Cümə axşamı günü, 01 oktyabr 2026
     

İran özünü qoruya bilmir, Ermənistanın təhlükəsizliyinə təminat verir...

Image


Tehrandan fərqli olaraq, Vaşinqton Ermənistana hərtərəfli təhlükəsizlik zəmanəti verir

İran və Ermənistan təbii qonşudurlar. Ermənistanın təhlükəsizlik məsələlərində problemləri varsa, İran təhlükəsizlik təminatları verə bilər, çünki vəziyyət İrana da təsir edir. İran təhlükəsizlik məsələlərində zəmanət verməyə hazırdır.

Bunu İrəvanda “Artsax: həll olunmamış münaqişə, qayıdış hüququ” "beynəlxalq konfransı" çərçivəsində jurnalistlərlə söhbətində iranlı beynəlxalq ekspert Ehsan Movahedian deyib.

"Biz əminik ki, ABŞ regiona Ermənistanın təhlükəsizliyini qorumaq üçün deyil, regionda sabitliyi pozmaq, Rusiyaya, İrana, daha sonra Çinə zərər vermək üçün gedir. ABŞ Ermənistanda insanları bir-birinə qarşı qoymağa çalışır", - ekspert qeyd edib.

Onun sözlərinə görə, ABŞ “əlavə addımlar” atmağa çalışarsa, İran buna cavab verəcək.

İran Ermənistanın təhlükəsizliyinə təminat verə bilərdisə, Ermənistan 8 avqustda nəyə görə okeanın o tayında ABŞ-la memorandum imzalayırdı?

İran ABŞ-a qarşı hər hansı bir addım ata bilər?

Baki-xeber.com bildirir ki, Ermənistanın ABŞ-la memorandum imzalamasının bir neçə səbəbi var.

Birincisi, Ermənistan çox gözəl bilir ki, İranın ona verəcəyı təhlükəsizlik zəmanətləri formal xarakter daşıyır. Çünki İranın öz beynəlxalq vəziyyəti sanksiyalar, ABŞ-la gərginlik və Qərblə toqquşma üzərində qurulub. Ona görə də Ermənistan real təhlükəsizlik təminatını Qərbdən və ABŞ-dan siyasi, hərbi və iqtisadi dəstək şəklində görür.

8 avqustda ABŞ-la imzalanmış memorandum göstərir ki, Ermənistan balans siyasəti aparmağa çalışır. Yəni Ermənistan həm İran və Rusiya ilə münasibətləri qorumaq, həm də Qərbə yaxınlaşmaq istəyir.

Ermənistan, xüsusən də 2020 və 2023-cü il hadisələrindən sonra Rusiyaya inamını itirib və alternativ təhlükəsizlik tərəfdaşları axtarır. Bu axtarışlar isə Ermənistanı Qərbə və ABŞ-a aparıb çıxardı.

İranın ABŞ-a qarşı ata biləcəyi addımlara gəldikdə,

İran birbaşa ABŞ-la hərbi qarşıdurmaya getməz, amma dolayı və regional cavab mexanizmləri mövcuddur.

Məsələn, İran ABŞ-ın Ermənistandakı təsirini açıq şəkildə tənqid edə, region dövlətləri arasında anti-ABŞ mövqeyini gücləndirmək üçün siyasi bəyanatlar verə bilər.

Digər tərəfdən, Tehran hakimiyyəti iqtisadi və enerji sahəsində tədbirlər görə bilər. Tutaq ki, Ermənistan üzərindən enerji-logistika layihələri ilə ABŞ təsirini balanslaşdırmağa çalışar. Bunun isə təsiri o qədər də əhəmiyyətli deyil. Çünki Ermənistan ərazisi logistik baxımdan cəlbedici deyil.

Hərbi-siyasi xəbərdarlıqlar baxımından, xüsusən də Zəngəzur dəhlizi məsələsində,

İran sərhədə qoşun yeridərək “qırmızı xətt” mesajı verir. Amma bunun real eskalasiyaya çevrilmək ehtimalı sıfıra bərabərdir.

Regional ittifaqlarla təsir baxımından, İran Rusiya ilə mütəmadi, bəzən isə Çinə yaxın münasibətlər quraraq ABŞ-a qarşı balans yarada bilər.

Eyni zamanda İran ABŞ-ın Yaxın Şərqdəki maraqlarına (İraq, Suriya, Hörmüz boğazı ətrafında) təzyiqlər göstərməyə cəhd göstərə bilər.

