Cümə axşamı günü, 10 sentyabr 2026
     

Erməni katolikosu 3 ölkəni Azərbaycanın daxili işinə müdaxiləyə hazırlayır...

Image


Erməni din xadimlərinin fitnə-fəsaddan əl çəkmək niyyətləri yoxdur. Dünyanın hansı nöqtəsində olurlarsa olsunlar, əsas işləri separatizmi təbliğ etmək, şovinizmə, revanşizmə, irqçiliyə rəvac verməkdir.

Erməni Qriqoryan kilsəsinin rəhbəri  II Qareginin yürütdüyü terror və revanşizm siyasəti azmış kimi, Kilikiya Evinin (Livan, Suriya və Kiprin yunan hissəsindəki ermənilər) baş keşişi I Aram da ondan geri qalmaq istəmir. Uzun illərdir I Aram Qarabağdakı separatçıların “hüquqlarını müdafiə etməklə”, onlara “araçılıq yapmaqla” məşğul olur. Aram gecə-gündüz antitürk siyasətini, separatçılığı təbliğ edir.

Erməni mediasının yaydığı məlumata görə, “Böyük Kilikiya Evinin” katolikosu I Aram ilə separatçıbaşı Arayik Arutyunyan arasında telefon danışığı olub.

I Aram Qarabağda yaşayan ermənilərə tam dəstəyini bildirib, Araik vasitəsilə onlara təsəlli verib.

Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu “unudan” I Aram deyib ki,Yunanıstan və Kanadanın baş nazirləri, Kipr prezidenti ilə “Artsax məsələsi ilə bağlı son məsləhətləşmələr aparılıb”.

Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına doğru addımlar atılmaqda və Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiya etmək ərəfəsində olduğu bir vaxtda I Aramın Azərbaycanın daxili işlərinə qarışması, Yunanıstanın, Kanadanın və Kiprin də rəhbərliyini özünə yoldaş etməsi hiddət doğurmaya bilmir.

  • “Birinci Aram istəyirsə ermənilər Azərbaycanın suveren ərazisində rahat yaşasınlar...”

Kilikiya katolikosunun Azərbaycanın daxili işlərinə qarışmasını pisləyən AMEA-nın Qafqazşünalıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə “Erməni din xadimlərinin əsas missiyası həmişə fitnə çıxarmaq olub. Birinci Aram da bu yolu tutub. Kilikiya katolikosunun bizim ölkəmizin daxili işlərinə qarışması, hansısa ölkələrin rəhbərlərini də öz məkrli niyyətlərinə şərik etməsi yolverilməzdir. Birinci Aram kimdir ki, bizim ölkəmizin daxili işlərinə qarışır? Əlbəttə, ona layiqli cavab verilməlidir ki, öz yerində otursun, fitnə-fəsad çıxarmasın”-deyə bildirdi.

Q.Hacıyevin sözlərinə görə, yüz ildən artıqdır erməni kilsəsi və daşnaklar nəinki Azərbaycanda, eləcə də başqa ölkələrdə yaşayan xalqların hüquqlarını pozmaqla məşğul olub. Q.Hacıyevin qeyd etdiyinə görə, Qafqaz regionunda elə bir xalq yoxdur ki, ermənilər onun tarixinə, mədəniyyətinə, ərazisinə, yaşayış yerinə mənfi təsir göstərmək istəməsin. “Ermənilər üçün Qafqazda Azərbaycan torpaqları hesabına süni dövlət yaradıldı və bu da onların burada möhkəmlənməsi üçün idi. Ermənilər hər zaman kənar qüvvələr tərəfindən idarə olunub və xarici təsirlər nəticəsində hərəkət ediblər, onların özlərinin müstəqil fikirləri olmayıb. Ermənilər üzərində xaricdəki erməni diasporunun, xüsusən də onlar üçün dövlətdən də artıq təsirə malik olan katolikosluğun hökmü çox böyükdür. Çünki katolikosluq ermənilərin taleyi ilə həmişə “məşğul olub”. Onların separatizmə, terrorizmə, pozuculuğa dair nə qədər fəaliyyətləri varsa bunların arxasında həmişə erməni katolikosluqları dayanıb, revanşizmə, separatizmə kilsə rəhbərlik edib, kilsə həvəsləndirib.

