çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

" Ukrayna bizim üçün vuruşur" deyənlər səhv edir" - Sahil İsgəndərov....

Image


Avropa İttifaqı (Aİ) liderlərinin dekabrın 18-19-da keçirilən sammitində Rusiyanın Avropada dondurulmuş aktivləri hesabına Ukraynaya “təzminat krediti”nin ayrılması barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin və Almaniya kansleri Frdirix Mertsin irəli sürdükləri təşəbbüs dəstəklənməyib. Bununla belə, alternativ variant kimi Aİ ölkələri 90 milyard avro həcmində kollektiv borclanma yolu ilə Ukraynanın maliyyələşdirilməsi mexanizmi barədə razılığa gəliblər. Lakin bəzi Cənubi Avropa ölkələri bu yolla da Ukraynanın maliyyələşdirilməsindən narazılıqlarını gizlətmirlər. Belə olan halda, Aİ liderlərinin dediyi kimi, yalnız özünün yox, Avropanın da təhlükəsizliyi üçün Rusiya təcavüzünə qarşı döyüşən Ukrayna necə hərəkət etməlidir?

Vaşinqtonun Ukraynada “sülh planı” üzrə davam edən danışıqlar fonunda baş verən bu hadisələr və sözügedən müstəvilərdə digər perspektivlər barədə politoloq Sahil İsgəndərov bakı.xeber.com-la öz mülahizələrini bölüşüb.

“Son vaxtlar Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ukraynadakı müharibənin dayandırılması ilə bağlı irəli sürdüyü sülh planı, böyük ehtimalla, hansısa bir nəticəni verəcək. Müharibənin dayandırılmasına, atəşkəsə nail olunmasına ümid etmək olar. Bu müstəvidə gedən müzakirələr hələ ki, Ukrayna dövlətinin və xalqının qarşısında çox ciddi və sərt şərtlər qoyur ki, bu da beynəlxalq hüquq nöqteyi-nəzərindən, həm də Ukrayna konstitusiyasının müddəaları baxımından qəbuledilməzdir, çünki ölkə konstitusiyasına ziddir. Ukraynanın böyük ərazi itkiləri ilə razılaşması tələbi ortaya qoyulub. Sözsüz ki, Ukrayna hökuməti və Ukrayna xalqı üçün bunun qəbul edilməsi mümkün deyil...”

Politoloq Sahil İsgəndərov baki-xeber.com-a açıqlamasında Ukrayna ilə bağlı aktual olan bir sıra məsələlərə, o cümlədən, Cənubi Qafqazda gözlənilən proseslərə münasibət bildirərkən qeyd etdi ki, bu gün Ukrayna qarşısına referendum tələbi qoyulur, amma Ukrayna xalqı buna müsbət cavab verə bilməz. “Amma məsələnin digər tərəfi də onunla bağlıdır ki, ABŞ kimi güclü bir müttəfiqdən yardım almaqdan tamamilə məhrum edilmiş Ukraynanın hazırda döyüş meydanında irəliləyən Rusiyaya qarşı müharibəsi nə qədər çəkə bilər? Əsas sual budur. Sözsüz ki, bu müstəvidə Kiyevin Avropadakı müttəfiqləri Donald Tramp administrasiyasına rəğmən Ukraynanın, Zelenskinin ərazi itkiləri ilə barışmaması şərtini ortaya qoyurlar. Yəni ona buna getməməyi tövsiyə edirlər. Avropa liderləri Amerikasız da Ukraynaya istənilən yardımı, həm silah, həm də maliyyə dəstəyini davamlı şəkildə göstərməyə hazır olduqlarını deyirlər.

Əslində bu iddia böyük sual altındadır. Çünki Avropanın özünün də maliyyə və sair resurursları məhduddur. Yenə də ümid Rusiyanın Avropa banklarında dondurulmuş vəsaitlərinin mənimsənilməsinə idi ki, bununla bağlı da ABŞ-nin mövqeyi tamamilə başqadır. Yeri gəlmişkən, Vaşinqtonun sülh planında ABŞ-nin özünün həmin vəsaitlərdən Rusiya ilə müştərək şəkildə istifadə etmək iddiası var. İkinci bir tərəfdən, Aİ liderlərinin son sammitində Rusiya aktivlərinin mənimsənilməsi təşəbbüsü rədd edildi. Bu məsələdə həlledici rolu həmin aktivlərin ən çoxunun yerləşdiyi Belçikanın baş naziri Bart de Veverin və İtaliyanın baş naziri Corca Meloninin mövqeyi həlledici rol oynayıb. Belə vəziyyətdə ortaya çox maraqlı bir sual çıxır ki, bəs onda Ukrayna nə etməlidir? Sözsüz ki, ABŞ administrasiyası Ukraynanın ərazi güzəştlərinə getməsində çox israrlıdır. Yeri gəlmişkən, Rusiya tərəfi də tələb edir ki, Ukrayna öz qoşunlarını Donbasın Kiyevin nəzarətində olan hissəsindən mütləq çıxarmalıdır. Həmçinin, hətta Rusiya konstitusiyasında təsbit olunduğu kimi, Krım və Ukraynanın digər dörd vilayəti həm de-fakto, həm de-yure Rusiyanın ərazisi kimi tanınmalıdır. Bax, belə ciddi, sərt və heç də ürəkaçan olmayan bir dilemma yaranıb”.

