Cümə günü, 17 iyul 2026
     

BMT TŞ 2-3 dövlətin əlində zəlil günə düşüb - Qəzza qətnaməsi qəbul edilə bilmir...

Image


Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında ABŞ-ın İsrail və Qəzzada vəziyyətlə bağlı qətnaməsinə veto qoyub. Sənədin lehinə 10 ölkə, əleyhinə isə Rusiya Federasiyası, Çin və Birləşmiş Ərəb Əmirlikləri səs verib. İki dövlət bitərəf qalıb.

Sənəddə Fələstinin HƏMAS hərəkatının İsrailə hücumu pislənilir. Qətnamə atəşkəsə çağırmır, lakin ölkələrin özünümüdafiə hüququnu tanıyır. Bundan başqa, sənəddə girovların dərhal azad edilməsinin zəruriliyindən danışılır. Qətnamə, həmçinin, beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırır. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın sözlərinə görə, sənəddə münaqişə zonasında dərhal atəşkəs tələb olunmadığından, ölkəsi qətnaməni məqbul saymır. O qeyd edib ki, Rusiya İsrail və Qəzza ilə bağlı alternativ sənəd layihəsi hazırlayıb.

Maraqlıdır, BMT Təhlükəsizlik Şurasının İsrail-HƏMAS müharibəsi ilə bağlı toplantısının çağrılmasına, bununla bağlı qətnamənin qəbul olunmasına niyə imkan verilmir? Neçə dəfə Rusiya, Braziliyanın təşəbbüsü ilə qətnamənin qəbul olunması təklifi verildi. Birləşmiş Ştatlar buna veto qoydu. İndi də Rusiya və Çin ABŞ qətnaməsinə veto qoyur. Bu nə vaxta qədər belə uzanacaq? BMT Təhlükəsizlik Şurasının belə dişsiz və təsirsiz quruma çevrilməsinin səbəbləri nədən ibarətdir?

  • “Yaxın Şərqdə böyük dövlətlərin mənafeyi toqquşduğu üçün  BMT-nin Qəzza ilə bağlı qətnaməsi dalana dirənib”

Sözügedən məsələyə aydınlıq gətirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Hazırkı İsrail-HƏMAS qarşıdurmasının aradan qaldırılmasına böyük dövlətlərin imkan verməməsinin əsas səbəbi bu cür münaqişələrdən öz məqsədləri üçün istifadə etməsi ilə bağlıdır. İsrail dövlətinin yaradılması ilə bağlı qərar BMT Təhlükəsizlik Şurası tərəfindən 1947-ci ilin noyabrında qəbul olundu. Nəticədə 1948-ci ilin mayında İsrail dövləti yarandı. Bu dövlətin yaranmasında ən çox kömək edən, canfəşanlıq edən SSRİ və ABŞ idi. Məqsəd bundan öz mənafeləri üçün istifadə etmək idi. Lakin o zaman SSRİ-də Stalin rejimi buna nail ola bilmədikdən sonra böyük bir represiya əməliyyatı keçirdi. O zaman buna “Həkimlər işi” deyirdilər. Yəni Stalin rejimi kütləvi həbslərə gedərək acığını yəhudi həkimlərdən çıxdı. ABŞ və İngiltərə isə İsraildən öz məqsədləri üçün zaman-zaman istifadə ediblər. Tək Yaxın Şərqdə olan İsrail-Fələstin münaqişəsi deyil, Qarabağ və digər münaqişələrdən böyük dövlətlər öz mənafeləri üçün istifadə ediblər. Yəni belə münaqişələr böyük dövlətlərin xeyrinədir. Çünki hər birində silah istehsal edən böyük şirkətlər var. Bu münaqişələr olmasa silahları kim alacaq? Bax məsələ bundadır. Yəni münaqişə olmasa belə, böyük dövlətlər onu yaradırlar ki, hər iki tərəfə silah satsınlar. Yaxın Şərqdə İsrail dövləti ilə yanaşı, Fələstin dövlətinin də yaradılması nəzərdə tutulub. Bu o zaman BMT-nin qərarında öz əksini tapıb. Ancaq indiyə qədər Fələstin dövlətinin yaradılmasına imkan verilməyib. Bunun bir səbəbi İsrail dövlətinin yaradılmasıdırsa, ikinci səbəbi ərəb ölkələrinin ilk dövrdən İsrailə qatı düşmən mövqeyindən yanaşması ilə bağlı idi. O vaxt onlar deyirdilər ki, biz yəhudiləri dənizə tökərik. İndi isə İran və Suriya oxşar mövqedən çıxış edir. Bundan başqa, keçmiş SSRİ Fələstin Azadlıq Təşkilatının yaradılmasına yardım edib, onları silahla təmin edib. İndi həmin siyasəti SSRİ-nin varisi Rusiya davam etdirir. Bir sözlə, Yaxın Şərqdə böyük dövlətlərin mənafeyi toqquşduğu üçün  BMT-nin Qəzza ilə bağlı qətnaməsi dalana dirənib. Baş verənlərin kökündə bu dayanır. Ona görə də BMT-də islahatlar aparılmalıdır”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan Ermənistanla “əbədi müharibə” təhlükəsini zamanındaca aradan qaldırdı...

