Bazar günü günü, 10 may 2026
     

Ba­kı­nın iş­ğal­dan azad edil­mə­sin­də ro­lu olan Qaf­qaz İs­lam Or­du­su­nun azər­bay­can­çı­lı­ğa töh­fə­si...

Image


15 sentyabr döv­lət­çi­lik ta­ri­xi­mi­zə Ba­kı­nın rus və er­mə­ni-daş­nak qüv­və­lə­rin­dən azad edil­di­yi gün ki­mi da­xil olub. 98 il bun­dan əv­vəl Ba­kı­nın qur­tu­luş gü­nü olub. Bi­li­rik ki, 1918-ci il­də Azər­bay­can xal­qı­nın ba­şı­na çox mü­si­bət­lər gə­lib. Xal­qı­mı­za qar­şı daş­nak ide­o­loq­la­rı­nın əli ilə hə­ya­ta ke­çi­ri­lən növ­bə­ti qır­ğın bö­yük fə­la­kət­lər­lə nə­ti­cə­lə­nib. 

Ba­kı­nın iş­ğal­dan azad edil­mə­sin­dən 98 il öt­dü. Mə­lum­dur ki, 1918-ci il sentyab­rın 15-də Qaf­qaz İs­lam Or­du­su Nu­ru pa­şa­nın ko­man­dan­lı­ğı al­tın­da Ba­kı­nı bol­şe­vik-daş­nak bir­ləş­mə­lə­ri­nin iş­ğa­lın­dan azad edib. Onu da vur­ğu­la­yaq ki, Nu­ru pa­şa­nın rəh­bər­lik et­di­yi Qaf­qaz İs­lam Or­du­su hər­bi əmə­liy­yat­lar­da 1130 şə­hid ve­rib.

Pro­fes­sor, mil­lət və­ki­li Mu­sa Qa­sım­lı bu ba­rə­də mət­bu­a­ta de­yib ki, Qaf­qaz İs­lam Or­du­su tə­rə­fin­dən Ba­kı­nın ya­del­li qüv­və­lər­dən azad edil­mə­si Azər­bay­can ta­ri­xi­nin, Azər­bay­can-Tür­ki­yə qar­daş­lı­ğı­nın ən mü­hüm və şə­rəf­li sə­hi­fə­lə­rin­dən bi­ri­dir.

Azər­bay­can müs­tə­qil­lik əl­də et­dik­dən son­ra ta­ri­xin qa­ran­lıq qat­la­rı­na işıq düş­dü. Azər­bay­can ta­rix­şü­nas­lı­ğı­nın qar­şı­sın­da ye­ni mə­sə­lə­lər dur­du-ta­ri­xi­mi­zi ye­ni­dən öy­rən­mək, yaz­maq... Azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı­nın əsas da­şı­yı­cı­la­rın­dan olan ta­rix el­mi Azər­bay­can ta­ri­xi­nə ye­ni ba­xış sər­gi­lə­di. 1918-ci il­də baş ve­rən Ba­kı qır­ğı­nı­na, elə­cə də Ba­kı­nın er­mə­ni daş­nak­la­rın­dan azad edil­mə­si­nə əsl mü­na­si­bə­ti­ni gös­tər­di. Təd­qi­qat­lar sa­yə­sin­də or­ta­ya bir sı­ra faktlar çı­xa­rıl­dı.

Ta­rix­çi-alim Mu­sa Qa­sım­lı Ba­kı­nın iş­ğal­dan azad olun­ma­sı­nın Azər­bay­can is­tiq­la­lı­nın elan edil­mə­si qə­dər əhə­miy­yət­li ol­du­ğu­nu de­yir: "No­yab­rın əv­vəl­lə­rin­də Şa­um­yan baş­da ol­maq­la bol­şe­vik­lər Ba­kı­da ha­ki­miy­yət qur­sa­lar da, bu, re­al gü­cə ma­lik de­yil­di. Bol­şe­vik­lər an­ti-Azər­bay­can si­ya­sə­ti ye­ri­dir­di. Ha­ki­miy­yət­lə­ri­ni möh­kəm­lən­dir­mək­dən öt­rü türk-mü­səl­man əha­li­si­nə qar­şı soy­qı­rım­la­ra baş­la­mış­dı. Ba­kı So­ve­ti­nin əsas məq­səd­lə­rin­dən bi­ri Ba­kı nef­ti­ni əl­də sax­la­maq idi. Ona gö­rə də Azər­bay­can əra­zi­lə­rin­də küt­lə­vi qır­ğın­lar tö­rət­di­lər. 1918-ci ilin mar­tın­da bu qır­ğın­la­rın pik nöq­tə­si baş­la­mış­dı".

