çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Azərbaycanda sayca 13-cü, lakin ən böyük amnistiya aktı - 20 mindən çox insanın həyatı dəyişir...

Image


Dünya təcrübəsi göstərir ki, amnistiyanın insan hüquqlarının müdafiəsində mühüm rolu var və bu mexanizm müasir hüquqi dövlətlərin humanist dəyərlərə sadiqliyini nümayiş etdirən əsas vasitələrdən biri hesab olunur.

Amnistiya, müəyyən kateqoriyadan olan məhkumların cəzanın tam və ya qismən çəkilməsindən azad edilməsi, yaxud cinayət məsuliyyətindən azad olunması ilə ifadə olunur və onun tətbiqi cəmiyyət–dövlət münasibətlərində mərhəmət, ədalət və sosial balansın qorunmasına xidmət edir. Bu baxımdan amnistiya yalnız hüquqi akt deyil, eyni zamanda insan hüquqlarının təminatı baxımından əhəmiyyətli sosial-siyasi mexanizmdir.

Əfv və amnistiya aktları hüquqların təmini baxımından xüsusi əhəmiyyətə malikdir

Qeyd edək ki, insan hüquqlarının qeyd edilən müstəvidə də müdafiəsi Azərbaycanda xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü bunun daha bir sübutudur. Əfv və amnistiya aktları yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının təmini baxımından xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan, cəzanın humanistliyini, adekvatlığını və tərbiyəvi əhəmiyyətini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev 1995-ci ildə müstəqil dövlətimizin tarixində ilk əfv fərmanını imzalamaqla ölkəmizdə əfv institutunun bərpa edilməsinə nail olub.

İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva bildirir ki, 1995-2003-cü illər ərzində imzalanmış 32 əfv fərmanı və sərəncamı ilə ümumilikdə 3104 məhkum cəzanın çəkilməmiş hissəsindən azad olunub: “Azərbaycanda amnistiya aktlarının qəbulunu müsbət bir ənənəyə çevirmiş Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş 7 amnistiya aktı nəticəsində 77 mindən artıq məhkum həbsdən azad edilərək ailələrinə və cəmiyyətə qovuşub. 1995-2025-ci illər ərzində əvvəlcə Ulu Öndər Heydər Əliyevin, sonra isə prezident İlham Əliyevin imzalamış olduqları ümumilikdə 71 əfv fərman və sərəncamları, 1996-cı ildən başlayaraq qəbul olunmuş 12 amnistiya aktı minlərlə məhkumun cəzanın çəkilməyən hissəsindən azad edilməsi ilə nəticələnib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən hələ Milli Məclisin deputatı olduğu dövrdə irəli sürülmüş təşəbbüs əsasında 4 amnistiya aktının qəbul olunması, sonuncu akt əsasında isə 10 min məhkumun azadlığa qovuşması ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb”. Bu fonda prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü Azərbaycanın suverenliyinin tam bərpa olunduğu, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin edildiyi tarixi bir mərhələdə dövlətin gücünü və hüquqi yetkinliyini nümayiş etdirir. Sayca 13-cü olan amnistiya aktı 20 mindən çox şəxsə şamil olunur. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, daha minlərlə şərti azadlıqdan məhrum edilmiş və digər cəzalarla cəzalandırılmış şəxslərin cəzadan azad olunması gözlənilir. Amnistiya aktı 4 ay ərzində icra ediləcək. Artıq onun icrası istiqamətində ilk addımlar atılır, əfv edilənlərin azadlığa buraxılması prosesi icra olunur. İnsan hüquqlarının əsas prinsiplərindən biri insan ləyaqətinə hörmətin təmin olunmasıdır. Amnistiya aktları məhz bu prinsipi ön plana çıxararaq, cəza çəkən şəxslərin yenidən cəmiyyətə inteqrasiyasına imkan yaradır. Uzun müddət azadlıqdan məhrumetmə cəzası alan şəxslər sosial əlaqələrini itirir, psixoloji və mənəvi çətinliklərlə üzləşirlər. Amnistiya onların ailə mühitinə qayıtmasına, normal həyata adaptasiya olunmasına şərait yaradır ki, bu da insanın yaşamaq, ailə həyatı qurmaq və sosial həyata qatılmaq kimi fundamental hüquqlarının bərpasına xidmət edir.

