Cümə günü, 04 sentyabr 2026
     

Rusiya Ermənistana hərbi müdaxilə anonsları verdi...

Image


Ermənistan hakimiyyətinə qarşı ictimai tənqid və qınaqlardan sonra Moskva artıq əməli addımlara keçib. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Ermənistanın sürücülük vəsiqələrinin Rusiyada tanınması ilə bağlı qanun layihəsinin müzakirəsinin qeyri-müəyyən müddətə təxirə salınması qərara alınıb.

O qeyd edib ki, indiki halda bu, Rusiyanın maraqlarına uyğun gəlmir: “Respublika deputatlarının, rəhbərliyin və hökumətin rus dilinin statusunun möhkəmləndirilməsi üçün heç bir addım atmamasına baxmayaraq, Ermənistana əlavə üstünlüklərin verilməsini təklif edən qanun layihəsinə baxılmasını təxirə salmağı düzgün hesab etdik. Biz Belarus, Qazaxıstan və Qırğızıstanla bağlı belə qərarlar verdik, çünki rus dili konstitusiyaya uyğun olaraq onlarda təsbit olunub”. Volodin vurğulayıb ki, Rusiya Ermənistandan da bunu gözləyir.

Bundan əvvəl, Rusiyanın təbliğat maşınının flaqmanlarından biri olan “Birinci Kanal” “Varis Tuttinin kuklaları” layihəsi çərçivəsində Ermənistanın baş nazirini  tənqid edən “Nikol Paşinyan: bəlaların xəbərçisi” adlı veriliş yayımlayıb. Demək olar ki, bir saat davam edən proqramda xüsusi olaraq vurğulanır ki, Rusiyadan Ermənistana hər il təxminən 30 milyard rubl köçürülür, Moskvanın Ermənistan ərazisində dörd hərbi bazası və ən azı 4 min sərhədçisi var. Bunlar fonunda Ermənistan hakimiyyətinin siyasətindən narazılıq ifadə olunur. “Birinci Kanal”da yayılan və “Youtube” kanalına yerləşdirilən verilişdə əvvəlcə Paşinyanın siyasi karyerasına “işıq” tutulur. Paşinyanı sərt tənqid edən verilişin hazırlanmasının səbəbi həm də onun Brüsseldə, Avropa Parlamentində çıxışı, ayaq üstə alqışlanması və orada Qərbmeyilli, Rusiyaya qarşı kursu elan etməsidir və bunu verilişin müəllifləri gizlətməyiblər. “Anqlo-saksların marionetkası” adlandırılan Paşinyanın “cinayətə görə” həbs edildiyi də xatırladılır: 2008-ci il seçkilərində Serj Sarkisyanın qalib gəldiyi, buna baxmayaraq, Nikolun xalqı spekulyasiya edərək aksiyalar keçirdiyi yada salınır və 11 nəfərin qətlə yetirilməsi, yüzlərlə insanın yaralanmasına səbəb olan 2008-ci il 1 mart qırğını Paşinyanın üzərinə atılır. 2018-ci ilin aprelindəki “məxməri inqilab” zamanı Paşinyanın hətta atasının ona inanmadığı, “daha ağıllı şəxslərin baş nazirliyə namizəd olmasını” istədiyi kadrlar da yayılır. Qısa avtobioqrafik süjetdən sonra isə Roma Statutunun ratifikasiya edildiyi xatırladılaraq, studiya müzakirələrinə başlanılır. Müzakirələrdə Ermənistan sərhədlərinin rus sərhədçiləri tərəfindən müdafiə olunduğu xatırladılır, Paşinyanın ünvanına ağır ifadələr işlədilir: onun dəli olduğu, Qərbin Saakaşvili, Paşinyan kimi “psixi pozğunluğu olan insanlardan” faydalandığı bildirilir. Bunlar fonunda Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Ermənistan XİN-in yaydığı məlumatda bildirilib ki, səfirin çağırılmasına səbəb Rusiyanın “Birinci Kanal”ında yayımlanan veriliş zamanı Nikol Paşinyan və digər erməni rəsmilərlə bağlı xoşagəlməz ifadələrin səsləndirilməsidir: “Proqram zamanı Ermənistanın yüksək rütbəli rəsmilərinə qarşı təhqiramiz və tamamilə qəbuledilməz bəyanatlar səsləndirilib. Səfirə müvafiq etiraz notası verilib”. Rusiya tərəfinin Qərbin agenti kimi təqdim etdiyi hüquq müdafiəçisi Artur Sakunts qeyd edir ki, Moskva artıq İrəvanı hədələyir: “Bu daha sonra, məsələn, qaz tədarükünün dayandırılması ola bilər və ya ikitərəfli ticarət münasibətlərində digər sanksiyalar ola bilər. Biz bilirik ki, Rusiyadan da kifayət qədər böyük həcmdə mallar və zəruri məhsullar gətirilir. Bunlar Rusiyanın yerli agentləri tərəfindən sabitliyi pozmaq cəhdləri, hətta çevriliş də ola bilər. Mən hətta müdaxilədən, Rusiya silahlı qüvvələrinin Rusiya hərbi bazası şəklində birbaşa müdaxiləsindən danışmıram. Hər şey mümkündür, çünki biz hər şeydən əvvəl hər şeyi görmüşük. Rusiya tərəfi son illərdə Gürcüstana münasibətdə olduğu kimi, Ukraynaya münasibətdə də gözlənilməz addımlar atıb”.