M.Qa­sım­lı, həm­çi­nin, qeyd edib ki, bol­şe­vik­lə­rin si­lah­lı dəs­tə­lə­ri Azər­bay­ca­nın qərb ra­yon­la­rı­nı öz tə­sir­lə­ri al­tı­na al­maq üçün ge­niş­miq­yas­lı əmə­liy­yat­lar apa­rır­dı: "Şa­ma­xı is­ti­qa­mə­tin­də irə­li­lə­yən bol­şe­vik-daş­nak­lar yol­la­rı­na çı­xan  bü­tün Azər­bay­can kəndlə­ri­ni ça­pıb-ta­la­yır, dinc əha­li­yə zülm edir­di­lər. Be­lə bir və­ziy­yət­də Nu­ru pa­şa­nın ko­man­dan­lıq et­di­yi Qaf­qaz İs­lam Or­du­su Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti­nin kö­mə­yi­nə gə­lir. Qaf­qaz İs­lam Or­du­su Azər­bay­ca­nın ye­ni təş­kil olu­nan Mil­li Or­du­su ilə bir­gə Göy­çay ya­xın­lı­ğın­da bol­şe­vik-daş­nak bir­ləş­mə­lə­ri­ni məğ­lub edə­rək Ba­kı­ya doğ­ru irə­li­lə­yir. Pay­tax­ta doğ­ru bir ne­çə is­ti­qa­mət­də hə­rə­kət edən or­du bir­ləş­mə­lə­ri Şa­ma­xı, Kür­də­mir və di­gər ya­şa­yış mən­tə­qə­lə­ri­ni iş­ğal­dan azad edir. 1918-ci il sentyab­rın 15-də isə Nu­ru pa­şa­nın rəh­bər­lik et­di­yi Qaf­qaz İs­lam Or­du­su və Azər­bay­can Kor­pu­su Ba­kı­ya da­xil ola­raq şə­hə­ri er­mə­ni-bol­şe­vik iş­ğa­lın­dan azad edir. Qaf­qaz İs­lam Or­du­su Ba­kı­nın azad olun­ma­sı üçün hə­ya­ta ke­çir­dik­lə­ri hər­bi əmə­liy­yat­lar­da çox­lu say­da şə­hid ve­rir".

Pro­fes­so­run söz­lə­ri­nə gö­rə, Ba­kı­nın iş­ğal­dan azad edil­mə­si Azər­bay­can döv­lət­çi­li­yi üçün ən bö­yük töh­fə­dir: "Qaf­qaz İs­lam Or­du­su­nun Ba­kı­nı bol­şe­vik-daş­nak iş­ğa­lın­dan azad et­mə­si şə­hər­də əsl bay­ra­ma sə­bəb olur. Məş­hur mil­yon­çu və xey­riy­yə­çi Ha­cı Zey­na­lab­din Ta­ğı­yev bu or­du­nun şə­rə­fi­nə tən­tə­nə­li zi­ya­fət təş­kil edir. Zi­ya­fət in­di­ki Döv­lət Fi­lar­mo­ni­ya­sı­nın bi­na­sın­da ke­çi­ri­lir. Ha­cı Zey­na­lab­din Ta­ğı­yev türk or­du­su­nun ko­man­da­nı Nu­ru pa­şa­ya və onun qəh­rə­man sər­kər­də­lə­ri­nə hə­diy­yə­lər təq­dim edir. Ta­ri­xi qə­lə­bə­dən son­ra Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti hö­ku­mə­ti­nin pay­tax­tı sentyab­rın 17-də Gən­cə şə­hə­rin­dən Ba­kı­ya kö­çü­rü­lür. Şə­hər azad edi­lən­dən son­ra, ir­qin­dən, di­nin­dən, di­lin­dən, mil­lə­tin­dən ası­lı ol­ma­ya­raq, bü­tün in­san­la­ra bə­ra­bər mü­na­si­bət bəs­lə­nir. Si­lah­lar yı­ğı­lır, şə­hər­də qay­da-qa­nun bər­pa edi­lir, dü­kan-ba­zar iş­lə­mə­yə baş­la­yır".