Sahil İsgəndərovun fikrincə, Ukraynadakı hadisələrin nəticələri sözsüz ki, postsovet məkanına da öz təsirini göstərə bilər və göstərəcək. “Məsələ burasındadır ki, Azərbaycan cəmiyyətində, ictimai rəydə belə bir fikir formalaşıb ki, Ukrayna təkcə özü üçün yox, həm də Azərbaycan üçün vuruşur. Mən bu fikirlə qətiyyən razı deyiləm, bu fikri birmənalı şəkildə rədd edirəm, onu qəbul etmirəm. Bu mənim subyektiv fikrimdir. Nəyə görə bunu qəbul etmirəm? Əslində, ilk növbədə Ukrayna və Ukrayna xalqı özü üçün, öz suverenliyi və ərazi bütövlüyü uğrunda vuruşur.

Bəyəm biz 44 günlük Vətən müharibəsində bəyan etmişdik ki, biz başqaları üçün də vuruşuruq? Halbuki, məhz bizim savaşımız təkcə özümüz üçün yox, həm də region dövlətlərinin təhlükəsizliyinin təminatı üçün idi. Niyə? Çünki bilirik ki, Ermənistanın ənənəvi təcavüzkar siyasəti mövcuddur. Yeri gəlmişkən, “Böyük Ermənistan” layihəsi heç də gündəmdən çıxarılmır, sadəcə olaraq, arxa plana keçirilib. Bu isə o deməkdir ki, burada birbaşa Azərbaycana, Türkiyəyə, Gürcüstana, hətta İrana və Rusiyaya qarşı ərazi iddiaları var. Bu baxımdan bəli, Azərbaycan bütün region dövlətləri üçün vuruşurdu ki, birdəfəlik erməni təcavüzünün qarşısını alsın. Bu gün də Azərbaycan çalışır ki, böyük sülh sazişi imzalamaqla gələcəkdə Ermənistanın ərazi iddiaları irəli sürdüyü ölkələri bu baxımdan heç olmasa sığortalasın. Amma dediyim kimi, Ukrayna birinci növbədə özü üçün vuruşur. Yeri gəlmişkən bir məqamı xatırladım, onda belə çıxır ki, Azərbaycan da vaxtilə Rusiyanın əli ilə bizim torpaqları işğal etmiş Ermənistanla və həm də Rusiya ilə vuruşub. Biz o vaxt Ukraynanın Azərbaycana münasibətini gördük. 44 günlük müharibədə cəmi bircə dəfə Ukrayna prezidenti Volodimir Zelenski bəyanat verdi və həmin bəyanatda Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi barədə bir kəlmə də deyilmirdi. Sadəcə olaraq tərəflər problemi sülh yolu ilə həll etməyə çağırılırdı. Amma bütün bunlara baxmayaraq, Azərbaycan dəfələrlə Ukraynaya humanitar yardımlar göndərdi, hər yerdə də onun ərazi bütövlüyü prinsipini dəstəkləyir. Məsələ bundadır. Ona görə də Ukraynanın həm də bizim üçün vuruşduğu iddiasını qəbul etmirəm. Bu cür düşünənlərin məntiqini anlayıram, ancaq fikrimcə, hadisələrə bir az geniş kontekstdə baxmaq lazımdır. Bu kiçik bir məsələ deyil, böyük geosiyasi kontekstdir.

