Ermənistanın baş naziri Nikol Paşinyan “The Wall Street Journal”a müsahibəsində Ermənistanın “Rusiya hərbçilərinin öz ərazisində qalması ilə bağlı heç bir üstünlük görmədiyini” deyib.
Paşinyan bildirib ki, Rusiya Azərbaycanın Qarabağda lokal xarakterli antiterror tədbirləri zamanı “öhdəliklərini yerinə yetirməyib” və buna görə də İrəvan yeni tərəfdaşlar axtarır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bəyan edib ki, Kremlə Ermənistanın baş naziri Paşinyanın bu ölkədə Rusiya hərbi bazasının mövcudluğunun üstünlüyü olmadığını bəyan etdiyi məlum deyil. KİV-in müvafiq nəşrlərini isə qəbul etmək niyyətində deyillər.
"Bu sözləri deyib-demədiyini hələ bilmirik, əgər deyibsə, harada, hansı kontekstdə olub. Bizdə belə məlumat yoxdur", - Peskov "İnterfaks"a “Wall Street Journal”ın nəşrini şərh edərkən bildirib.
Kremlin nümayəndəsi əlavə edib ki, “Wall Street Journal”ı əsas mənbə kimi qəbul edə bilmərik.
Tahir TAĞIYEV