Ta­rix­çi­lər vur­ğu­la­yır ki, Ba­kı­nın azad edil­mə­si ta­ri­xi tə­sa­dü­fi se­çil­mə­yib. Bil­di­ri­lə­nə gö­rə, sentyab­rın 15-də Qur­ban bay­ra­mı qeyd edi­lir­di. Tür­ki­yə­nin mü­da­fiə na­zi­ri Ən­vər pa­şa Ba­kı­nın bu ta­ri­xə qə­dər azad edil­mə­si gös­tə­ri­şi ver­miş­di ki, mü­səl­man­lar bay­ra­mı öz şə­hər­lə­rin­də qeyd et­sin­lər.

1918-ci il sentyab­rın 15-də Qaf­qaz İs­lam Or­du­su­nun Ba­kı­nı xa­ri­ci qo­şun­lar­dan azad et­mə­si türk xalqla­rı­nın ta­ri­xi­nin şan­lı sə­hi­fə­lə­rin­dən­dir.

Təd­qi­qat­çı­lar ya­zır ki, 1918-ci il ma­yın son­la­rın­da Za­qaf­qa­zi­ya Sey­mi da­ğıl­mış, ma­yın 28-də Azər­bay­can müs­tə­qil­li­yi­ni elan et­miş­di. Hə­min vaxt Azər­bay­can De­mok­ra­tik Res­pub­li­ka­sı­nı (ADR) ta­nı­yan ilk döv­lət Tür­ki­yə ol­du. Təd­qi­qat­çı­lar ya­zır ki, müs­tə­qil­li­yi­ni elan et­dik­dən son­ra ADR-in pay­taxt mə­sə­lə­si gün­də­mə gəl­di. O za­man Ba­kı iş­ğal al­tın­da ol­du­ğun­dan, mil­li hö­ku­mə­tin mü­vəq­qə­ti ola­raq Gən­cə­də fə­a­liy­yə­tə baş­la­ma­sı ba­rə­də qə­rar qə­bul edil­di. Mil­li hö­ku­mə­tin ix­ti­ya­rın­da cə­mi 600 nə­fər­lik hər­bi qüv­və­nin ol­ma­sı Gən­cə­ni iş­ğal­çı­lar­dan azad et­mə­yə im­kan ver­mir­di. Be­lə bir ağır və­ziy­yət­də Azər­bay­can mil­li hö­ku­mə­ti­nin kö­mək is­tə­yə bi­lə­cə­yi ye­ga­nə döv­lət Tür­ki­yə idi. Və be­lə bir kö­mək üçün qar­daş döv­lə­tə mü­ra­ci­ət edil­di. 1918-ci il ma­yın so­nun­da Tür­ki­yə­nin hər­bi na­zi­ri və ali baş ko­man­dan mü­a­vi­ni Ən­vər pa­şa bu xa­hiş­lə­ri nə­zə­rə ala­raq öz qar­da­şı Nu­ru pa­şa­ya rəh­bə­ri ol­du­ğu hər­bi his­sə­lər­lə bir­lik­də Təb­riz ət­ra­fın­dan Gən­cə­yə doğ­ru hə­rə­kət et­mək ba­rə­də əmr ver­di. Ma­yın 28-dən əv­vəl türk or­du his­sə­lə­ri­nin Gən­cə­yə gir­mə­si Azər­bay­can hö­ku­mə­ti­nin şə­hə­rə da­xil ol­ma­sı üçün zə­min ya­rat­dı. Ta­rix­çi­lər ya­zır ki, mü­vəq­qə­ti ola­raq Gən­cə­də yer­lə­şən mil­li hö­ku­mə­tin qar­şı­sın­da du­ran baş­lı­ca məq­səd isə pay­taxt Ba­kı­nı iş­ğal­çı­lar­dan azad et­mək idi.

Bil­di­ri­lə­nə gö­rə, 1918-ci il iyu­nun 4-də Azər­bay­can hö­ku­mə­ti ilə Os­man­lı döv­lə­ti ara­sın­da "Qar­şı­lıq­lı yar­dım və dostluq haq­qın­da" mü­qa­vi­lə im­za­lan­dı. Hə­min mü­qa­vi­lə­nin 4-cü bən­di­nə əsa­sən, Os­man­lı hö­ku­mə­ti eh­ti­yac ol­du­ğu hal­da Azər­bay­ca­na hər­bi yar­dım gös­tər­mə­yi öh­də­si­nə gö­tür­müş­dü.

