzərdə tutur.

Aram Amatuni bildirir ki, cəbhədə son gərgin vəziyyət erməni hakimiyyətinin siyasi oyunlarına hesablanıb və Serj Sarkisyan yenə diqqəti daxili problemlərdən yayındırmağa çalışır: “Ölkədə ictimai-iqtisadi problemlər var, eləcə də hökumət daxilində mübarizə qızışır. Təcrübə göstərir ki, bu, Sarkisyan üçün təbii hadisədir. Lakin o öz hakimiyyətini qorumaq üçün təkcə daxili yox, xarici faktorları da nəzərə almalıdır. İndiki məqamda danışıqlar masasında əyləşmək hər şeydən öncə Sarkisyanın hakimiyyəti üçün daxildə müəyyən təhlükələr yarada bilər. Amma o, kənardan, xüsusən də Rusiyadan gələn təhlükənin daha böyük olduğunu anlayır. Cəbhədə bu mənada vəziyyəti gərginləşdirməklə daxildə göstərmək istəyir ki, Qarabağ münaqişəsi yenidən qızışa bilər. Erməni cəmiyyəti isə yeni müharibənin onlar üçün nə demək olduğunu yaxşı bilir. Sarksiyan da bunu yaxşı bildyindən, görüş ərəfəsi cəbhədə vəziyyəti gərginləşdirir, amma aydındır ki, görüşdə güclü Azərbaycana güzəştlərə gedəcək. Çünki bu istiqamətdə ona təyziqlər güclüdür, xüsusən də Rusiya tərəfdən”.
Erməni şərhçinin dediklərindən o da  anlaşılır ki, Sarkisyan həm də müharibə qorxusuna görə danışıqlara qatılır. Əks halda Azərbaycanın güc variantına əl atacağı reallığını yaxşı bilir ki, bu da, bütün ermənilər kimi, Sarkisyanı da çox qorxudur. Başqa bir tərəfdən, qeyd olunduğu kimi, Moskva da artıq Qarabağ danışıqlarında müəyyən yeniliklərin, irəliləyişin olmasında maraqlı tərəf qismində çıxış edir. Düzdür, Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi olduğunu heç vaxt gizlətmir. Hətta yayılan məlumatlara görə, Rusiya İrəvana 100 milyon dollar həcmində müdafiə krediti ayırmaqla bağlı yeni qərar verib. Kredit 15 il müddətinə illik 3%-lə verilir. Onun istifadə müddəti 2018-2022-ci illər arasında olacaq. Ancaq bu, Ermənistana  hansısa üstünlük qazandırmır. İlk növbədə ona görə ki, göstərilən məbləğə 4 il ərzində alınacaq silahlar hansısa həlledici əhəmiyyətə malik deyil və özü də ruslar ermənilərə, adətən köhnə, istifadədən çıxarılmış silahlar satır. Digər tərəfdən, Rusiya üçün Azərbaycan kifayət qədər önəmli bir tərəfdaş, Ermənistan sadəcə forpostdur. Elə bu səbəbdən Azərbaycanla bağların daha da güclənməsinin Qarabağ məsələsinin həllindən keçdiyini Rusiyada yaxşı bilirlər. Moskva onu da aydın görür ki, Ermənistan onun iradəsinə qarşı gəlmək iqtidarında deyil.  