Bir çox iri Qərb dövlətləri ermənilərin əsl simasını gördüyü üçün onlara elə də üz göstərmir. Çünki onlar ermənilərin yalançı, terrorçu olduğunu bilirlər, ona görə də bir çox Avropa dövlətlərinin dini rəhbərləri onlara elə də ciddi əhəmiyyət vermir, yalnız öz siyasi məqsədlərini həyata keçirmək üçün onlardan istifadə olunur. Amma dini məqsədlər üçün onlara rəğbət göstərmirlər. Bu baxımdan hesab edirəm ki, Kilikiya katolikosunun əl-ayağa düşməsi faydasız olacaq. O, Yunanıstanın, Kanadanın və Kiprin rəhbərliyi ilə Qarabağdakı ermənilərin taleyini “müzakirə etdiyini” deyib. Onun buna heç cür ixtiyarı yoxdur. Yadımdadır ki, hətta Uruqvayla da əlaqə yaratmışdılar, orada qondarma “genosid” abidəsi qoymuşdular.  Erməni kilsəsi elə adamlarla, elə ölkələrlə, elə təşkilatlarla əlaqə qurur ki, heç onlar Ermənistanı dövlət kimi tanımırlar. Belə işlər edirlər. Qondarma, oyuncaq “Arsax”a gəlincə, bütün dünya da, Kilikiya katolikosu özü də bilir ki, bu boş və mənasız bir məsələdir, ora Qarabağ İqtisadi rayonudur, oradakı ermənilər Azərbaycan Respublikasının əhalisidir. Onlar gec-tez inteqrasiya olacaqlar”.

Q.Hacıyev qeyd etdi ki, Azərbaycan çoxmillətli dövlətdir və ermənilər də burada bizim vətəndaşlarımız kimi yaşaya bilərlər. Q.Hacıyev hesab edir ki, Qarabağdakı erməniləri ədavətə, kinə, separatizmə, revanşizmə çağırmaq cəhdləri ermənilərin özlərinə ziyan vurur. “Əgər Birinci Aram istəyirsə ki, ermənilər Azərbaycanın suveren ərazisində rahat yaşasınlar, onda separatizmi körükləməli deyil, onlara humanist, tolerant, multikultural Azərbaycan dövləti ərazisində bütün insanlıq qaydalarına uyğun yaşamağı tövsiyə etməlidir. O din xadimidirsə, öz missiyasını dərk edib erməniləri dinc yaşayışa, sülhə çağırmalıdır, onları bu ruhda tərbiyələndirməlidir. Amma təəssüf ki, bu keyfiyyət onda yoxdur. Birinci Aram hər zaman separatizmə, revanşizmə, fitnə-fəsada yol verib. Erməni katolikoslarının, din xadimlərinin o zaman Qarabağa gəlib-getməsindən sonra hansı fəsadlar yarandığını hamı bilir”-deyə Q.Hacıyev əlavə etdi.

Q.Hacıyev dedi ki, hazırda Kilikiya katolikosu  xristian təəssübkeşliyindən istifadə edib ermənilərə yeni “müdafiəçilər” axtarır, amma bu axtarışlar nəticəsiz qalacaq.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Tramp İran və Ukrayna uğursuzluğunu Bakı-İrəvan sülhü ilə kompensasiya edəcək? - noyabradək...

Ermənistan Rusiya əleyhinə Avrasiya İqtisadi İttifaqı tarixində görünməmiş tədbirə əl atdı...

Azərbaycan DİN-ə ABŞ-dan böyük etimad...

SON XƏBƏRLƏR

10.09.2026 / 20:39
Gürcüstanda siyasi qüvvələr bir-birini qırır - David Monastrını Azərbaycana kim “satıb”?...

10.09.2026 / 20:22
Tramp bir təbriklə sağ populist partiyaları mövcud Avropa hakimiyyətlərinə qarşı qaldırdı...

10.09.2026 / 20:07
Trampın elçiləri ilə Putinin “Zəngəzur razılaşması”? - Paşinyan Moskvadan əvvəl Parisə yollandı...

10.09.2026 / 19:49
Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

10.09.2026 / 19:35
11 dövlətin İsrail əleyhinə bu addımına Trampdan maraqlı reaksiya gəldi...

10.09.2026 / 19:17
I Bakı Türkoloji Qurultay milli mətbuat səhifələrində

10.09.2026 / 19:03
Cənubi Koreyanın kəşfiyyat agentliyi Kim Çen Inın oğlu olub-olmadığını araşdırdı...

10.09.2026 / 18:27
Trampla təmaslardan sonra Putin Ukraynaya qarşı daha da fəallaşıb...

10.09.2026 / 18:04
Mümkün Rusiya-ABŞ-Ukrayna danışıqları Əbu-Dabidə keçirilə bilər…

10.09.2026 / 17:50
Neft qiymətləri 150 dollara qədər yüksələ bilər – “Hörmüz düyünü” açılmasa…

10.09.2026 / 17:36
ABŞ Beynəlxalq Cinayət Məhkəməsini ləğv etmək üçün NATO müttəfiqlərindən kömək istədi

10.09.2026 / 16:47
Çində yük gəmisində güclü yanğın - 20 nəfər həlak olub, 5 nəfər itkin düşüb...