Nu­ru pa­şa­nın rəh­bər­lik et­di­yi Qaf­qaz İs­lam Or­du­su­nun Ba­kı­ya doğ­ru irə­li­lə­mə­si Azər­bay­can pay­tax­tı­na göz di­kən ya­del­li qüv­və­lə­rə ra­hat­lıq ver­mir­di. Bu or­du­nun tər­ki­bi­ni Os­man­lı və Azər­bay­can türklə­ri təş­kil edir­di. O döv­rə aid ta­ri­xi mən­bə­lə­rin mə­lu­ma­tı­na gö­rə, Ba­kı iş­ğal­dan azad edi­lə­nə­dək  bir ne­çə də­fə ya­del­li qüv­və­lər tə­rə­fin­dən əl­dən-ələ keç­miş­di. 1918-ci ilin iyu­lun­da Ba­kı­da Xalq Ko­mis­sar­la­rı So­ve­ti if­la­sa uğ­ra­dı. Bu hə­min hö­ku­mət idi ki, onun vax­tın­da Ba­kı və ət­raf əra­zi­lər­də er­mə­ni­lər tə­rə­fin­dən Azər­bay­can türklə­ri­nə qar­şı ağ­la­sığ­maz soy­qı­rım si­ya­sə­ti hə­ya­ta ke­çi­ril­miş­di. Soy­qı­rı­mın hə­ya­ta ke­çi­ril­mə­sin­də bol­şe­vik hö­ku­mə­ti­nə rəh­bər­lik edən Ste­pan Şa­um­ya­nın xü­su­si ro­lu ol­muş­du.

Ta­rix­çi Mu­sa Qa­sım­lı qeyd edir ki, 1918-ci ilin av­qus­tun­da Denster­vi­lin ko­man­dan­lıq et­di­yi in­gi­lis qo­şun­la­rı Ba­kı­nı zəbt et­di və şə­hər­də Sentro­kas­pi ad­lı hö­ku­mət qu­rul­du: "Sentro­kas­pi­nin hə­ya­ta ke­çir­di­yi si­ya­sət ma­hiy­yət eti­ba­ri­lə Ba­kı Xalq Ko­mis­sar­la­rı So­ve­ti ki­mi an­ti-Azər­bay­can xa­rak­te­ri da­şı­yır­dı. Çün­ki Ba­kı nef­ti­nə sa­hib çıx­maq, Xə­zər də­ni­zi­ni ələ ke­çir­mək, Mər­kə­zi Asi­ya­ya ge­dən yo­la nə­za­rət et­mək niy­yə­ti gü­dən bu hö­ku­mət er­mə­ni­lə­rə və di­gər yad qüv­və­lə­rə ar­xa­la­nır­dı".

M.Qa­sım­lı­nın söz­lə­ri­nə gö­rə, Ba­kı uğ­run­da mü­ba­ri­zə apa­ran yal­nız Sentro­kas­pi de­yil­di, Ru­si­ya­da­kı bol­şe­vik hö­ku­mə­ti də türklə­rin Azər­bay­can pay­tax­tı­na da­xil ol­ma­sı­nı is­tə­mir­di.

1918-ci ilin iyu­lun­dan Qaf­qaz İs­lam Or­du­su ar­tıq Ba­kı­nın azad edil­mə­si is­ti­qa­mə­tin­də hə­rə­kə­tə keç­miş­di. 1918-ci il sentyab­rın 15-də-Qur­ban bay­ra­mı gü­nün­də Ba­kı iş­ğal­çı­lar­dan azad edil­di. Şə­hər uğ­run­da dö­yüş­lər heç də asan get­mə­di. Bə­zi mə­lu­mat­la­ra gö­rə, bu dö­yüş­lər­də min­dən ar­tıq türk əs­gə­ri və za­bi­ti hə­lak ol­du. Yer­li əha­li­dən isə şə­hid­lə­rin sa­yı 5 min­dən ar­tıq idi. Ta­rix­çi alim M.Qa­sım­lı­nın söz­lə­ri­nə gö­rə, Qaf­qaz İs­lam Or­du­su Ba­kı­nın mü­ha­si­rə­si­ni çox də­qiq­lik­lə hə­ya­ta ke­çir­miş­di: "Hət­ta in­gi­lis qo­şun­la­rı­nın ko­man­da­nı Denster­vil xa­ti­rə­lə­rin­də eti­raf edir­di ki, türk top­çu­la­rı çox də­qiq­lik­lə atəş açır­dı­lar. On­la­rın atə­şi Ba­kı­da­kı me­mar­lıq abi­də­lə­ri­nin heç bi­ri­nə zi­yan vur­ma­dı".