Azərbaycana münasibətdə Trampın əvvəlki hökumətlərdən əsaslı fərqi... Cəmi 6 ay lazım oldu...

Məktəblərdə vakant müəllim yerlərinin gizli saxlanması faydadan çox ziyan vurur...(?)...

SON XƏBƏRLƏR

17.07.2026 / 14:21
Cənubi Qafqazda mühüm gəlişmə: TRIPP-dən əlavə, TRIPP+ niyə yaradıldı?

17.07.2026 / 14:15
Ermənistanın Azərbaycandan iqtisadi asılılığı durmadan artır...

17.07.2026 / 13:45
Rusiya milyarderlərinin böyük qorxusu – pullarını gizli yollarla ölkədən çıxarmağa başladılar...

17.07.2026 / 13:22
Suriyadan İrana zərbə - “Hizbullah”a göndərilən silahlar ələ keçirildi...

17.07.2026 / 13:09
Tramp Amerikanın seçki sistemini də dəyişdirir - Anonsu verdi...

17.07.2026 / 12:51
Mənzilin sahəsi ilə bağlı mübahisələrə dair qərar verildi - çatışmayan sahənin pulunu geri ala bilərsiniz...

17.07.2026 / 12:36
Heydər Əliyev Mərkəzinin binası Slovakiya bayrağının rəngləri ilə işıqlandırıldı

17.07.2026 / 12:15
Bazarlarda bütün ağartı məhsulları etiketlənəcək - "...vaxt verilib"...

17.07.2026 / 12:04
"Əhalinin siyahıyaalınması prosesi ilk dəfə ölkənin bütün suveren ərazisini əhatə edəcək" - Baş nazir

17.07.2026 / 11:50
Arıqlama məhsullarında təhlükəli maddələr aşkarlandı

17.07.2026 / 11:45
Prezident İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

17.07.2026 / 11:36
Omanın yeni səfiri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

17.07.2026 / 11:30
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

17.07.2026 / 11:28
Prezident Kambocanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO

17.07.2026 / 11:20
Prezident İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

17.07.2026 / 11:03
AQTA-dan son günlər yas mərasimlərində baş verən zəhərlənmələrlə bağlı açıqlama...

17.07.2026 / 10:33
Tramp 6 il əvvəlki seçki proseslərini yenidən qaldırıb...

17.07.2026 / 08:07
ABŞ İranın Bəndər Lənqeh liman şəhərinı vurdu - şəhər qaranlığa qərq oldu

17.07.2026 / 07:53
ABŞ-dan İrana altıncı gecə zərbəsi…

17.07.2026 / 07:37
Nəhəng Volkswagen şirkəti də çökür…

17.07.2026 / 07:20
Epştein “qasırğası” Bill Qeytsi də vurdu…

17.07.2026 / 06:59
İraq şiə qrupu Trampın başına mükafat təyin etdi - 10 milyon dollar

17.07.2026 / 00:21
Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək oldu

16.07.2026 / 23:45
Mərhum tarixçi alim Qeyrət Quliyevin 21 il əvvəl qaldırdığı problemlər

16.07.2026 / 22:03
Avropanın “yaşıl gündəliyi” Azərbaycana ciddi şəkildə mane olur - dünya Şuşadan dinlədi...

