Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə adlandırmayıb.
XİN müavini Şotlandiyadan olan ermənipərəst deputat Lounun Qarabağın erməni əhalisinin Ermənistana qayıtmasının guya “etnik təmizləmə” olması ilə bağlı ittihamları ilə razılaşmayıb. O, bildirib ki, Qarabağda baş verənlər etnik təmizləmə kimi xarakterizə oluna bilməz.
“Xeyr, mən razı deyiləm. Amma deməliyəm ki, Xarici İşlər Nazirliyi hər iki tərəfi dialoqu bərpa etməyə çağırıb. Danışıqlar davamlı sülh üçün əsas olacaq”, - deyə o, bildirib.
TAHİR