Qar­daş Tür­ki­yə­nin hər­bi dəs­tə­yi­lə Ba­kı­nın azad edil­mə­si Azər­bay­can ta­ri­xi­nə da­ha bir zə­fər gü­nü­nün ya­zıl­ma­sı de­mək idi. Ta­rix­çi­lər ya­zır ki, bu, ey­ni za­man­da, da­hi Mus­ta­fa Ka­mal Ata­tür­kün "Azər­bay­ca­nın kə­də­ri kə­də­ri­miz, se­vin­ci se­vin­ci­miz­dir!" fik­ri­nin əya­ni təs­di­qi idi. Ba­kı­nın azad edil­mə­sin­dən iki gün son­ra Azər­bay­can hö­ku­mə­ti mü­vəq­qə­ti pay­taxt olan Gən­cə­dən Ba­kı­ya kö­çü­rül­dü. Bu isə öl­kə­də ta­ma­mi­lə ye­ni bir şə­ra­it ya­rat­dı. Bun­dan son­ra Azər­bay­can hö­ku­mə­ti özü­nün elm, mə­də­niy­yət, in­cə­sə­nət mər­kə­zi­nə qo­vuş­muş ol­du. Təd­qi­qat­çı­lar ya­zır ki, Ba­kı­nın azad edil­mə­si­nin bö­yük əhə­miy­yə­ti var­dı. Çün­ki Azər­bay­ca­nı Ba­kı­sız tə­səv­vür et­mək ol­maz­dı. Mil­li hö­ku­mə­tin Ba­kı­ya köç­mə­si­lə Şi­ma­li Azər­bay­can bü­töv­ləş­di. Ta­rix­çi­lə­rin fik­rin­cə, 1918-ci ilin sentyab­rın­da Ba­kı azad edil­mə­səy­di, bu şə­hə­rin in­di Azər­bay­ca­nın pay­tax­tı ol­ma­sı su­al al­tın­da qa­lar­dı. Axı bol­şe­vik­lər Ba­kı­nı Azər­bay­can­dan ayı­ra­raq onu mux­tar şə­hə­rə çe­vir­mə­yi plan­laş­dır­mış­dı. Bir söz­lə, Ba­kı­nın xi­la­sı, onun mil­li şə­hər si­ma­sı­nın bər­pa edil­mə­si Azər­bay­can ad­lı döv­lə­tin əbə­di var­lı­ğı­na he­sab­lan­mış ta­ri­xi zə­fər idi.

Ta­rix­çi­lər qeyd edir ki, Ba­kı­nı iş­ğal­dan azad edən Qaf­qaz İs­lam Or­du­su şə­hə­ri­mi­zi daş­nak­lar­dan tə­miz­lə­yib. Ta­rix­çi­lər vur­ğu­la­yır ki, Ba­kı­dan gə­lən he­yə­tə şə­hər­də ya­şa­yan in­san­la­ra heç bir zə­rər ver­mə­yə­cə­yi­nə da­ir Türk Qaf­qaz İs­lam Or­du­su ko­man­dan­lı­ğın­da ha­zır­la­nan bil­di­riş­lər ve­ri­lə­rək, bu­nu xalq ara­sın­da yay­maq gös­tə­ri­şi ve­ril­di. Be­lə­lik­lə, kü­çə dö­yüş­lə­ri tez­lik­lə da­yan­dı­rı­la­raq, da­ha çox şə­hid və ya­ra­lı ve­ril­mə­si­nin qar­şı­sı alın­mış ol­du.

Ya­zı­la­na gö­rə, Ha­cı­qa­bul­da yer­lə­şən Cə­nub Qru­pu ko­man­da­nı Cə­mil Ca­hid (Toy­də­mir) bəy Ba­kı Möv­qe ko­man­di­ri və­zi­fə­si­nə tə­yin olun­du və ax­şa­ma doğ­ru şə­hə­rə gir­di.