16.07.2026 / 21:42
Üç ölkənin konsolidasiya olunmuş siyasəti Azərbaycana qarşı...

16.07.2026 / 21:06
Azərbaycan Ermənistanla “əbədi müharibə” təhlükəsini zamanındaca aradan qaldırdı...

16.07.2026 / 20:54
Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapıldı

16.07.2026 / 20:30
Azərbaycana münasibətdə Trampın əvvəlki hökumətlərdən əsaslı fərqi... Cəmi 6 ay lazım oldu...

16.07.2026 / 20:11
Ermənistan Zəngəzur dəhlizi sənədlərinin rəsmi ratifikasiyasına başladı...

16.07.2026 / 19:48
Azərbaycan öz hüdudlarından kənarlardakı proseslərə necə təsir edə bilir...

16.07.2026 / 19:21
Qəhrəmanlıq da Allah lütfüdür

16.07.2026 / 19:06
MDU və Marmara Universiteti arasında yeni anlaşma - Tələbə mübadiləsi, ortaq laboratoriyalar və ikili diplom imkanları...

16.07.2026 / 19:02
Qadınların fotolarını süni intellektlə saxtalaşdıraraq şantaj edənlər yaxalandı - VİDEO

16.07.2026 / 18:54
Əliyevin Makrona "14 iyul" məktubu ermənilərə böyük dərd oldu... Zəngəzur dəhlizinin buna nə dəxli var?!..

16.07.2026 / 18:39
İran müharibəsində ilk dəfə "gündüz zərbə" taktikası işə düşür - Tramp quru əməliyyatlarını anons etdi....

16.07.2026 / 18:35
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

16.07.2026 / 17:50
Bakıda ilk yarımildə 7 minə yaxın cinayət qeydə alınıb, onların 93,2 faizi açılıb

16.07.2026 / 17:27
Paşinyan Tsarukyanı “damladı”, indi də var-dövlətini əlindən alır - 75 daşınmaz əmlak, 42 avtomobil...

16.07.2026 / 17:20
Biləsuvarın qüruru, cəsur pulemyotçu... Alim Yoldaşov

16.07.2026 / 17:04
İrandan ABŞ-a sərt xəbərdarlıq - bölgədəki bütün infrastruktur məhv ediləcək, müharibə yeni ərazilərə yayılacaq...

16.07.2026 / 16:44
Azərbaycanlı dənizçilərə çağırış edildi - müharibə zonalarından uzaq durun...

16.07.2026 / 16:30
Kanalizasiya qoxusu içində həyat!

16.07.2026 / 16:15
Azərbaycanın İslam həmrəyliyinə töhfələri bütün müsəlman aləmi üçün müstəsna rol oynayır...

16.07.2026 / 15:51
Narkomaniya yer üzünün cəhənnəmidir

16.07.2026 / 15:46
Parakənd Xalkolit yaşayış yeri

16.07.2026 / 15:40
Şuşa Forumundan Rusiya daha çox əndişəyə düşdü... Kritik 3 məsələ...

16.07.2026 / 15:06
Tramp Hörmüzün 20 faiz vergi gəlirlərini İranla yox, Körfəz ölkələri ilə bölüşür...

16.07.2026 / 14:55
Azərbaycan Çar Rusiyasının da, SSRİ-nin də müstəmləkəsi olub...(?)

16.07.2026 / 14:07
"Neftin qiyməti kəskin şəkildə artacaq" - Fars körfəzində yeni böyük müharibə xəbərdarlığı…

16.07.2026 / 13:45
Müdafiə nazirinin istefası Ukraynanı ayağa qaldırdı - "Fedorovu geri qaytarın"...