Ekspertlər qeyd edir ki, Moskva ilə İrəvan arasındakı fərqlərdən biri də Zəngəzur dəhlizi adlanan yerdir. Elə Rusiyanın “Birinci Kanal”ı Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin görüşlərində iştirak etdiyini iddia edən şəxsin bu xüsusda maraqlı fikirlərini yayıb. O, Rusiya tərəfinin Azərbaycanı Naxçıvana birləşdirən yolu şəxsən tikib nəzarətə götürmək məqsədi və istəyi olduğunu gizlətmədən bəyan edib: “Zəngəzur dəhlizi adlanan bu 45 kilometri Rusiya inşa etməli idi. Biz başa düşmürük ki, Ermənistan niyə buna qarşıdır”. Eyni zamanda verilişdə qonaq qismində İrəvan Ağsaqqallar Şurasının üzvü, “Ana Ermənistan” blokunun lideri Andranik Tevanyan da iştirak edib. “Azatutyun” radiosunun bu proqrama necə düşdüyünü və verilişin nədən ibarət olacağını bildiyini soruşduqda, Tevanyan belə cavab verib: “Məni Rusiyanın “Birinci Kanal”ı qonaq qismində dəvət etmişdi, onlar dedilər: “Bilmək istəyirik ki, sizin Ermənistan, Ermənistanın siyasi hakimiyyəti ilə bağlı fikirləriniz nədir” və mən də razılaşdım”. Bu arada hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Qurgen Arsenyan Rusiya tərəfinin son ictimai addımlarında heç bir təhlükə görmür, o əmindir ki, məlum proqramdan sonra baş nazir Paşinyanın reytinqi artıb: “Gəlin belə deyək: biz bir dram xərcləmədən ölkə liderinin reytinqini bir neçə faiz qaldırdıq. Studiyada əyləşən komanda Ermənistanda baş nazir Nikol Paşinyanın reytinqini qaldırıb”. Hələlik isə görünən budur ki, Rusiya-Ermənistan münasibətləri gərginləşən xətt üzrə inkişaf edir. Bunun daha təhlükəli mərhələyə keçməsi də tamamilə gözləniləndir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

Aqrar sektorumuzdan getməyən ət problemi - bahalaşma davam edir, heyvan sayı azalır...

SON XƏBƏRLƏR

04.09.2026 / 08:41
Mer ağcaqanadların məsuliyyətə cəlb olunması üçün əmr imzaladı...

03.09.2026 / 23:03
Ukraynanın iki əsas kəşfiyyat qurumunun əməkdaşları arasında Kiyevin ortasında kütləvi silahlı toqquşma – üç zabit güllələndi…

03.09.2026 / 22:23
Aİ İrana qarşı Trampın son addımlarını tam dəstəklədi - Ukrayna ilə bağlı “alver oyunu” var...

03.09.2026 / 22:05
ABŞ fevralda İranda 170 məktəblini bombalayıb öldürmüşdü, indi isə toy mərasimində 68 nəfər öldürüldü...

03.09.2026 / 21:48
Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

03.09.2026 / 21:32
Hörmüz boğazı bağlı qalır: ABŞ-ın nəzarət iddiası niyə təsdiqlənmir?

03.09.2026 / 21:19
Putin Qarabağdan köçmüş ermənilərin məsələsini birdəfəlik qapatdı - “Əliyev onlara pislik etməyəcəkdi”...

03.09.2026 / 21:01
Region uşaq anestezioloqlar bu aydan 3 min manat maaş alacaqlar - 107 faiz artım...

03.09.2026 / 20:54
Tramp son 100 ildə heç bir Amerika prezidentinin etmədiyini etdi...

03.09.2026 / 20:31
İrəvan məhkəməsində “müqəddəslərin işi” dalana dirənib - üçüncü hakim də imtina etdi

03.09.2026 / 20:23
Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

03.09.2026 / 20:19
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - MEDİA bəyanat yaydı....

