Bazar ertəsi günü, 09 noyabr 2026
     

Gürcüstan Ermənistanın Abxaziya dəmir yolu arzusunu yenə ürəyində qoyacaq...

Image


Rusiyanın Abxaziya vasitəsilə Ermənistanla dəmir yolu əlaqəsini bərpa etmək niyyəti gürcü maxalifətinin sərt etirazına səbəb olub. Elə bu fonda hakimiyyət də belə bir halın mümkünsüzlüyünü bəyan edir. Bütün bunlarla bağlı müzakirələrin yenidən aktivləşməsinə isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlaması səbəb olub.

O qeyd edib ki, Rusiya Ermənistanla işğal olunmuş Abxaziya üzərindən dəmir yolu gediş-gəlişi planının həyata keçirilməsi üzərində “gündəlik rejimdə” işləyir. “Rusiya ilə Ermənistan arasında Gürcüstan ərazisindən keçən dəmir yolu nəqliyyatı bağlanıb və bununla bağlı İrəvanda problemin Abxaziyada olduğunu deyirlər. Bu məsələnin həlli üçün sizin baxışınız, perspektiviniz necədir” sualına  Zaxarova belə cavab verib: “Biz nəzərdə tutulan genişmiqyaslı “yol xəritəsi”nin həyata keçirilməsi üçün səylərimizi əsirgəməyəcəyik. Bura dövlət başçıları və ölkələrimizin hökumətlərinə tabe olan müvafiq komissiyalar səviyyəsində sənədlərin imzalanması daxildir. Bu planın həyata keçirilməsi üçün gündəlik rejimdə hər şey edilir”. Qeyd edək ki, bu ilin may ayında Rusiya ilə Gürcüstan arasında birbaşa hava əlaqəsi bərpa edildikdən və Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv edildikdən sonra Rusiya Ticarət və Sənaye Palatasının prezidenti Sergey Katirin işğal olunmuş Abxaziya ərazisində dəmir yolu tranzitinin başlanmasının zəruriliyindən danışıb. Onun sözlərinə görə, bu, “Yuxarı Lars” sərhəd-keçid məntəqəsinin yükünü yüngülləşdirəcək və onun həcminin artırılması hesabına çatdırılan malların dəyərini aşağı salacaq. Amma bütün bunlar müxalifətin sərt reaksiyasına səbəb olub. Baş verənlər fonunda “Exo Kavkaza” nəşri yazır: “Rusiya Abxaziya vasitəsilə Ermənistanla dəmir yolu əlaqəsini bərpa etmək üçün səylər göstərir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bu açıqlaması Gürcüstanın siyasi meydanını ciddi şəkildə silkələyib. Müxaliflər hakimiyyəti bu istiqamətdə işə başlamaq imkanından imtina etməyə çağırıblar. Bundan sonra hakim “Gürcü arzusu”nun nümayəndələri cəmiyyəti bu cür təşəbbüslərin puç olduğuna inandırmağa tələsdilər. Rusiyanın Abxaziya vasitəsilə Ermənistanla dəmir yolu əlaqəsinin bərpası üzərində işləməsi  barədə ilkin hazırlıqlar uzun müddətdir ki, Kremlin nəzarətində olan media vasitəsilə aparılır. Elə Rusiyanın dövlət xəbər agentliyi RİA Novosti “Gürcüstan Rusiyanı və gələcəyini seçir” başlığı altında tamamilə Rusiya-Gürcüstan münasibətlərinə həsr olunmuş geniş məqalə dərc edib. Məqalədən bir sitatı təqdim edirik: “Cəmi bir ay əvvəl biz Rusiyadan İrandan keçməklə Hindistanın Mumbay limanına birbaşa nəqliyyat dəhlizi yaradan Rəşt-Astara dəmir yolu xəttini birləşdirmək üçün əlamətdar layihəni müzakirə etdik. Sonra gürcü istiqamətinin potensialını laqeydliklə qeyd etdik. İyunun sonu göstərdi ki, diplomatlarımız, energetiklərimiz çörəyi boş yerə yemirlər və enerji idxalının dəyişmə dinamikasına baxsaq, ehtiyatla digər dövlətlərarası layihələrin də yenidən işə salınmasını gözləmək olar. Bu, təkcə Rusiya üçün deyil, həm də Gürcüstan və bütövlükdə region üçün son dərəcə faydalıdır”. İndi gürcü müxalifəti hesab edir ki, Rusiya tərəfinin daha tez-tez verdiyi bəyanatlar Gürcüstan hakimiyyəti ilə gizli danışıqlardan xəbər verir. Deputat Roman Qotsiridze “Gürcü arzusu”na bu məsələ ilə bağlı bütün şübhələri aradan qaldırmağı təklif edib. Siyasətçi bildirib: “Zaxarova Rusiyanın rəsmi mövqeyini səsləndirib və Gürcüstan hökuməti bu məsələdə səssiz qala bilməyəcək. Belə bir şeyin olmadığı və planlaşdırılmadığı barədə dərhal açıqlama lazımdır. Bu yol mütləq Rusiyanın hərbi potensialını gücləndirəcək, ona avtoritar rejimlərlə birbaşa əlaqə yaratmağa imkan verəcək. Bu layihənin həyata keçirilməsi Rusiyanın aqressiv planlarına dəstək olacaq”.