Amnistiya cəza siyasətinin humanistləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müasir insan hüquqları konsepsiyası cəzanın yalnız cəzalandırıcı deyil, həm də tərbiyəedici və islahedici funksiyasını önə çəkir. Amnistiya aktları məhkumlara dövlətin onlara ikinci şans verdiyini göstərir. Bu isə onların gələcəkdə qanuna hörmətlə yanaşmasına, cəmiyyətə faydalı fərd kimi qayıtmasına stimul yaradır. Beləliklə, amnistiya təkcə fərdi hüquqları deyil, eyni zamanda cəmiyyətin təhlükəsizliyini və sosial sabitliyini də möhkəmləndirir.

Amnistiya təşəbbüsü situativ qərar deyil, uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir

Amnistiyanın insan hüquqlarının müdafiəsində əhəmiyyətli cəhətlərindən biri də ədalət mühakiməsində mümkün səhvlərin humanist yolla aradan qaldırılması imkanını yaratmasıdır. Hüquq sistemləri nə qədər inkişaf etmiş olsa da, istintaq və məhkəmə proseslərində subyektiv yanaşmalar, sübut çatışmazlıqları və ya sosial şəraitdən irəli gələn amillər səbəbilə haqsız cəzalandırılma halları baş verə bilər. Amnistiya bu baxımdan, hüquqi mexanizmlə yanaşı, humanitar vasitə kimi çıxış edərək cəmiyyət üçün təhlükə törətməyən şəxslərin azadlığa buraxılmasına imkan yaradır və onların hüquqlarının bərpasına töhfə verir. Amnistiyanın insan hüquqlarına töhfəsi həbsxana sistemindəki problemlərin azaldılması baxımından da özünü göstərir. Bir çox ölkələrdə cəzaçəkmə müəssisələrinin həddindən artıq yüklənməsi, saxlanma şəraitinin ağır olması insan hüquqlarının pozulmasına səbəb olur. Amnistiya nəticəsində məhkum sayının azalması saxlanma şəraitinin yaxşılaşdırılmasına, tibbi xidmətin, qidalanmanın və yaşayış şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan yaradır. Bu da işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalmamaq hüququnun təmin olunmasına xidmət edir. Amnistiya həmçinin sosial ədalətin təminində mühüm rol oynayır. Cəmiyyətin həssas təbəqələrinə – qadınlara, azyaşlı uşaqları olan valideynlərə, yaşlılara, əlilliyi olan şəxslərə və az ağır cinayətlərə görə məhkum olunmuş şəxslərə tətbiq olunan amnistiya aktları sosial bərabərliyin və humanist yanaşmanın bariz nümunəsidir. Bu cür yanaşma dövlətin insan mərkəzli siyasət apardığını göstərir və vətəndaşların hüquq sisteminə olan etimadını artırır. Amnistiya təşəbbüsü, adətən, hansısa ehtiyacın nəticəsi kimi yox, dövlətin gəlib çatdığı mərhələnin göstəricisi kimi ortaya çıxır. Bu cür qərarlar artıq mövcud olan münasibətlərin səviyyəsini ifadə edir. Məhz buna görə amnistiya aktı yalnız hüquqi qərar kimi deyil, daha geniş mənada dövlətçilik kontekstində dəyərləndirilməlidir. Milli Məclisin deputatı Müşfiq Məmmədli qeyd edir ki, amnistiya institutunun bu qədər geniş miqyasda tətbiqi hüquqi sistemin sabitliyindən və dövlətin öz gələcəyinə olan inamından xəbər verir: “Hüquqi dövlət o zaman güclü sayılır ki, o, risk etmədən bağışlamaq imkanına malik olsun. Azərbaycan bu mərhələyə çatıb. Konstitusiyanın ali hüquqi qüvvəsinin bütün ölkə ərazisində təmin edilməsi, suverenliyin tam bərpası və daxili sabitliyin möhkəmlənməsi belə qərarların qəbulunu mümkün edən əsas şərtlərdir. Bu mənada amnistiya təşəbbüsü situativ qərar deyil, uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir”. Digər tərəfdən, amnistiya cəmiyyətin barış və həmrəylik mühitinin formalaşmasına da töhfə verir. Xüsusilə mühüm ictimai-siyasi mərhələlərdə, münaqişə və ya gərginlikdən sonrakı dövrlərdə tətbiq edilən amnistiya aktları sosial gərginliyin azalmasına, qarşıdurmaların yumşaldılmasına və ictimai etimadın bərpasına xidmət edir. Bu da sülh, təhlükəsizlik və insan hüquqlarının qorunması baxımından vacib amildir.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