Təd­qi­qat­çı­lar qeyd edir ki, şə­hər­də asa­yi­şi bər­pa və mü­ha­fi­zə et­mək min­ba­şı Fəh­mi bə­yin baş­çı­lı­ğı al­tın­da iki ba­ta­re­ya ilə 56-cı ala­ya hə­va­lə olun­du. Şə­hə­rin şərq his­sə­sin­də­ki Qa­ra­şə­hər böl­gə­si­ni isə bir ba­ta­re­ya ilə 38-ci pi­ya­da ala­yı­nın qo­ru­ya­ca­ğı qə­ra­ra alın­dı. Düş­mən gə­mi­lə­ri­nin Ba­kı­nı bom­ba­la­ma­sı­nın qar­şı­sı­nı al­maq üçün şə­hə­rin qərb böl­gə­sin­də­ki Ba­yıl tə­pə­lə­ri ilə şərqdə­ki Zığ tə­pə­lə­ri­nə də top­çu ba­ta­re­ya­sı yer­ləş­di­ril­di.

Təd­qi­qat­çı­lar ya­zır ki, Qaf­qaz İs­lam Or­du­su ko­man­dan­lı­ğı­na ve­ri­lən ra­portla­ra gö­rə, Ba­kı­nın azad olun­ma­sın­da 17 er­mə­ni, 9 rus və 10 gür­cü za­bi­ti ilə 1.151 er­mə­ni, 383 rus, 4 in­gi­lis və müx­tə­lif mil­lət­lə­rə mən­sub 113 əsir alın­dı. Ba­kı­da olan təx­mi­nən 5-6 min in­gi­lis pi­ya­da­sı 100 pu­lem­yot və 20 top ilə gə­mi­lə­rə mi­nib Ən­zə­li­yə yol­lan­mış­dı. Rus və er­mə­ni­lə­rin əsas qüv­və­lə­ri isə gə­mi­lər­lə Da­ğıs­ta­na-Ma­haç­qa­la­ya get­miş­lər. Qaf­qaz İs­lam Or­du­su­nun eh­ti­ya­cı­nı ödə­mək üçün Kür­də­mir sur­sat an­ba­rın­da olan 500 qu­tu ma­u­zer və 200 rus pi­ya­da tü­fən­gi Pu­ta stan­si­ya­sı­na gə­ti­ril­di. Şə­hər iq­ti­sa­diy­ya­tı­nı nə­za­rə­tə gö­tür­mək üçün də bə­zi ko­mis­si­ya­lar ya­ra­dıl­dı.

Təd­qi­qat­çı­lar ya­zır ki, Nu­ru pa­şa qəh­rə­man­lıq­la dö­yü­şə­rək Ba­kı­nı azad edən məh­mət­çi­yin bu xid­mə­ti­nin əvə­zi­ni ödə­mək la­zım ol­du­ğu­nu bi­lir­di. Qaf­qaz İs­lam Or­du­su ko­man­da­nı Nu­ru pa­şa Ba­kı­nı azad et­mə­lə­ri mü­na­si­bə­ti­lə bü­tün di­vi­zi­ya­la­ra təb­rik gön­dər­di. Təb­rik­də de­yi­lir­di:

"Ba­kı­nın ələ ke­çi­ril­mə­si üçün edi­lən mü­ha­ri­bə­lər­də xid­mə­ti olan bü­tün za­bit və sı­ra­vi­lə­rin hər bi­ri­nə gös­tər­dik­lə­ri şü­ca­ət və fə­da­kar­lı­ğa gö­rə tə­şək­kür edi­rəm. İlk pi­ya­da hü­cu­mu­nu uğur­la ye­ri­nə ye­ti­rən 9 və 56-cı alay­la­ra, düş­mən qüv­və­lə­ri üs­tün ol­du­ğu hal­da hü­cum­la qı­sa za­man ər­zin­də Bi­lə­cə­ri­nin yük­sək­lik­lə­ri­ni ələ ke­çi­rən 38-ci ala­ya xü­su­si tə­şək­kü­rü­mü bil­di­ri­rəm. 56-cı ala­yın top­çu atə­şi mü­şa­yi­ə­ti ol­ma­dan düş­mə­nin iki xət­ti­ni ələ ke­çir­mə­si təq­di­rə­la­yiq hal­dır. Bu­na gö­rə alay ko­man­di­ri min­ba­şı Fəh­mi bə­yin yar­bay rüt­bə­si ilə təl­tif olun­ma­sı ba­rə­də Hər­bi­yə Na­zir­li­yi­nə təq­di­mat ver­dim. Bu dö­yüş­lər­də fərqlə­nən za­bit və sı­ra­vi­lə­rin tə­yin olu­na­raq 17 sentyabr ax­şa­mı­na qə­dər or­du ko­man­dan­lı­ğı­na gön­də­ril­mə­si­ni xa­hiş edi­rəm".