10.09.2026 / 16:30
Ermənilər Azıx mağarasından silah anbarı kimi istifadə edib - Xidmət rəisi açıqladı...

10.09.2026 / 16:18
Binəqədidə kirayədə yaşadığı evi soyan şəxs yaxalandı

10.09.2026 / 16:05
Ermənistan ABŞ-İran savaşının yeni döyüş meydanına çevrilir

10.09.2026 / 15:49
Beynəlxalq müstəvidə dövlət maraqlarının uğurlu müdafiəsinin Azərbaycan modeli formalaşır

10.09.2026 / 15:35
Birinci Qarabağ müharibəsi şəhidləri ilə bağlı 10 cildlik kitab buraxılcaq...

10.09.2026 / 15:25
Azərbaycanın Xəzər limanları təhlükədə - dayazlaşır, gəmilərin yan alması çətinləşir...

10.09.2026 / 14:40
İranda şiə-sünni müharibəsi salmaq planı deşifrə olundu...

10.09.2026 / 14:34
Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya qrafiki dəyişə bilər - Zəngəzur dəhlizi önə çıxacaq...

10.09.2026 / 14:30
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik etdi

10.09.2026 / 14:26
Prezident qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqlədi

10.09.2026 / 14:25
Şərqi Zəngəzurda dayanıqlı yaşayış məntəqələri layihəsi təsdiqləndi

10.09.2026 / 14:16
Trampın müşavirləri xəbərdarlıq etdi – İran müharibəsi 2029-a qədər uzana bilər…

10.09.2026 / 14:08
Ukrayna Xəzərdə Şimal-Cənub nəqliyyat dəhlizində əsas halqalarından birini vurdu…

10.09.2026 / 13:35
Qara dənizdə daha bir yük gəmisi vuruldu - iki azərbaycanlı həlak oldu

10.09.2026 / 13:23
Qərb xüsusi təyinatlılarının Bolqarıstan və Serbiyadakı gizli kamplarda rus əsgərlərinə təlim keçdiyi ortaya çıxdı - NATO-da görünməmiş qalmaqal…

10.09.2026 / 13:06
Baş nazir Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb

10.09.2026 / 12:54
Dəyişən dünyanın mərkəzində Azərbaycan var

10.09.2026 / 12:37
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik etdi

10.09.2026 / 12:25
Tramp Hörmüzün adını öz şərəfinə dəyişdirəcəyinə söz verdi – “İran rəhbərliyi də məmnun olacaq”…

10.09.2026 / 12:17
Azərbaycanda məsafədən kreditlərin qaydaları dəyişir

10.09.2026 / 12:05
Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışını etdi - FOTO

10.09.2026 / 11:50
Respublikaçılar seçkilərdə qalib gəlsə, hər bir amerikalı 5 min dollar alacaq - Tramp vəd verdi…

10.09.2026 / 11:42
İran İordaniyada ABŞ-ın 10-a yaxın hərbi təyyarəsini vurdu…

10.09.2026 / 11:15
Rusiya Azərbaycan vasitəsilə Ermənistana arpa və buğda göndərdi...

10.09.2026 / 11:12
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşdi

10.09.2026 / 11:07
Azərbaycan nefti bahalaşdı...

10.09.2026 / 10:52
İran bu dəfə ABŞ hərbi gəmilərini elektro-optik raketlərlə vurdu…

10.09.2026 / 10:45
Baş nazirdən müxalif liderə “İsrail mesajı” - mən it ola bilərəm, amma sahibim yoxdur…

10.09.2026 / 10:31
Trampın xüsusi elçilərinin 8 Moskva səfəri nəticə vermədi - oyuna MKİ direktoru daxil olur…

10.09.2026 / 10:31
Xəzərdə zəlzələ oldu

10.09.2026 / 10:25
Avropa yol ayrıcında: Almaniyada sağ dalğa, Ukraynada bitməyən müharibə

10.09.2026 / 10:16
"Sabah" Çempionlar Liqasında ilk oyununa çıxır

10.09.2026 / 10:05
NATO ölkəsi açıqladı - Zelenskinin təyyarəsi dron hücumundan son anda qurtuldu…

10.09.2026 / 09:44
“Şəki yaylası”dakı faciənin detalları açıqlandı - Baş Prokurorluq işi açdı...

10.09.2026 / 09:30
İranın bir çox bölgəsində gecə yarısı partlayış səsləri eşidildi…

10.09.2026 / 09:18
Xocalıda minatəmizləmə zamanı partlayş baş verdi - ANAMA əməkdaşı yaralandı... - YENİLƏNDİ

10.09.2026 / 08:42
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı

09.09.2026 / 23:10
Rusiya Azərbaycanın Orta Dəhlizinə alternativ yaradır - Yeni Transaltay Orta Nəqliyyat Marşrutu... 1100 km...