16.07.2026 / 13:27
Gəncə və Samuxda kütləvi zəhərlənmə lavaşdan olub? - AQTA-dan mübahisəli açıqlama...

16.07.2026 / 13:18
Federasiya Hidayət Heydərovu sosial şəbəkə paylaşımlarına görə cəzalandırdı

16.07.2026 / 13:03
Bakıda təmayül modeli tətbiq olunacaq məktəblər açıqlandı

16.07.2026 / 12:50
TRIPP-dən sonra TRIPP+ şirkəti niyə yaradıldı? – İrəvan “Tramp yolu” sazişini təsdiqlədi...

16.07.2026 / 12:36
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü - FOTO

16.07.2026 / 12:24
ABŞ ordusu 23 ildən sonra İraqdan çəkilir – konkret tarix açıqlandı...

16.07.2026 / 12:11
Malayziya bütün İsrail vətəndaşlarını ölkədən çıxarır...

16.07.2026 / 11:55
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib - FOTO

16.07.2026 / 11:39
İranla müharibə ABŞ-a 100 milyard dollara başa gələ bilər...

16.07.2026 / 11:25
Şəmkirdə zəhərlənmə baş verən restoranın fəaliyyəti dayandırıldı

16.07.2026 / 11:11
Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi - FOTO

16.07.2026 / 11:03
Tramp Prezident İlham Əliyevin Şuşa Media Forumundakı çıxışı ilə bağlı paylaşım etdi

16.07.2026 / 10:46
Küveytdən İrana ATACMS ballistik raketi atıldı...

16.07.2026 / 10:35
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı

16.07.2026 / 10:34
İran bölgədəki ABŞ bazalarına zərbələr endirdi – İraqda ABŞ hərbçiləri öldürüldü...

16.07.2026 / 09:45
Rusiya "3+3" formatı ilə bağlı açıqlama - Bakı və İrəvanın razılığa gələcəyini gözləyirik…

16.07.2026 / 09:22
Odessa sahillərində hücuma məruz qalmış gəmidəki azərbaycanlılar ölkəmizə yola salındı

16.07.2026 / 09:17
Azərbaycan ilə UN-Habitat arasında Şərqi Zəngəzurun dayanıqlı inkişafına dair saziş imzalandı

16.07.2026 / 09:10
Ceyhun Bayramov Rusiyaya getdi

16.07.2026 / 08:22
ABŞ-ın İrana ikinci həmləsi Kuba məsələsini arxa plana atdı - gündəmdən çıxarmadı

16.07.2026 / 07:30
Bosforda qayıqlar xatirə korteji təşkil etdi

16.07.2026 / 07:10
ABŞ vitse-prezidenti İsrailin ölkəsinin İran siyasətinə təsirini absurd adlandırdı

16.07.2026 / 06:39
Netanyahu ailəsi post-Baş nazirlik dövrünə hazırlaşır(?)..

15.07.2026 / 23:29
Almaniyada seçki gərginliyi - Kansler ABŞ-a açıq şəkildə xəbərdarlıq etdi...

15.07.2026 / 22:31
İrandan ABŞ-a açıq mesaj - hazırda danışıqlar üçün heç bir planımız yoxdur...

15.07.2026 / 21:44
Əliyevin bəyanatı Kremli yanlış şəkildə dilə gətirdi...

15.07.2026 / 21:20
Tikilməkdə olan 10 böyük gəmi Azərbaycanın daşıma gücünü əsaslı dərəcədə artıracaq...

15.07.2026 / 20:49
Tramp olmasaydı, Bakı-İrəvan sülhünün hazırkı çərçivəsi olmazdı...

15.07.2026 / 20:31
İlham Əliyev Makrona çətin seçki ərəfəsində şans verdi...

15.07.2026 / 20:08
Borrel elə idi, Lyayen, Koşta belədir - Avropa qurumlarının qərəzi suverenliyin bərpasından sonra daha da qızışdı...

Azərbaycanın İslam həmrəyliyinə töhfələri bütün müsəlman aləmi üçün müstəsna rol oynayır...

XƏBƏR ARXİVİ