Ukraynanın Rusiya ilə kimə görə vuruşmasına gəldikdə isə, zəhmət çəkib Avropa liderlərinin bəyanatlarına fikir versinlər. Avropa liderləri bu gün də açıq şəkildə bildirirlər ki, Ukrayna əslində Avropanın təhlükəsizliyi üçün vuruşur. Amma halbuki, Avropanın təhlükəsizliyi naminə onlar cəsarət edib Ukraynaya hərbi qüvvə göndərmirlər. Yalandan kənarda durub “qorxma-qorxma” deməklə müharibə udulmur. Düzdür, maliyyə və silah yardımı ayırırlar, amma orada heç də avropalıların qanı tökülmür, Ukrayna xalqının qanı tökülür. Belə çıxır ki, onlar öz təhlükəsizlikləri naminə Ukrayna xalqını və dövlətini belə bir uçuruma, belə bir qanlı-qadalı müharibəyə sürüklədilər, özləri isə kənarda durub tamaşa etməklə məşğuldurlar. Bununla iş bitmir. Özləri də çox yaxşı bilirlər ki, hazırda Ukraynanın üzləşdiyi ən çətin problem məhz orduda şəxsi heyət problemidir. Niyə öz qoşunlarını göndərmirlər? Deyirlər ki, biz Rusiya ilə birbaşa müharibədən qaçırıq. Bəs Ukrayna xalqını Rusiya kimi bir yırtıcının caynağına vermək nə demək idi? Belə çıxır ki, ukraynalıların qanı Rusiyaya halal imiş...Ona görə də hesab edirəm ki, bizim ekspert cameəmiz belə məsələlərə həssas yanaşmalıdır. Yenə də deyirəm, Ukrayna xalqı birinci növbədə öz suverenliyi və ərazi bütrövlüyü uğrunda vuruşur, çünki istənilən halda suverenlik və ərazi bütövlüyü məsələsi hər bir xalqın öz işidir. Yeri gəlmişkən, guya Ukraynanı müdafiə edən Avropa liderləri də ərazi güzəştləri məsələsinin yalnız rəsmi Kiyevin və ukraynalıların öz işi olduğunu mütəmadi şəkildə vurğulayırlar”.