09.09.2026 / 22:56
Türkiyə, Pakistan və Səudiyyə İranın dəstəklədiyi Yəmən husilərini vura bilər - İslamabad xəbərdarlıq etdi...

09.09.2026 / 22:33
Almaniyada ifrat sağçılar addım-addım hakimiyyətə yaxınlaşır - ölkəni etirazlar bürüdü, kansler Trampla telefon danışığını ləğv etdi...

09.09.2026 / 22:15
Tramp İran və Ukrayna uğursuzluğunu Bakı-İrəvan sülhü ilə kompensasiya edəcək? - noyabradək...

09.09.2026 / 21:57
Ermənistan Rusiya əleyhinə Avrasiya İqtisadi İttifaqı tarixində görünməmiş tədbirə əl atdı...

09.09.2026 / 21:43
Avropa liderləri Trampı Putinlə Ankoric razılaşmasını pozmağa vadar etdilər...

09.09.2026 / 21:26
İrəvanla Moskva arasında Ukraynanın üstündə intriqa dərinləşir...

09.09.2026 / 21:11
2020-ci ildə Azərbaycanda Dövlət komissiyası yaradıldı, bu sahədə vəziyyət daha da pisləşdi...

09.09.2026 / 20:56
Trampın faşistyönümlü partiyaya simpatiyası Mertsi qəzəbləndirdi

09.09.2026 / 20:40
Orta Asiyanın türk dövlətlərindəki ABŞ səfirlərinə mərkəzdən təhlükəli tapşırıq verilib - tək Qırğızıstan...

09.09.2026 / 20:27
Tramp Rusiya və onun 5 müttəfiqinə qarşı “ticarət sanksiyaları qanununu” təxirə saldı...

09.09.2026 / 20:14
Kremldən görünməmiş hədə - “bu dəfə Avropa ilə müharibə çox qısa olacaq”...

09.09.2026 / 19:57
Suriyada silah anbarında güclü partlayış - 14 ölü, çox sayda yaralı var…

09.09.2026 / 19:44
Rusiyadan NATO-ya təhdid kimi açıqlama – biz hazırıq…

09.09.2026 / 19:30
Zəngəzur dəhlizində infrastruktur tikintiləri üçün yeni şirkət(?) yaradılır...

09.09.2026 / 19:14
Ermənistan TŞ-nin keçmiş katibi Qriqoryan beynəlxalq konsaltinq şirkətində baş məsləhətçi təyin edildi

09.09.2026 / 19:05
Avropa Birliyi Zelenskinin üzünə “Patriot”un qapılarını açdı...

09.09.2026 / 18:48
İran-ABŞ müharibəsinin "dəniz coğrafiyasi" genişlənir - neft 120-yə qalxdı...

09.09.2026 / 18:33
İvanişvilinin partiyasında baş nazirlərin arasında qətl ittihamı - Azərbaycanın da adı hallanır...

09.09.2026 / 18:22
Azərbaycan DİN-ə ABŞ-dan böyük etimad...

09.09.2026 / 18:05
İrandan Fars körfəzi ətrafında gəmilərə qarşı irimiqyaslı hücum – bir gecədə ondan çox gəmi vuruldu…

09.09.2026 / 17:43
Messi İspaniyada futbol klubu alır…

09.09.2026 / 17:28
Rusiya məhkəməsi Zelenskinin aparat rəhbərini üçüncü dəfə “həbs etdi”…

09.09.2026 / 17:14
Serbiya Prezidenti parlamenti buraxdı və seçki tarixini elan etdi…

09.09.2026 / 16:57
İrandan Türkiyəyə aparılan bitum yükündə 45 kq "patı" aşkarlandı

09.09.2026 / 16:53
Özəl sektorun iqlim fəaliyyətində rolu Bakıda müzakirə olundu

09.09.2026 / 16:44
İqtisadiyyatımızda az da olsa artım var, sənaye ümumiyyətlə artmır... Niyə?

09.09.2026 / 16:27
Neft sürətlə bahalaşır, ancaq iqtisadiyyatımızda artım yenə yavaşlayıb...

09.09.2026 / 16:13
Trampla Putinin də danışığı Ukrayna üzrə konkret nəticə vermədi...

09.09.2026 / 16:00
Özbəkistana qayıdan əmək miqrantları ilə bağlı təcrübə Azərbaycanda da təkrarlana bilər...

09.09.2026 / 15:57
Bakıda Dördüncü İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirildi - YENİLƏNDİ

09.09.2026 / 15:56
Ali dini liderin qohumu Pezeşkianın istefasını tələb etdi - parçalanma?..

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