Moskva münaqişənin həllinə kömək etmək üçün Bakı və İrəvanla dialoqu davam etdirir, lakin hələlik ciddi irəliləyiş yoxdur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Hələ dəqiq raızlaşma yoxdur. Biz təmaslarımızı davam etdiririk", - o, Rusiyanın Moskvadan sülh planının hazırlanması üçün platforma kimi istifadə edilməsi təklifi ilə bağlı irəliləyişin olub-olmaması ilə bağlı suala cavabında deyib.