03.09.2026 / 20:12
Üçtərəfli işçi qrup fəaliyyətini bərpa edir?

03.09.2026 / 20:06
Paşinyandan Kremlə qəti mesaj – Aİ-yə qoşulmaqla bağlı qanundan imtina etməyəcəyik…

03.09.2026 / 19:36
Mehriban Əliyevanın islahatlarında region həkimləri üçün daha bir avantaj - 1,3 əmsal...

03.09.2026 / 19:18
İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

03.09.2026 / 19:04
İrandan ABŞ-a ağır zərbə - iki ölkədə bazalar bombalandı…

03.09.2026 / 18:47
Paşinyan Avropa qanunu ilə Rusiyanı aldatdı - hər şey aylar sonra açılır...

03.09.2026 / 18:20
Tramp Hörmüz boğazından neft tam bərpa olunduğunu iddia edir...

03.09.2026 / 18:05
Rusiyada daha bir səs-küylü sui-qəsd cəhdi - Aviasiya generalı Saratovda güllələndi...

03.09.2026 / 17:49
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğluna cinayət iş açıldı…

03.09.2026 / 17:31
Neft kəmərindən oğurluğa cəhd edib, yanğına səbəb oldular... Polis 2 nəfəri saxladı - VİDEO

03.09.2026 / 17:14
Vanuatu Fransanı Beynəlxalq Ədalət Məhkəməsinə verdi - müstəmləkəçi siyasət və...

03.09.2026 / 16:59
Ukrayna Rusiyanın hava məkanını blokadaya aldı - müharibə yeni keyfiyyət halı aldı...

03.09.2026 / 16:58
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

03.09.2026 / 16:24
Formula 1 müddətində bəzi məktəblərdə dərslər onlayn keçiriləcək

03.09.2026 / 16:12
Azərbaycan və ATƏT PA arasında əməkdaşlıq gündəliyi nəzərdən keçirilib

03.09.2026 / 15:34
Ermənistanda bir referendumla iki məsələni həll etmək dilemması yaşanır...

03.09.2026 / 15:17
Ermənistanın Rusiya ilə AB arasında seçimi və Azərbaycanın böyük layihələrinə təsir - şərh...

03.09.2026 / 15:15
Azərbaycana gələn turistlərin coğrafiyası əsaslı dəyişilir - sektorun iç problemləri isə qalır...

03.09.2026 / 15:08
Aqrar sektorumuzdan getməyən ət problemi - bahalaşma davam edir, heyvan sayı azalır...

03.09.2026 / 14:52
Paşinyan Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatının baş tutduğunu açıqladı

03.09.2026 / 14:47
Vətən üçün yaşayanlar unudulmur...

03.09.2026 / 14:42
Valeh leriklilərin qürur yeridir...

03.09.2026 / 14:40
Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi

03.09.2026 / 14:36
Tramp İranla "əbədi müharibə"yə başladı - onlarla münaqişəni bitirməyə çalışmayacağam...

03.09.2026 / 14:20
Yol polisi "Diqqət, uşaqlar!" devizi altında təhlükəsizlik aylığı keçirəcək

03.09.2026 / 14:17
Putin Ukrayna ilə sülh danışıqları üçün şansın olduğunu bildirir...

03.09.2026 / 13:52
Paşinyan 102-ci bazanın Ermənistandan çıxarılmasından danışdı - Rusiya qərar versə, etiraz etməyəcəyik…

03.09.2026 / 13:28
ABŞ-İran müharibəsi uzunmüddətli münaqişəyə çevrilir - Vaşinqtonun İran adalarını ələ keçirmək üçün yerüstü əməliyyat planı ortaya çıxdı…

03.09.2026 / 13:11
Ermənistan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edəcək? - Rusiya XİN-dən açıqlama…

03.09.2026 / 12:50
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il iş verildi

03.09.2026 / 12:38
ABŞ məhkəməsi Trampın "doğum turizmi"ni qadağan edən fərmanını dayandırdı...

03.09.2026 / 12:21
Mərkəzi Bank “İşgüzar Kredit İttifaqı”nın lisenziyasını ləğv etdi

03.09.2026 / 12:08
"Humanitar minatəmizləmə həm də bərpanın başlanğıcıdır" - UN-Habitat-ın regional direktoru

03.09.2026 / 11:56
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlandı....

03.09.2026 / 11:44
Zelenskinin xəbərdarlıqlarından sonra Moskva aeroportları ikinci gecə də uçuşları dayandırdı

03.09.2026 / 11:35
Azərbaycan Ermənistana 989 ton dizel göndərdi...