Rusiya-Ukrayna məsələsinə gəldikdə, Sahil İsgəndərov buradakı vacib bir məqama diqqət çəkib. Onun sözlərinə görə, əslində həm Azərbaycanda, həm postsovet məkanında, həm Qərbdə bir çox analitiklərin fikrincə, ABŞ-nin təklif etdiyi sülh planı bu və ya digər şəkildə müəyyən qədər cilalanmış və hamarlanmış şəkildə Ukrayna tərəfindən qəbul olunsa, sözsüz ki, burada birmənalı şəkildə Ukraynanın həm ərazi, həm təhlükəsizlik baxımından ciddi itkiləri olacaq: “Yəni bu bütün mənalarda Ukraynaya sərf edən plan deyil. Amma belə görünür ki, tezliklə bu və digər formada hansısa sülh sazişi imzalanacaq. Ən azından atəşkəs məsələsi ortaya gələcək. Bu kontektdə, bir sıra ekspertlərin fikrincə, bundan sonra Rusiyanın imperiya siyasətində iştahası daha da artacaq və sözsüz ki, bu istənilən halda postsovet məkanında, həm də Cənubi Qafqazda Rusiyanın siyasətinə təsir göstərəcək. Bu baxımdan onlar Rusiyanın Azərbaycana qarşı yeni oyunlara başlayacağını və istənilən halda burada öz nüfuzunu qorumaq üçün müəyyən təxribatlara gedə biləcəyini vurğulayırlar. Əlbəttə, onların məntiqini başa düşürəm və belə bir hadisələrin baş verə biləcəyini istisna etmirəm. Amma mən bunu hardasa 10-20 faiz mümkün sayıram. Niyə? Birincisi ona görə ki, avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ tərəfindən Vaşinqtonda imzalanan üçtərəfli saziş Cənubi Qafqazda yarana biləcək təxribatları və təxribat cəhdlərini kifayət qədər neytrallaşdırıb. Yəni buna az ehtimal var. Tramp marşurutunu, 8 avqust razılaşmasını nəzərə alsaq, düşünürəm ki, bu müstəvidə artıq Donald Trampla Rusiya prezidenti bu və digər mənada pərdəarxası sövdələşərək razılığa gəliblər. Ukraynada ABŞ öz mövqelərindən geri çəkilirsə də, Cənubi Qafqazda əksinə, öz mövqeyini irəli aparır. Yəqin ki, bu kontekstdə Trampla Putin arasında pərdəarxası razılaşma var. Əgər Rusiya Cənubi Qafqazda hansısa təxribatlara əl atarsa, bu artıq ABŞ ilə toqquşmaya gətirib çıxarar. Düşünürəm ki, ən azı yaxın perspektivdə Rusiya buna getməyəcək. Nəyə görə? Yaddan çıxarmayaq, Vətən müharibəsindən sonra Azərbaycanın hərbi və siyasi gücü, eyni zamanda qardaş Türkiyənin və Rusiyanın da siyasi iradəsi nəticəsində yeni reallıq formalaşıb. Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiya yaranıb. Sülh sazişi imzalanmasa da, istənilən halda hələ də kövrək olan sabitlik var. Zaman keçdikcə burada yeni bir müharibənin alovlanması risqləri çox azalıb. Özü də bir məqam var. Bu konfiqurasiyada əgər Rusiya özü iştirak edibsə və 3+3 formatı yaradılıbsa, bu yalnız Azərbaycanın və Türkiyənin maraqlarına yox, eyni zamanda Rusiyanın özünün geosiyasi maraqlarına birbaşa cavab verir. Rusiya özü bunun marağındadır. Tutalım, Ukrayna münaqişəsi bitdi, belə çıxır ki, Rusiyanın Cənubi Qafqazda yeni bir münaqişə ocağı yaratması ona lazımdır? Moskva çox gözəl bilir ki, əslində Cənubi Qafqazda yeni müharibənin qızışması birinci növbədə onun özünə təhdiddir. Çünki Cənubi Qafqazda istənilən yeni bir münaqişə çox asanlıqla Şimali Qafqaza keçəcək. Rusiyanın siyasi rəhbərliyi keçən əsrin 90-cı illərində Şimali Qafqazda yaşanan qanlı-qadalı, odlu-alovlu müharibələri yaddan çıxarmayıb. Bu baxımdan, düşünürəm ki, Rusiyanın burada hər hansı bir təxribata əl atmaq ehtimalı görünmür. Sözsüz ki, son vaxtlar Rusiya ilə Azərbaycan arasında yaranmış soyuq münasibətlər də belə düşüncələrə bir növ zəmin yaradır, təkan verir. Amma düşünmürəm ki, Moskva konkret olaraq bu kontekstdən çıxış edib Azərbaycana qarşı düşmənçilik mövqeyi tutacaq. Daha doğrusu, Azərbaycan hökumətinin apardığı strateji xarici siyasət xətti Rusiyanı islah edir. Yəni Rusiyanı belə fikirlərdən daşındırır. Gəlin etiraf edək ki, münasibətlər nə qədər gərgin olsa da, Azərbaycan hökumətinin çox güclü diplomatiyası sayəsində bu, düşmənçiliyə çevrilmədi. Sadəcə, son məqamda Azərbaycan Rusiya qarşısında özünün çox haqlı, beynəlxalq hüquqa uyğun olaraq tələblərini, şərtlərini irəli sürdü. Bu, ilk növbədə təyyarə qəzası ilə bağlıdır və sonradan Azərbaycan diasporuna, azərbaycanlılara qarşı orada bir sıra yolverilməz və heç bir hüquq çərçivəsinə sığmayan hərəkətlər baş verdi.

Düşənbə görüşü zamanı Rusiya lideri Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev qarşısında üzürxahlıq etməsi, Azərbaycanın tələblərinə əməl ediləcəyi ilə bağlı bəyanatı iki ölkə arasındakı gərginliyin düşmənçiliyə çevrilməyəcəyini düşünməyə əsas verir. Azərbaycan və ilk növbədə də Rusiya bunda maraqlı deyillər. Çünki Rusiya Azərbaycanın əhəmiyyətini gözəl başa düşür. Amma bu o deməkdirmi ki, Rusiya Cənubi Qafqaza qarşı hansısa addım atmağa çalışmayacaq? Xeyr, Rusiya buna çalışacaq. Bu yalnız Rusiyaya yox, bütün imperiyalara xas olan xüsusiyyətdir. Amma düşünürəm ki, Rusiya buna Azərbaycana təzyiq və təsir kontekstində yox, məhz Ermənistandakı hadisələrə müəyyən mənada müdaxilə etmək zəminində çalışacaq. Çünki Azərbaycana qarşı hansı iradı irəli sürə bilər?

