“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Azərbaycanın, Türkiyənin və Fransanın Qəzza zolağında baş verən hadisələrə münasibətini təhlil edib...
A.Quliyev daha sonra yazır:
Qəzzada törədilən cinayətlərə və insanlıq böhranına 3 ölkənin mövqeyini müqayisə edin.
1. Fransa prezidenti eynilə İŞİD-ə qarşı olduğu kimi, HƏMAS-a qarşı regional və ya qlobal mübarizə koalisiyası yaratmağı təklif edib. Yəni Qəzza ilə müharibənin daha dəhşətli şəkildə davamını təşfiq edir.
2. Azərbaycan 1967-ci il sərhədləri çərçivəsində və BMT-nin 1947-ci il qətnaməsinə uyğun olaraq 2 müstəqil dövlətin yaradılması prinsipindən çıxış edir. Həm ədalət var, həm də beynəlxalq hüquqa uyğunluq.
3. Türkiyə də 2 dövlətin yaradılması prinsipini ortaya qoyur, üstəlik Fələstinə qarant olmağı və atəşin dayandırılması üçün beynəlxalq konfransın çağırılmasını təklif edir. Yenə də ədalət var, beynəlxalq hüquqa uyğunluq var, sülhyönümlü niyyət var...
Tahir TAĞIYEV