03.09.2026 / 11:22
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul etdi - FOTO

03.09.2026 / 11:17
Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

03.09.2026 / 10:45
Üç yaşlı uşağın qopmuş əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edildi

03.09.2026 / 10:31
"Mina təhlükəsi heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilməyəcəyi qədər böyük bir çağırışdır" - Elçin Əmirbəyov

03.09.2026 / 10:25
AKİ-də nə baş verir? - “İttifaqa girməyə icazə verilmir”

03.09.2026 / 10:12
Azərbaycan neftinin qiyməti 101 dolları keçdi

03.09.2026 / 10:04
Tramp müharibənin sonuna yaxın Putinlə görüşmək istəyir…

03.09.2026 / 09:48
Lavrov Avrokomissiya prezidentini “fürer” adlandırdı…

03.09.2026 / 09:22
Sabunçuda avtomobildən 78 min manat apardılar...

03.09.2026 / 09:05
Ərdoğan Putini Türkiyəyə dəvət etdi…

03.09.2026 / 08:49
İran Küveytə hücum edib - raket və PUA-ları vurmağa çalışırıq...

02.09.2026 / 23:01
Tramp Hörmüz boğazına da sahibləndi - adını Tramp Strayt qoymalıyıq...

02.09.2026 / 22:09
Rusiya Almaniyanı təhdid etdi - birbaşa hücuma "layiqdirlər"...

02.09.2026 / 21:55
Tramp Avropada ifrat sağçıların hakimiyyətə gəlişinə 4 milyon dollar ayırdı...

02.09.2026 / 21:38
Trampın İrana yeni zərbələrinin 2 hədəfi var - neftin qiyməti və... Sanksiyalar iflas etdi...

02.09.2026 / 21:26
"Dəyişikliklər Naxçıvanın inkişaf strategiyasının müasir çağırışlara uyğunlaşdırılmasının təsdiqidir" - Vüqar Rəhimzadə

02.09.2026 / 21:23
Moskva ilə Berlin arasında gərginlik artır – alman diplomat Rusiya XİN-ə çağırılıb sərt xəbərdarlıq edildi...

02.09.2026 / 21:10
Şanxay zirvəsi İrana hərbi zərbələri qətiyyətlə ittiham etdi...

02.09.2026 / 20:53
Azərbaycan hələ uzun illər bloklara qoşulmayacaq - Bişkekdən Prezidentin dəqiq mesajı...

02.09.2026 / 20:40
Sosial mediada özünü “həkim-diyetoloq” kimi təqdim edənlərin “arıqlama çayı“ saxtakarlığı - Bu məhsullara diqqət edin... VİDEO

02.09.2026 / 20:33
Azərbaycan-Ermənistan ticarətinin nomenklaturası Bişkekdə ŞƏT sammitində müzakirə olundu...

02.09.2026 / 20:18
Bakıda görünməmiş anomaliya - Bağça uşağının qanında narkotik hamını çaşdırıb...

02.09.2026 / 20:03
Əliyevlə Paşinyan Komunikasiyalarla bağlı yeni razılığa gəldilər...

02.09.2026 / 19:40
Kremldən erməni gənclərinə maraqlı mesaj var - Paşinyanla yox, Rusiya gəncləri ilə bir olun...

02.09.2026 / 19:23
Azərbaycanın BMT-yə heç bir "siyasi borcu" yoxdur - əsaslı bəyanat Quttereşin gözü qarşısında səsləndi...

02.09.2026 / 19:08
Bişkek zirvəsi BMT-yə özünüxilas resepti verdi - reseptin müəllifi İlham Əliyevdir...

02.09.2026 / 18:48
ABŞ şirkəti borcdan qurtulmaq üçün aktivlərini 1.65 milyard dollara SOCAR-a satır...

02.09.2026 / 18:41
Niderland Səfirliyi Azərbaycana təşəkkür etdi

02.09.2026 / 18:37
Mehriban Əliyevanın təşəbbüsü region səhiyyəsindəki xeyli köhnə problemləri də həll edəcək...

02.09.2026 / 18:20
Avtobuslara qət edilən məsafəyə görə ödəniş ediləcək - sərnişindaşımada YENİLİK...

02.09.2026 / 18:06
Zelenskinin təhdidləri Moskvanı ayağa qaldırdı - hər hansı bir mülki təyyarə vurulsa...

02.09.2026 / 17:50
Sosial şəbəkələrdə gəlir imkanları artır: Emin Abdullayev TikTok fəaliyyətinin yeni imkanlarından danışır

02.09.2026 / 17:40
Ukrayna Rusiyanın hava nəqliyyatını çökdürür - Zelenski təhdid etdi, Moskva aeroportlarında 80 reys ləğv edildi...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