Üstəlik, indi Qərb dünyasında da Ermənistana birmənalı münasibət sərgilənmir. Erməni mediası da etiraf edir ki, Azərbaycan ABŞ və Avropada Ermənistanın mövqeyini əhəmiyyətli dərəcədə sarsıda bilib. Bu səbəbdən Qərbdə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair çağrışlar artıb. Yeri gəlmişkən qeyd edək ki, ABŞ-ın məşhur “News Blaze” nəşrində amerikalı jurnalist Nurit Qrinqerin bu xüsusda maraqlı bir yazısı dərc edilib. Münaqişənin tarixi və onun həlli istiqamətində davam edən danışıqlardan söz açan xanım Qrinqer yazır ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan müzakirələr hələ də sülh sazişinin bağlanmasına gətirib çıxarmayıb: ”Təəssüf ki, Ermənistan istənilən ağıllı danışığa qərəzli yanaşır və danışıqları qulaqardına vurur. Ermənistan silahlı birləşmələri işğal edilmiş Dağlıq Qarabağda hər gün qoşunların təmas xəttini atəşə tutur. Ermənistan münaqişəni uzatmağa çalışır və daim Azərbaycanı hərbi əməliyyatların gərginləşməsinə təhrik edir. Buna misal olaraq, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin dördgünlük müharibəni qızışdırmasını, nəticədə Azərbaycan ordusunun strateji yüksəkliyi azad etməsini və məcburi köçkünlərin Cocuq Mərcanlıya təhlükəsiz qayıdışını təmin etməsini göstərmək olar. Bu müharibə nəticəsində Azərbaycan qoşunları Lələtəpə yüksəkliyinə nəzarəti bərpa edib. Bu, cəbhə xəttini Cocuq Mərcanlıdan bilavasitə ayırmağa və kəndə təhlükəsiz yolu təmin etməyə imkan verib. Nəticədə məcburi köçkünlər 23 il əvvəl dağıdılmış evlərinə ilk dəfə gedə bilib”. Münaqişənin hüquqi aspektlərindən bəhs edən Qrinqer yazır ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanın öz qoşunlarını Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarmasını tələb edən dörd qətnaməsi mövcuddur. O vurğulayır ki, Azərbaycan ordusu 1993-cü ildə olduğundan xeyli güclüdür və öz torpaqlarının hər qarışını geri qaytara bilər. Bu səbəbdən vurğulanır ki, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazisindən dinc yolla çıxarsa, daha uduşlu mövqedə olar. Bunun üçün Ermənistana beynəlxalq miqyasda təzyiq göstərilməli olması da xüsusi vurğulanır.

Eyni mövqe amerikalı politoloq Piter Teys  tərəfindən də sərgilənir. Ekspert bildirir ki, Ermənistan hələ də beynəlxalq qanunları pozmağa davam edir: “Ermənistan hökuməti status-kvonu qorumağa çalışır, beynəlxalq və humanitar qanunları pozmağa davam edir, daim günahsız vətəndaşlara və Azərbaycanın mədəni dəyərlərinə qarşı dəhşətli addımlar atır“. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ikitərəfli və çoxtərəfli səviyyədə keçirilən görüşlər konkret nəticə verməyib, ATƏT-in Minsk Qrupu isə faktiki olaraq vaxt və resurs itkisinə səbəb olur: “Avropa İttifaqı (Aİ), NATO və ABŞ Ermənistanın indiki hökumətinə daha çox təzyiq göstərməlidir ki, onlar dərhal öz qoşunlarını Azərbaycanın suveren ərazisindən geri çəksinlər. Ermənistan tərəfinin atəşkəs rejimini daim pozması təcrübəsi Azərbaycanın suverenliyinin pozulmasını aydın nümayiş etdirən göstəricidir və bu bizi ötən əsrin 30-cu illərində faşist İtaliyasının Efiopiya və Eritreyanı işğal etdiyi günlərə aparır. Ermənistan beynəlxalq hüquqa hörmət etmir və İrəvanın siyasəti təkcə Qafqazın yox, həm də bütövlükdə Avropanın iqtisadi inkişafına əsas maneədir“.

Beləliklə, səslənən fikirlərdən aydın görünür ki, həm Rusiyada, həm də Qərbdə Qarabağ məsələsi ilə bağlı  Ermənistana qarşı gedərək sərt münasibət mövqeyi tutulur. Aydındır ki, bu hal prezidentlərin qarşıdan gələn görüşünə də öz təsirini göstərəcək. Azərbaycan bu görüşə kifayət qədər güclənmiş bir vəziyyətdə getdiyi halda, Ermənistanda bunun tam əksi müşahidə olunur. Azərbaycana beynəlxalq dəstəyin güclənməsi fonunda Ermənistanda yenə tamam əks vəziyyətdir. Aydındır ki, bütün bunlar danışıqların gediş və nəticəsinə də təsirsiz ötüşmür.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