çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Makron Mersə xəyanət, Putinə xidmət etdi...

Image


Elşən Manafov: “Makron bununla öz siyasi oyununu oynayır və Rusiya ilə təmasları tam kəsmək istəmir”

Fransa Prezidenti Emmanuel Makron dondurulmuş Rusiya aktivləri ilə bağlı Almaniya kansleri Fridrix Mersə xəyanət edib.

Bu barədə “Financial Times” yüksək rütbəli Avropa İttifaqı diplomatına istinadla məlumat yayıb.

“Makron Mersə xəyanət etdi və o, bunun üçün bədəl ödəməli olacağını bilir. Amma o qədər zəifdir ki, Corciya Meloninin arxasında gizlənməkdən başqa çarəsi qalmadı”, - mənbə bildirib.

Son müzakirələrdə sonra belə görünürdü ki, Aİ-nin 4 dövləti Rusiya aktivlərinin dondurulmasında tərəddüd edir. İndi məlum olur ki, Fransa əslində bu məsələdə pərdəarxası pozucu rol oynayır. Ukraynaya iqtisadi yardımın yükünü Almaniyanın üzərinə qoyması azmış kimi, gizli olaraq dondurulmuş vəsaitlər məsələsində Makron Mersə xəyanət edir. İlk baxışdan belə təəssürat yaranır ki, Ukrayna məsələsində Fransa guya Rusiyaya qarşı daha sərt mövqe tutur. Reallıqda isə bu belə deyil.

“Kremldən gələn sərt xəbərdarlıqlar "İstəklilər koalisiyasında" təmsil olunan Avropa dövlətlərinin siyasi...”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Elşən Manafovun fikrincə, Avropa İttifaqının banklarında dondurulmuş Rusiya aktivləri ilə bağlı qərarı, əlbəttə, İttifaqın öz nüfuzunu qorumaq, ona beynəlxalq aləmdə etimadsızlığın artmasının qarşısını almaq istəyindən irəli gəlib: “Təsadüfi deyil ki, Belçikanın baş naziri Van de Veyer bu qərara beynəlxalq hüququn qələbəsi kimi dəyər verib. Dondurulmuş Rusiya aktivlərinin Ukraynaya ötürülməsi təklifləri ilə əsasən Böyük Britaniya, Almaniya və Fransa çıxış edirdi. Makrona görə, bu aktivlər Rusiyanın Ukraynaya təcavüzü müqabilində onun iqtisadiyyatına dəymiş ziyanın ödənilməsi kimi təzminat olaraq alınmalıdır. Digər tərəfdən isə, Ukraynaya Rusiyanın maliyyəsi hesabına elə Rusiyaya qarşı hərbi əməliyyatların aparılmasına kömək etməli idi. Lakin o da bəllidir ki, belə bir qərar beynəlxalq hüquqa ziddir. Çünki belə bir qərarı yalnız Beynəlxalq Arbitraj Məhkəməsi verə bilər ki, orada da bu məsələ müzakirə obyekti olmayıb. Avropa dövlətlərini belə bir mövqe sərgiləməyə məcbur edən əsas amil isə ABŞ-ın Tramp administrasiyasının məlum müharibə ilə bağlı ortalığa qoyduğu mövqedir. Tramp hələ seçkilər ərəfəsində məlum müharibənin başlanmasına görə Bayden hökumətinin məsul olduğunu bildirib. İqtidara gələcəyi təqdirdə Ukraynaya hərbi yardımı dayandıracağını bəyan edib. ABŞ-sız müharibənin davam etdirilməsi üçün maliyyə yükü Aİ-nin üzərinə düşdüyündən, birlik müharibəni Rusiya aktivləri hesabına aparacağına ümid edirdi. Lakin bununla bağlı Kremldən gələn sərt xəbərdarlıqlar "İstəklilər koalisiyasında" təmsil olunan Avropa dövlətlərinin siyasi dairələri üçün soyuq duş effektini doğurdu. Moskva xəbərdarlıq etdi ki, belə bir qərar qəbul olunacağı təqdirdə o da öz növbəsində Aİ-nin Rusiya banklarında olan hesablarını donduracaq. Macarıstanın baş naziri Viktor Orbanın qeyd etdiyi kimi, Aİ-nin bununla bağlı səhm və qiymətli kağızları daha böyük ölçüdədir. Digər tərəfdən, həlledici anda Makronun mövqeyinə təsir göstərən İtaliyanın baş naziri Meloni olub. Hətta Almaniya kansleri Mersin onu yola gətirmək cəhdləri də səmərə verməyib. Mers Ukraynadakı müharibənin maliyyələşdirilməsinə görə sələfi Şolsla müqayisədə böyük məsuliyyət daşımır. Meloni və Makron isə növbəti ilin seçkiləri ilə bağlı bu ölkələrdə Rusiya ilə münasibətlərin kəskinləşməsində maraqlı olmayan işgüzar dairələrin maraqlarından çıxış edərək bu qərarı dəstəkləmədilər. Düzdür, növbəti seçkilərdə Makron namizəd olmayacaq. Ancaq təmsil olunduğu siyasi qüvvələrə görə ehtiyat edir. Başqa bir tərəfdən, Makron bununla öz siyasi oyununu oynayır və Rusiya ilə təmasları tam kəsmək istəmir. Yaranmış şəraitdə Aİ-nin Rusiya aktivlərinin Ukraynaya ötürülməsi ilə bağlı qərarı yalnız Londonu məmnun edə bilərdi. Beynəlxalq hüquqa zidd olaraq Aİ-nin qəbul edə biləcəyi bu qərar dünya çapında Avropa banklarına olan etimadsızlığın artmasına və müvafiq olaraq avronun məzənnəsinin düşməsinə, funt sterlinqin isə əksinə, kursunun daha da yüksəlməsinə səbəb ola bilərdi. Yaranmış şəraitdə Aİ öz büdcəsindən əlavə 90 milyard avro kreditin Ukraynaya verilməsi barədə qərar çıxarmaqla, əslində sülhə deyil, müharibənin davam etdirilməsinə dəstək vermiş oldu. Bu məbləğ müharibənin hələ bir müddət də davam etdirilməsi üçün Zelenskiyə ayaqda qalmağa kömək edəcək. Çünki müharibənin yalnız 2026-cı ildə davam etdirilməsi üçün rəsmi Kiyevin 137 milyard avroya ehtiyacı var. Deməli, yaxın perspektivdə Zelenski daha 50 milyard avro əldə etmək üçün Avropa ölkələrinə yeni səfərə çıxmalı olacaq. Buna nail olacaqmı? Bu bir az şübhəlidir. Çox güman ki, nail olmayacaq”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