Azər­bay­ca­nın pay­tax­tı Ba­kı­nın iş­ğal­dan azad edil­mə­si şə­rəf ta­ri­xi­mi­zə ya­zı­lıb. İki il­dən son­ra bu mü­hüm, şan­lı ha­di­sə­nin yüz il­li­yi­dir. Xal­qı­mız dar gü­nün dos­tu olan qəh­rə­man türk əs­gər və za­bit­lə­ri­nin ru­hu­nu hər za­man rəh­mət­lə anır, on­la­rın şü­ca­ə­ti­ni unut­mur.

İra­də SA­RI­YE­VA

 

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

SON XƏBƏRLƏR

10.05.2026 / 16:17
Paşinyandan tarixi Qarabağ etirafı – “Orada məktəb, bağça, fabrik inşa etdikmi? Xeyr, çünki bizim deyildi”... VİDEO

10.05.2026 / 15:57
Heydər Əliyevin adı ilə bağlı Naxçıvan turu... - VİDEO

10.05.2026 / 13:33
"Ucqar kənd məktəblərinin birləşdirilməsi istiqamətində iki model tətbiq edilir" - Nazir

10.05.2026 / 13:20
"Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik" - Prezident

10.05.2026 / 13:17
Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqladı

10.05.2026 / 13:16
"Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq" - Prezident İlham Əliyev

10.05.2026 / 13:12
Prezident: "Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq"

10.05.2026 / 13:09
"Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək" - Prezident

10.05.2026 / 13:06
Prezident: "Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır"

10.05.2026 / 13:04
"Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur" - Prezident

10.05.2026 / 13:03
Prezident Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - FOTO

10.05.2026 / 12:56
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı oldu - FOTO

10.05.2026 / 12:33
Ceyhun Bayramov: "Delimitasiya və demarkasiya prosesi ilə bağlı işlər davam edir"

10.05.2026 / 12:08
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar - FOTO

10.05.2026 / 11:58
Qeyri-adi yetənəyi ilə məşhurlar siyahısına düşən soydaşımız - Günay Həsənova

10.05.2026 / 11:50
"Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var" - Ceyhun Bayramov

10.05.2026 / 11:36
Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub - FOTO

10.05.2026 / 11:14
Prezident İlham Əliyev: "Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm"

10.05.2026 / 11:10
Ceyhun Bayramov Naxçıvana dron hücumundan danışdı

10.05.2026 / 09:53
İraqda səhranın ortasında İsrailin İrana qarşı qurduğu gizli baza aşkarlandı - əraziyə yaxınlaşan İraq ordusuna atəş açıldı...

10.05.2026 / 09:10
ABŞ UNO-larla bağlı ŞOK GÖRÜNTÜLƏR yaydı...

10.05.2026 / 08:56
Müasir Azərbaycan Heydər Əliyevin memarlıq dühasının təcəssümüdür

10.05.2026 / 08:34
Dörd illik qanlı müharibənin sonu göründü - Putindən Zelenskiyə sülh mesajı...

10.05.2026 / 00:28
Ermənilər işğal dönəmində Qarabağda törətdiyi cinayətləri elə özləri ifşa edir - VİDEO

10.05.2026 / 00:14
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib

10.05.2026 / 00:10
Prezident Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib

10.05.2026 / 00:03
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

09.05.2026 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

09.05.2026 / 22:53
Trampdan Roma ilə gərginliyi artıracaq açıqlama - ABŞ qoşunları İtaliyadan çıxarılır...

09.05.2026 / 22:17
Fars körfəzini fəlakətə sürükləyəcək iddia... ABŞ-ın vurduğu Xark adasında neft sızması aşkarlandı - sürətlə yayılır...