Zaxarovanın bəyanatına hökumətdən ilk mərhələdə heç bir reaksiya verilməyib. Yeganə şərh İnsan Hüquqları Komitəsinin rəhbəri Aluda Quduşauridən gəlib: “Zaxarovanın orada dedikləri maraqlı deyil, dövlətimizin bu məsələ ilə bağlı dəqiq mövqeyi var, biz bunu bütün beynəlxalq platformalarda qeydə almışıq. Biz Gürcüstanın maraqlarına uyğun addımlar atmağa davam edəcəyik”. Millət vəkilinin ifadəsinin qeyri-müəyyənliyi müxalifətin şübhələrini daha da artırıb. Milli Hərəkatın deputatı Tina Bokuçavanın sözlərinə görə, hakimiyyət öz nüfuzunu itirmək bahasına olsa belə, dəmir yolu əlaqəsini bərpa etməyə hazırlaşır: “Mən əminəm ki, onlar, “Gürcü arzusu” bu yolu bərpa etmək üçün Putinə yalvarırlar. Təbii ki, “Gürcü arzusu”  indi təcrid olunmuş vəziyyətdə alternativ nəqliyyat marşrutlarını axtarmaqda olan Putinin maraqları üçün yüksək siyasi qiymət ödəməyə hazırdır. Mən əminəm ki, hakimiyyət siyasi qurbanlar barədə qərar verəcək, çünki onlar seçki saxtakarlığına hazırlaşırlar ki, bu da onlara bu hakimiyyəti saxlamağa imkan verəcək”. Politoloq Paata Zakareişvili bu arqumentlərlə razılaşmır və hesab edir ki, “Gürcü arzusu” seçkilər öncəsi öz ayağına güllə atmayacaq: “Dəmir yolunun Oçamşirdən Zuqdidiyə qədər olan hissəsinin yalnız xəritədə mövcud olduğunu nəzərə alsaq, tərəflər ortaq məxrəcə gəlsələr belə, marşrutun bərpası üçün yüz milyonlarla dollar və ən azı iki il lazım olacaq. Hazırkı şəraitdə bu, bu məsələ ilə bağlı danışıqları minimuma endirir. 2011-ci ildə Rusiya ÜTT-yə qəbul olunanda Gürcüstanla sərhədlərin açılması və Abxaziya və Cənubi Osetiya vasitəsilə nəqliyyat dəhlizlərinin yaradılması haqqında saziş imzalanıb, ona görə də saziş mövcuddur. Başqa bir şey onun həyata keçirilməsidir. Sənəd Abxaziya tərəfinin başı üzərindən imzalanıb və onlar bu faktdan hələ də qəzəblidirlər, ona görə də onun həyata keçirilməsinə gələndə üçüncü tərəf kimi iştiraklarını tələb edirlər. Gürcüstan hakimiyyəti buna icazə versə, böyük qalmaqal yaranacaq və müxalifət əlavə təsir rıçaqları əldə edəcək. Hesab edirəm ki, seçkilər ərəfəsində “Gürcü arzusu”nun belə başağrısına ehtiyacı yoxdur”. Müxalifət məsələni gündəmdən çıxarmaq fikrində deyil”.  Müxaliflərin bu yanaşması fonunda Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, Gürcüstan və Rusiya arasında dəmir yolu hərəkətinin bərpası ilə bağlı “heç nə baş vermir”. “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze də deyir ki, bu gün bu məsələ gündəmdə deyil. Amma prezident Salome Zurabişvili Rusiya hökumətinin dəmir yolu məsələsini aktivləşdirəcəyini düşünür: “Düşünürəm ki, Rusiya manevr üçün yer olduğunu hiss edib və indi yaranan zəmini sınaqdan keçirir – bu, Rusiya taktikası üçün çox xarakterikdir. Onlar Gürcüstan hakimiyyətindən, yumşaq desək, qeyri-müəyyən, ikimənalı siqnallar alıblar və indi nə qədər irəli gedə biləcəklərini yoxlayırlar. Bunu uçuşlarla etdilər. İndi yəqin ki, dəmir yolunu sınayırlar. Onlar başqa şeyləri də sınayacaqlar”. Xatırladaq ki, Rusiya, Gürcüstan və Ermənistanı birləşdirən dəmir yolu Abxaziya müharibəsindən sonra fəaliyyət göstərmir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 18:17
Tramp Nvidia-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