Bazar günü günü, 08 noyabr 2026
     

“Qarabağ klanı” Ermənistanda yenidən təşkilatlanır...

Image


Qarabağdan Ermənistana köç edən ermənilərin Nikol Paşinyan hakimiyyətinə qarşı istifadə olunması bu ölkədə radikal müxalifətin xüsusi maraq dairəsində yer alır. Görünən budur ki, həmin ermənilərdən istifadə etməyə çalışan “Qarabağ klanı” Ermənistanda yenidən təşkilatlanmağa çalışır.

Bu fonda Paşinyana qarşı yeni informasiya kampaniyasının aparıldlğı da müşahidə olunur.

Qeyd edilənlər fonunda “Qraparak“ qəzeti iddia edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan şəxsən Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyanı qondarma qurumu ləğv etməyə çağırıb. Bildirilir ki, Azərbaycanın tələblərini irəli sürməsindən sonra Samvel Şahramanyan Ermənistan Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın vasitəçiliyi ilə Nikol Paşinyanla telefon danışığı aparıb. Paşinyan lokal xarakterli antiterror tədbirləri zamanı Şahramanyanı Azərbaycanın bütün tələbləri ilə razılaşaraq eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb: “Xüsusilə azərbaycanlılar “Artsax”ın özünü buraxması, “dövlət institutları”nın, “ordu”nun ləğvi, Azərbaycan Silahlı Qüvvələrinə silah-sursatın təhvil verilməsi barədə tələblərin öz əksini tapdığı qərarı Qarabağdakı ermənilərə çatdırarkən Şahramanyan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla əlaqə saxlayıb və onun vasitəçiliyi ilə Paşinyanla bircə dəfə telefon danışığı olub. Həmin söhbətdə Ermənistanın baş naziri onu Azərbaycanın bütün tələblərini dərhal yerinə yetirməyə və müharibənin Ermənistan ərazisinə keçməsinin qarşısını almağa çağırıb”. İndi belə vəziyyətdə Samvel Şahramanyan da Paşinyanı zərbə altında qoymağa çalışır. Məsələn, Şahramanyan “Artsax”ın özünü buraxmadığını iddia edib. Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan baş separatçını tənqid edib. Şahramanyanla bağlı sualı cavablandıran Köçəryan onun bu açıqlamasından qıcıqlandığını gizlətməyib: “Qoy Şahramanyan qərar versin ki, o kağıza imza atıb, ya yox. Əgər Samvel o sənədə qol çəkməyibsə, niyə indi Ermənistandadır? Axı Qarabağda vəzifə başında olmalı idi. Belə olan halda qarabağlılar niyə evlərini tərk etdilər?”. Artan qarşıdurma fonunda Qarabağdan qaçan bəzi separatçılar haqqında artıq Ermənistanda cinayət işləri açılıb. Məsələn, Azərbaycanda terrorçu kimi axtarışda olan separatçıların liderlərindən biri olan Vitali Balasanyan artıq Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən dindirilib. Qondarma qurumun keçmiş “təhlükəsizlik şurasının sədri” Samvel Babayana qarşı da iki maddə ilə cinayət işi açılıb. Beləliklə, Paşinyan Ermənistanda yeni “Qarabağ klanı”nın yaranmasına imkan vermək istəmir. Vitali Balasanyan və Samvel Babayan kimi fiqurlar təşkilatlanaraq Ermənistan müxalifətini gücləndirə və yeni cəbhə yarada bilərlər. Robert Köçəryan, Serj Sarkisyan kimi fiqurların onlara hər cür dəstək verəcəyi də gözləniləndir. Bu səbəbdən Paşinyan işini ehtiyatlı tutaraq, barələrində cinayət işləri açmaqla onları təzyiq altında saxlamağa çalışır. “Qarabağ klanı”nın əsas hədəfi isə Ermənistanda daxili siyasi-ictimai gərginliyi maksimum həddə çatdırmaqdır. Bu radikal-revanşist düşərgə, sosial problemlər dərinləşdikcə, Ermənistanda kütləvi etiraz dalğasının da güclənə biləcəyinə ümid bəsləyir. Qarabağdan könüllü köçən erməni azlığı bu baxımdan onların işinə yaraya bilər. 

Beləliklə, Ermənistandakı hakimiyyət təmsilçiliyində Qarabağ amilinin ön plana çıxma təhlükəsi var. Qeyd edək ki,  uzun müddət bu tendensiya ölkənin siyasi mənzərəsini müəyyənləşdirib. Düzdür, Azərbaycan 44 günlük müharibədə və 1 günlük antiterror tədbirlərində məqsədinə nail olmaqla bu xüsusda ideoloji əsası məhvə məhkum edib. Bu gün Ermənistanda gedən proseslər müharibənin vurduğu zərbənin təsirləridir. Amma görünən budur ki, Qarabağ avantürizmini Ermənistanın ictimai-siyasi mühitinə təməlli keçirmək istəyən qüvvələr aktivləşib. Onlar müharibə rüsvayçılığını Paşinyan iqtidarına başa qaxınc şəklində, mənəvi məsuliyyət şəklində qabardaraq, onu nüfuzdan salmaq, nəticə etibarilə siyasi səhnədən tamamilə uzaqlaşmasına nail olmaq istəyirlər.  Paşinyan isə hələlik inzibati yolla rəqiblərini neytrallaşdırdığını düşünür və hazırda bütün diqqətin Qarabağdan köç edən ermənilərə yönəlməsi üzərində işləyir. Bununla həm daxili problemlərdən yayınmaq, həm də müxalifəti, qısamüddətli olsa da, fasiləyə şövq etmək istəyir. Amma Ermənistanın keçmiş prezidentlərinin açıqlamaları vəziyyətin başqa məcrada davam edəcəyindən xəbər verir. Keçmiş prezident Serj Sarkisyan açıqlama verərək Qarabağ məsələsinin onun üçün bitmədiyini bildirib. Bu, artıq Qarabağ məsələsinin tarixə qovuşduğunu üstüörtülü bəyan edən Paşinyana mesajdır. Görünür, Sarkisyan revanşa hazırlaşır və bunun üçün də Qarabağdan köçən ermənilərə ümid edir. O, Paşinyanı devirmək üçün Qarabağdan köçən ermənilərə, sabiq prezident Robert Köçəryana və erməni diasporuna ümid edir. Paşinyan iqtidarı reallıqla hesablaşır və onu devirmək ssenarisinin işə düşə biləcəyini görür. Bu səbəbdən, güc yolu ilə olsa da, rəqiblərini sıradan çıxarmağı düşünür.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