09.05.2026 / 19:35
Sabah Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək

09.05.2026 / 19:11
İran körfəz ölkələrini Hörmüzlə təhdid etdi - bu riskə getməyin...

09.05.2026 / 18:50
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO

09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"

09.05.2026 / 18:16
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir" - Prezident

09.05.2026 / 17:45
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTO

09.05.2026 / 17:43
Prezident və Birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO

09.05.2026 / 17:40
ABŞ və İran gələn həftə İslamabadda görüşə bilər...

09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

09.05.2026 / 17:28
Zaqatalada silahlı insident - restorandan çıxarkən qapıda güllələndi...

09.05.2026 / 17:20
Prezident və Birinci xanım Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO

09.05.2026 / 17:11
Cəbrayılın Şükürbəyli kəndinin açılışı oldu - FOTO

09.05.2026 / 17:07
Putin qələbə paradında NATO-nu hədəf aldı, Kimdən də dəstək gəldi...

09.05.2026 / 16:13
BTQ Fransadan BMT-nin çağırışlarına dərhal əməl etməyi tələb etdi...

09.05.2026 / 15:40
“Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu açıqlandı - 50 min avrodan çox...

09.05.2026 / 15:12
"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...

09.05.2026 / 14:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

09.05.2026 / 13:55
Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb - VİDEO

09.05.2026 / 13:11
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO

09.05.2026 / 12:28
Qobustanda elektrik stansiyası ərazisində güclü yanğın olub

09.05.2026 / 12:02
Tərtərdə gənc oğlan asma bronxid xəstəliyindən ölüb

09.05.2026 / 11:55
Prezident Birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2026 / 11:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2026 / 11:25
Azərbaycan Tibb Universiteti Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır

09.05.2026 / 11:16
2 cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

09.05.2026 / 11:03
Azərbaycandan Ermənistana 8 vaqon dizel göndərildi

09.05.2026 / 10:59
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlandı

09.05.2026 / 10:11
Yol Polisi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi

09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür

09.05.2026 / 06:28
Paşinyan Ermənistanın Qarabağ iddiasını ölümcül səhv adlandırdı

09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi - “ABŞ-ı qınayın”…

09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı - Ağ Ev şokda…

08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...

08.05.2026 / 21:22
Fransa Hindistandan Gürcüstana Ermənistan üzərindən dəhliz çəkir...

08.05.2026 / 20:45
Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...

08.05.2026 / 20:07
Rusiya XİN Paşinyandan qisas alınacağını rəsmi bəyan etdi... “Zelenski...”

08.05.2026 / 19:44
Gənc istedadın ilk fərdi sərgisi açıldı - FOTO

08.05.2026 / 19:18
ABŞ Ukrayna müharibəsində vasitəçilikdən imtina edir – danışıqlar dalana dirənib...

08.05.2026 / 18:59
İran Hörmüz boğazında nəhəng neft tankerini ələ keçirdi...

08.05.2026 / 18:41
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

08.05.2026 / 18:25
Bakı Təşəbbüs Qrupunun hesabatı BMT-ni hərəkətə keçirdi - Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edildi...

08.05.2026 / 18:02
Mingəçevir Dövlət Universitetində “MSU First Green Sports Festival”a hazırlıq işləri yekunlaşmaq üzrədir

08.05.2026 / 17:50
Tramp İranın “atom bombası məsələsində” Roma papasını açıq şərlədi...

08.05.2026 / 16:58
Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: - “Bir Süfrədə Miras”

08.05.2026 / 16:57
ABŞ-ın İranla müharibəsi Rusiyanı çökdürür...

08.05.2026 / 16:46
Rusiya “İranın ağzından" Ermənistanı hədələməyə başladı...

08.05.2026 / 16:06
ABŞ-da bir banka zəng vuran Roma Papası şoka düşdü - "filiala gəl" deyib, telefonu üzünə bağladılar...

08.05.2026 / 15:33
Cəsur oğullar vətəni elə vəsf edirlər ki...

08.05.2026 / 15:15
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi

08.05.2026 / 14:46
Dünya Putinin 9 mayını boykot etdi...

08.05.2026 / 14:32
Etibarsız nikah hansı halda etibarlı sayıla bilər? - Ali Məhkəmədən qərar...

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