Yekun olaraq qeyd edək ki, İranın “təhlükəsizlik zəmanəti” siyasi bəyanatdır, real mexanizmi yoxdur. Ermənistan isə bunu bilir və ABŞ-la yaxınlaşmaqla özünə əlavə təminat axtarır. İran ABŞ-ın addımlarına cavab vermək üçün Ermənistana görə Vaşinqtonla toqquşmaya girməz, amma dolayı təzyiq vasitələrindən (sərhəd siyasəti, diplomatik bəyanatlar, regiondakı təsir kanalları) istifadə edə bilər.

Lakin 2025-ci ilin 8 avqust tarixində ABŞ və Ermənistan arasında Vaşinqtonda imzalanmış memorandumlar Ermənistana hərtərəfli təhlükəsizlik zəmanəti verir.

Belə ki, 2025-ci il avqustun 8-də Ermənistan Baş naziri Nikol Paşinyan və Prezident Donald Trampın iştirakı ilə bir sıra vacib sənədlər imzalanıb.

Sülh və Qarşılıqlı Əməkdaşlıq Çərçivəsində Ermənistanla Azərbaycan arasın bağlanan Sazişin məqsədi keçmiş Dağlıq Qarabağ münaqişəsinə son qoyulması və qarşılıqlı münasibətlərin normallaşdırılmasıdır. Bu saziş həmçinin “Trump Route for International Peace and Prosperity” (TRIPP) adlı yeni tranzit dəhlizinin əsasını qoydi. Bu, Azərbaycanı Naxçıvanla birləşdirən strateji yol olaraq nəzərdə tutulur.

ABŞ bu dəhlizin inkişafı üçün 99 il müddətinə eksklüziv hüquqlara malikdir. Bu yol enerji, ticarət və nəqliyyat şəbəkələri üçün strateji önəm daşıyır.

“Crossroads of Peace” (Sülh Kəsişməsi) Kapasite Qazanma Əməkdaşlığı Memorandumu çərçivəsində Ermənistanın infrastrukturu və sərhəd təhlükəsizliyi sahəsində ABŞ-dan investisiya, resurs və təlimlər almaq planlaşdırılır. Bu sənəddə sərhəd nəzarəti, gömrük sistemlərinin gücləndirilməsi, kibertəhlükəsizlik və əməkdaşlıq nəzərdə tutulur.

Enerji Təhlükəsizliyi Əməkdaşlığı Memorandumu isə Ermənistanın enerji sektorunun dirçəlməsi və diversifikasiyası ilə bağlı əməkdaşlıği nəzərdə tutur. Buraya sivil nüvə enerjisi (xüsusən kiçik modul reaktorlar - SMR), kritik enerji infrastrukturlarının qorunması, bərpa olunan enerji və enerji şəbəkələri modernizasiyası daxildir.

Süni İntellekt və Yarımkeçirici (Semiconductor) İnnovasiyaları Memorandumu yarımkeçirici ekosistemin inkişafı, süni intellekt tətbiqləri üzrə əməkdaşlıq artırılacaq, həmçinin təminat zənciri, akademik və elmi əməkdaşlıq vasitəsilə texnologiya transferi nəzərdə tutulur.

Bunlarla yanaşı, 2025-ci ilin 14 yanvarında ABŞ və Ermənistan “Strateji Əməkdaşlıq Xartiyası”nı imzalamışdı. Bu sənəd demokratiya, suverenlik, enerji, təhlükəsizlik, müdafiə, kibertəhlükəsizlik, enerji diversifikasiyası və digər sahələrdə əməkdaşlığı istiqamətləndirir. Lakin bu xartiya konkret hərbi müdafiə öhdəliyini nəzərdə tutmur.

Nəyə görə ABŞ-la memorandum imzalandı?

İrandan fərqli olaraq, bu sənədlər formal siyasi zəmanətlər deyil, konkret sektorlarda - sərhəd təhlükəsizliyi, enerji, yüksək texnologiya - real praktik dəstək və imkanlar paketini təqdim edir.

Ermənistan həm regionda balans siyasəti aparır, həm də Qərblə daha birbaşa əlaqələr quraraq təhlükəsizlik zəmanətini artırmağa çalışır.

İran üçün bu nə deməkdir?

İranın "Sünik regionu bizim üçün qırmızı xətdir" bəyanatı və təhlükəsizlik təminatı təklifi rəsmi səviyyədə güc nümayişi olsa da, ABŞ müqavilələri konkret iqtisadi və sektor yönümlü olması səbəbilə daha real təsirlidir.

ABŞ tranzit dəhlizinə (TRIPP) eksklüziv inkişaf hüququ alması İran üçün strateji təsir imkanlarının daralmasına işarədir.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