Moskvanın iradı uzun illər boyu məhz ağası olduğu Ermənistanadır. Elə bir həftə yoxdur ki, iki-üç dəfə Rusiyanın yüksək səviyyəli rəsmiləri Ermənistanın seçim qarışında qaldığını bəyan etməsinlər. Yəni ya Avropa İttifaqı, ya da Avrasiya İqtisadi Birliyini seçməli olduqları məsələsi qabardılır, eyni zamanda bu iki qurumun üzvü olmağın mümkünsüzlüyü bildirilir. Ikinci bir tərəfdən, gələn ilin yayında Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Sözsüz ki, o seçkilərin nəticəsi konkret olaraq Ermənistanda yeni hakimiyyətin formalaşması deməkdir. Ermənistanın indiki hakimiyyətinin apardığı siyasət isə Rusiyada qıcıq doğurur”.

S.İsgənbdərov qeyd edir ki, hələlik Rusiya daha çox Ukrayna məsələsi ilə məşğuldur. Politolioqun fikrincə, bununla belə, sözsüz ki, Rusiya Erməninstanda seçkilərə təsir göstərməyə və orada özünün əlaltılarına dəstək verib onların hakimiyyətə gəlməsinə, yaxud parlamentdə təmsilçiliyinə nail olmağa çalışacaq. “Amma düşünürəm ki, bu məsələdə də Rusiya böyük uğur qazana bilməyəcək. Ola bilsin, bəzi qüvvələr müxalifət cildində parlamentə düşə biləcək. Amma Rusiya tərəfdarlarının həmin seçkilərdə qalib gələ biləcəyini düşünmürəm. Xüsusilə nəzərə alsaq ki, orada ABŞ-ın mövqeyi çox güclənib, Rusiyanın mövqeyi isə xeyli zəifləyib. Məncə, Rusiya Cənubi Qafqazda daha çox bu məsələyə diqqət yetirir. Bəli, düşünülür ki, doğrudan da orada Rusiyanın dəstəklədiyi revanşist qüvvələr hakimiyyətə gələrsə, Ermənistanın mövqeyində Azərbaycanla bağlı ciddi dəyişiklik ola bilər. Mən buna əminəm ki, o seçkilərdə revanşist qüvvələr qalib gəlməyəcək. Yenə də deyirəm, onlar parlamentdə müəyyən təmsilçilik əldə edə, müəyyən yerlər qazana bilərlər, amma bu bu o demək deyil ki, o qüvvələr total şəkildə seçkilərdə qalib gəlib tarixin təkərini geri döndərə bilərlər. Bütövlükdə postsovet məkanına gəldikdə isə, düşünürəm ki, Rusiya Ukraynadan sonra diqqətini daha çox Mərkəzi Asiyaya yönəldəcək. Çünki Mərkəzi Asiyada Rusiya daha ciddi problemlərlə üz-üzədir”.

S.İsgəndərovun sözlərinə görə, Azərbaycanın Vətən müharibəsində hərbi qələbəsi Rusiyanın Cənub cinahlarını bir növ problemlərdən sığortalayıb, yəni müharibə təhlükəsini aradan qaldırıb. Amma politoloq hesab edir ki, Mərkəzi Asiyada bu problem Rusiya üçün daha qabarıqdır. “Çünki Mərkəzi Asiya liderlərinin Ağ Evdə Trampla görüşməsi, orada iqtisadi əməkdaşlıq sahəsində razılığa gəlinməsi məsələsi var. Eyni zamanda, bir müddət əvvəl Avropa İttifaqı, konkret olaraq Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Mərkəzi Asiyada sammit keçirdi. Bunlar sözsüz ki, Rusiyanın mövqeyinə Mərkəzi Asiya kimi böyük bir regionda ciddi xələl gətirib, nüfuzunu ciddi zədələyib, onun orada iştirakını, təsirini bir növ neytrallaşdırıb. Eyni zamanda nəzərə almaq lazımdır ki, burada söhbət yalnız ABŞ-dan, Aİ-dən getmir, orada daha narahatedici faktor Çinin güclənməsidir. Yəni Rusiyanı, Aİ-ni, ABŞ-ı da əsas narahat edən məqam Çinin Mərkəzi Asiyada güclənməsi amilidir. Yeri gəlmişkən, Ukrayna məsələsində bir növ Qərblə mübarizədə Rusiya ilə Çin nə qədər müttəfiq rolunda çıxış etsələr də, Mərkəzi Asiyada onların maraqları ciddi şəkildə toqquşur. Ona görə də düşünürəm ki, bu kontekstdə bir növ Rusiyanın Ukraynada şərti qələbəsindən sonra Moskvanın Cənubi Qafqazda hansısa təxribatlar cəhdi elə də asan məsələ deyil. İstəsə də bu alınmayacaq. Bu istək ola bilər, amma belə arzu real imkanlara və mövcud reallığa söykənmir”-deyə S.İsgəndərov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