Bazar günü günü, 08 noyabr 2026
     

Silahın ardınca Ermənistana Fransa hərbi heyəti gəlir - ruslar qəzəblidir...

Image


Azərbaycan Fransanın Ermənistanı silahlandırmaq qərarının regional sülhün bərqərar olması üçün göstərilən beynəlxalq səylərə xidmət etmədiyini bildirir. Fransanın Ermənistana verdiyi silahların 30 il əvvəl olduğu kimi Azərbaycan torpaqlarını işğal etməyə deyil, yalnız müdafiə məqsədləri üçün istifadə olunacağına necə təminat verə bilərsiniz?

Bu sualı “Anadolu” agentliyinin müxbiri Fransa silahlı qüvvələr naziri Sebastian Lökornüyə onun erməni həmkarı Suren Papikyan ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında ünvanlayıb.

Lökornü suala cavabında deyib ki, ölkəsinin Ermənistana verəcəyi silahlar müdafiə xarakterli olacaq və yalnız hərbi təcavüz zamanı mülki əhalini müdafiə etmək məqsədilə istifadə olunacaq. Yerli jurnalistlərin Ermənistana silahların çatdırılma tarixi ilə bağlı suallarına cavab verən nazir bildirib ki, hüquqi prosedurlar, eləcə də istehsal vaxt tələb edir. Buna görə də dəqiq tarix bilinmir. Mətbuat konfransında diqqətçəkən məqam isə erməni nazirə sual verilməsinin qadağan edilməsi ilə bağlı olub. Mətbuat konfransından əvvəl erməni nazirə sual verilməyəcəyi bildirilib. Konfrans zamanı fransız deputat erməni nazirə sual vermək istəyərkən, Lökornü deputata göz vuraraq, erməni həmkarı ilə fikir mübadiləsi aparmaq üçün deputatların kifayət qədər vaxtlarının olacağını deyib. Qeyd edək ki, Fransanın silahlı qüvvələr naziri Sebastyan Lökornü və on un erməni həmkarı Suren Papikyan Ermənistana hava hücumundan müdafiə sistemlərinin satışı da daxil olmaqla, bir sıra silahların tədarükü ilə bağlı müqavilələr imzalayıblar. Buna əsasən, Fransa İrəvanı GM 200 RLS, “Mistral” qısa mənzilli raketləri ilə təmin edəcək, həmçinin Ermənistanın hava hücumundan müdafiə sistemindəki zəiflikləri aşkar etməyə kömək edəcək. Lökornü qeyd edib ki, Ermənistan özünü və əhalisini qoruya bilməlidir. Fransanın silahlı qüvvələr naziri Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına necə kömək edəcəklərini erməni dilində izah edib: “Bu məqsədlə Paris tezliklə öz zabitlərindən birini İrəvana göndərəcək, o, Ermənistan Müdafiə Nazirliyinə məsləhətlər verəcək, dağ şəraitində döyüş vərdişlərini təkmilləşdirmək üçün zabit və kiçik zabitlərin təhsil müəssisələri ilə işləyəcək. Biz eyni hərbi-siyasi ittifaqların bir hissəsi olmasaq da, Ermənistanla müdafiə əlaqələrimizi saxlayırıq. Onlar bir sadə prinsipə əsaslanır: özünü qorumağı bacarmalısan”. Lökornü qeyd edir ki, Lökornü radar stansiyaları Fransa silahlı qüvvələri və onun hüdudlarından kənarda geniş şəkildə istifadə olunur: “Biz bu yaxınlarda dəstək paketinin bir hissəsi olaraq bu radarları Ukraynaya satdıq. Bu radarların tamamilə dəqiq yerləşdirmə və analiz imkanları var”. Radar sistemini istehsal edən Fransanın “Thales” şirkəti onu döyüş meydanında oyunu dəyişən, havada və yerdəki hədəfləri, o cümlədən pilotsuz təyyarələr və raket sistemlərini aşkar edə bilən silah kimi təsvir edir. “Thales” nümayəndəsi bildirib: “Bu, çoxfunksiyalı radardır. O, hava hücumundan müdafiəni həyata keçirir və 250 kilometrdən çox radiusda bütün uçan obyektləri aşkar edir. Ancaq bu hamısı deyil. O, bunu son dərəcə dəqiqliklə edir. Radar göydən yerə raket sistemlərini aşkar edə bilir. Üçüncü əsas üstünlük odur ki, o, hərbçiləri raket və artilleriya hücumları barədə xəbərdar edir”.

Qeyd edək ki, Paris Kiyevə iki belə sistem satıb. Lakin onlar döyüş meydanında özünü doğrultmayıb. Postsovet ölkələri arasında Moldova da GM 200 alıb. Bu Fransız radarları Hollandiya və Norveçlə də xidmətdədir. Açıq mənbələrə görə, bir sistemin təxmini dəyəri 14 milyon avrodur. “Mistral” raketləri isə hava hücumundan müdafiə üçün nəzərdə tutulub. Ermənistanın nə qədər belə sistem aldığı hələ rəsmi olaraq açıqlanmayıb. Bu raketlər 8 kilometrə qədər məsafədəki hədəfləri vura bilir. “ Mistral” raketlərinin biri təxminən 500 min avroya başa gəlir. Ermənistanın VOMA terror təşkilatının başçısı Vova Vartanovun sözlərinə görə, Fransa silahları yüksək texnologiyalarla təchiz edilib: “Fransa silahlarının uyğunlaşdırılması problemli olacaq. Bizdə fransız silahları üçün böyük mütəxəssis qrupları olmalıdır, əks halda bahalı cihaz sadəcə tozlanacaq”. Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, rus hərbi ekspert İqor Korotçenko qeyd edir ki, Fransa Ermənistanı yanlış yola sürükləyir: “Fransa Ermənistana hansı silahları vermək niyyətindədir? Həm Paris, həm də İrəvan qeyd edirlər ki, bunlar yalnız müdafiə silahlarıdır. Hələlik tam təfərrüat açıqlanmayıb. Aydındır ki, hava hücumundan müdafiə sistemləri olacaq. Əslində, yalnız şərti olaraq hava hücumundan müdafiə sistemlərinin müdafiə silahları olduğunu güman etmək olar. Məsələn, İrəvan silahlı təxribat törətmək qərarına gəlsə, o zaman bunu müdafiə silahı adlandırmaq çətindir. Ancaq sual yaranır: Ermənistan Fransa silahlarını əlində olan sovet sistemləri ilə necə birləşdirəcək? Həmçinin, silahların tədarükü həm də ölkəyə xarici hərbi mütəxəssislərin gəlməsini nəzərdə tutur ki, onlar tədarük olunan hərbi texnikanın əməliyyat və döyüş istifadəsi üçün yerindəcə erməni hərbi qulluqçularına təlim keçməlidirlər”. Korotçenko qeyd edib ki, silahlardan sonra Ermənistanda Fransa hərbi komponenti peyda olacaq ki, bu da ilkin olaraq 100 nəfərə qədər hərbi məsləhətçi və mütəxəssis şəklində ola bilər: “Gələcəkdə hazırlanmış qarşılıqlı fəaliyyət variantları əsasında lazımi şərait yaranan kimi Fransanın İrəvanda tammiqyaslı hərbi mövcudluğu yaradıla bilər. Bunun birdən-birə və eyni vaxtda elan edilməsi mümkündür. Bundan əlavə, KTMT çərçivəsində birgə hava hücumundan müdafiə sistemi mövcuddur. Ermənistanın NATO üzvü olan dövlətlə hərbi sahədə əməkdaşlığı müttəfiqlik əlaqələrinin kəsilməsi və Ermənistanın KTMT-nin bütün sazişlərindən çıxmasını nəzərdə tutur. Gec-tez bu baş verəcək. Ermənistanın NATO silah standartlarına keçəcəyini anlamaq vacibdir. Və bu əsas məqamdır. Bu o deməkdir ki, respublika Rusiya silahlarının istifadəsinə əsaslanan əvvəlki bütün hərbi sistemdən imtina edəcək”. Fransanın məşhur “Le Mond” nəşri də yazır ki, hərbi yardım təkcə birgə təlimlərlə kifayətlənmir, eyni zamanda Fransa Ermənistana müxtəlif texnikalar, o cümlədən zenit-raket kompleksləri satır. Qeyd olunub ki, söhbət Ukraynaya göstərilən silah tədarükündən deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdən gedir. Nəşrin yazdığına görə, İrəvanın bu məbləği necə ödəyəcəyi hələ ki, məlum deyil.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