Azərbaycan və Ermənistan liderləri bu ay Brüsseldə görüşməyəcək. Bunu Avropa İttifaqının Gürcüstan böhranı və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.
Toivo Klaarın sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev vaxt azlığı ilə əlaqədar olaraq oktyabr ayının sonunda Brüsseldə görüşməyəcəklər.
Aİ-nin xüsusi nümayəndəsinin mətbuat katibi Henri Dukenn də deyib ki, Azərbaycan İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan və Aİ Şurasının Prezidenti Şarl Mişelin Brüssel formatında üçtərəfli görüşü ilkin olaraq nəzərdə tutulduğu kimi, çox güman ki, ayın sonunda baş tutmayacaq.
"Azərbaycan və Ermənistan son bir neçə həftə ərzində sülh danışıqlarına, xüsusən də Aİ Şurasının Prezidenti Şarl Mişelin rəhbərlik etdiyi Brüssel prosesinə sadiq olduqlarını açıq şəkildə bəyan ediblər. Biz indi Azərbaycan və Ermənistan ilə növbəti Sammitin hazırlığına yönəlmiş məsləhətləşmələr keçiririk və gözləntilərimiz odur ki, daha əvvəl razılaşdırıldığı kimi, liderlər ən erkən fürsətdə görüşəcəklər", - deyə bildirilib.
Xatırladaq ki, bir müddət əvvəl Avropa Şurasının prezidenti Şarl Mişel Brüsselin Azərbaycan və Ermənistan liderlərini oktyabrın sonuna qədər üçtərəfli görüşdə iştirak etməyə dəvət etdiyini bildirmişdi.
TAHİR